Məhkəmə qərarları › İş №2(062)-925/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-925/2024

01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-925/2024 01.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) qarşı “doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi X5, anası X9 olmaqla xx.xx.1953-cü il tarixdə Tovuz rayonunun, Mülkülü kəndində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1953-cü ildə Tovuz rayonu Mülküli kəndində anadan olmuşdur. X5 22 mart 2003-cü ildə, anası X9 16 oktyabr 1983-cü ildə vəfat etmişdir. Onlardan miras qalmış mülkə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istərkən mənim doğum haqqında şəhadətnamə lazım olmuşdur. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etmişdir. Rəsmi olaraq bildirilmişdir ki, onun barəsində doğum akt qeydlər kitabında doğum qeydi aparılmamış, ona doğum haqqında şəhadətnamə verilməmişdir. Halbu ki, şəxsiyyət vəsiqəsində doğum tarixi xx xxxxxxx 1953-cü il qeyd edilmişdir. Vəsiqəni təqdim etsə də, barəsində doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Yenidən doğum haqqında verilməsi üçün müvafiq sənədləri maraqlı şəxslərə təqdim edə bilmədiyi üçün məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi tələbini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtinasından görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.1953-cü ildə Tovuz rayon Mülkülü kəndində anadan olmuş X7 barəsində doğum haqqında akt qeydi elektron axtarış sistemində yoxlama aparılmış, lakin aşkar olunmadığından Maraqlı şəxsndə doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Bu səbəblə sizin aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X9 xx.xx.1983-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X13 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 və X9 vəfat etdikləri günə kimi Tovuz rayonu Aşağı Mülkülü kəndində yaşamışdırlar. İş materiallarında olan Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 və X4 birgə nigahlarından xx.xx.1953-cü ildə X1 rayonu Aşağı Mülkülü kəndində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır, eyni ata və anadan doğulmuşlar. X3, anaları X6r. X21 rayonunun Mülkülü kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşuluq münasibətində yaşayır. Mehvalının bir neçə uşaqları olmuşdur. Südabə həqiqətən də Mehvalının doğma qızıdır. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə Ərizəçi xx.xx.1953-cü il tarixdə Tovuz rayonunun, Mülkülü kəndində doğulması, atasının X13, anasının X9 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi X5, anası X9 olmaqla xx.xx.1953-cü il tarixdə Tovuz rayonunun, Mülkülü kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X5, anası X9 olmaqla xx.xx.1953-cü il tarixdə Tovuz rayonunun, Mülkülü kəndində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar