Məhkəmə qərarları › İş №2(062)-950/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-950/2024

07.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-950/2024 07.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil Müşfiq oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma və maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma və maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Torpağa mülkiyyət hüququna dair JN 2043 KOD 50300016 saylı Dövlət Aktı üzrə Tovuz rayon X1 14 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə onların mülkiyyətində Tovuz rayonu, Qovlar şəhəri ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 0,87 ha torpaq sahəsinin zəbt etdikləri hissəsindən çıxarılmaları, həmçinin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində yəni onlara məxsus hasarların sökülməsi və ağacların kəsilməsi nəticəsində dəymiş 7550 manat məbləğində zərərin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 07 oktyabr 2024-cü il tarixə təyin olunmuş və bu barədə tərəflərə rəsmi məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək iddia üzrə işin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma və maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar