Məhkəmə qərarları › İş №2(062)-972/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-972/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-972/2025 03.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi, həmçinin ərizəçilər Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, qardaşı Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki işə Tovuz şəhərində 03 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən X12 qeydinin Ərizəçi1, X7 qeydinin Ərizəçi2 və X8 qeydinin isə Ərizəçi3 məxsus olması faktının müəyyən olunmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclasında iştirak etməmiş, onları etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, qardaşı Ərizəçi1 təmsil etmişdir. Ərizəçi, həmçinin ərizəçilər Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, qardaşı Ərizəçi1 ərizəni müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Tovuz rayonu Alakol kəndində 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydə alınmışdır. Onun adı Ərizəçi1 olsa da texniki səhv olaraq JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X4 kimi, digər ərizəçilərin adı Ərizəçi2 olsa da X2, Ərizəçi3 olsa da X3 qeyd edilmişdir. Qalan digər sənədlərdə adları “Ərizəçi1”, “Ərizəçi3” və “Ərizəçi2” kimi qeyd olunur. Maraqlı şəxsə müraciət etsələr də, şəhadətnamədə düzəliş edilməmiş və yeni sənədlər verməkdən imtina etmişdir. Odur ki, JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən X12 qeydinin Ərizəçi1, X7 qeydinin Ərizəçi2 və X9 qeydinin isə Ərizəçi3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçi, həmçinin ərizəçilər Ərizəçi2 və Ərizəçi3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, qardaşı izahatını dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qanuni və əsaslıdır ona görə də təmin edilməlidir. Surəti işə əlavə olunmuş seriya AA ******* olan Ərizəçi3 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1987-ci ildə anadan olmuş və adı Ərizəçi3dur. Surəti işə əlavə olunmuş seriya AA ******* olan Ərizəçi1 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1990-cı ildə anadan olmuş və adı Ərizəçi1dur. Surəti işə əlavə olunmuş seriya AA ******* olan Ərizəçi2 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1993-cü ildə anadan olmuş və adı Ərizəçi2dır. İşə əlavə olunmuş JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındən görünür ki, Tovuz rayon AİK-nin 08 fevral 1999-cu il tarixli 30 nömrəli qərarı ilə X5 və ailə üzvlərinə 0,45 ha torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş Tovuz rayonu Alakol kənd İƏD üzrə nümayəndəliyinin 13 mart 2025ci il tarixli saylı aktına əsasən, ərizəçilərin adları texniki səhv olaraq X12, X8 və X2 qeyd edilmişdir. Tovuz rayonu Alakol kəndində X7, X12 və X8 adlı şəxslər yaşamır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayon AİK-nin 08 fevral 1999-cu il tarixli 30 nömrəli qərarı ilə X5 0,45 ha pay torpaq sahəsi verilmişdir. JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinin sənədində ərizəçi X6 qeyd edilmişdir. Şəhadətnamədə digər ərizəçilərin adı Ərizəçi2 olsa da X7, Ərizəçi3 olsa da X3 qeyd edilmişdir. Ərizəçinin izahatı və şəxsiyyət vəsiqələrinin surəti ilə müəyyən olunur ki, JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçinin adı Ərizəçi1, digər ərizəçilərin adları Ərizəçi3 və Ərizəçi2 kimi qeyd olunmalı idi. Yenidən JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının şəxsiyyət vəsiqəsinə uyğun olaraq hazırlanması mümkün olmamışdır. Ona görə də sənədin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır və JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1, X8 və X7 adlı şəxslərə məxsus qeydlərin ərizəçilərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olma faktı məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN 1047 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X4 qeydinin Ərizəçi1, X7 qeydinin Ərizəçi2 və X8 qeydinin isə Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar