Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-976/2025 05.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçinın qarşı (Maraqlı şəxs) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X5 1903-cü ildə anadan olması barədə və mərhum X1nun 1933-cü ildə anadan olması barədə doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X1 ilə anası X11 ilə birgə nikahlarından xx.xx.1949-cu ildə anadan olmuşdur. Həmin evdə yaşamış, nənəsi, atasının anası X8 onlarla bir evdə qalmış, nənəsi X8 xx.xx.1995-ci ildə vəfat etmiş, X1 isə xx.xx.1996-cı ildə vəfat etmişdir. Rəhmətlik nənəsi X8 özü dediyinə görə 1903-cü ildə anadan olub, ançaq onun doğum aktı kitabda qeydiyyatı yazılmayıb və doğum haqqında şəhadətnaməsi olmayıb. X1 1933-cu ildə anadan olub, ançaq onun doğum aktı kitabda qeydiyyatı aparılmamışdır. Hal-hazırda o, evi sənədələşdirəndə onlara doğum haqqında şəhadətnamələri lazım olanda bilmişdir ki, onların doğum haqqında şəhadətnamələri yoxdur. Bununla bağlı imtina məktubu verilmişdir. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 455141 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1996-cı ildə Tovuz rayonunda ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci nömrəli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X8 xx.xx.1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1932-ci ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş X3 doğum haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamışdır. Bu səbəblə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1903-cü ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş X5 doğum haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamışdır. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 527 nömrəli məktubundan görünür ki, Tovuz regional “Asan Xidmət” mərkəzindəki notariat ofisinə xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün etdiyiniz müraciətinizə baxılmışdır. Sənədlərlə tanışlıq zamanı vərəsəliyin qəbulu üçün qohumluğu təsdiq edən sənədi (X3 doğum haqqında şəhadətnaməsi) təqdim edə bilmədiyiniz səbəbindən müraciətinizi rəsmiləşdirmək mümkün deyildir. Odur ki, yuxarıdakıları nərəzə alaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Güllü Oktayın nənəsidir. Atası isə Əhməddir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, O Oktayın nənəsini tanıyır. O vəfat edəndə onun dəfnində iştirak etmişdir. Ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin materialları ilə ərizəçinin nənəsi X5 1903cü ildə anadan olması, X1nun isə 1933-cü ildə anadan olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamələrin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi nənəsi X5 1903-cü ildə anadan olması və X1nun 1933-cü ildə anadan olması vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X1nun 1933-cü ildə doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi nənəsi X5 1903-cü ildə doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-976/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-976/2025
05.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver