Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-983/2025 14.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlu Ərizəçi Onur adlı övladının doğum faktının müəyyən edilməsi və onun adına doğum haqqında şəhadətnamə verilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi ilə X1 birgə nikahlarından 10 may 2023-cü il tarixdə Onur adlı uğağın doğulması faktının müəyən olunmasına və uşaq barəsində doğum şəhadətnaməsi verilərkən ata adının Ərizəçi, ana adının X2 qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır ... 158.2. Doğum, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, doğumün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-ci maddəsinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 4.3-cü bəndində qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi X2 övladını xx.xx.2024-cü il tarixdə tibb müəssisəsində dünyaya gətirmiş, bununla bağlı “Tovuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən doğum haqqında tibbi şəhadətnamə verilmişdir. Belə olan halda uşağın doğum faktı məhkəmə tərəfindən deyil, doğum haqqında tibbi şəhadətnamə əsasında qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməlidir. Ərizənin uşağın adının, soyadının və ata adının müəyyən edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Göründüyü kimi doğum haqqında şəhadətnamədə uşağın ad, soyad və ata adının hansı isimlərlə göstərilməsi məsələsi məhkəmə tərəfindən deyil, göstərilən qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı, yəni qeydiyyat şöbəsi tərəfindən həll edilir. Uşağın atasının Ərizəçi olmasının müəyyən edilməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ərizəçinin izahatından və şahid ifadələrindən belə müəyyən olunur ki, ərizəçinin uşağın atası kimi göstərdiyi Ərizəçi hazırda sağdır, atalığın tanınması ilə bağlı mübahisə yoxdur. Belə olan təqdirdə Ərizəçi atalığı onun və uşağının anasının qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması ilə bağlı mübahisə olduqda bu Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Ərizənin Maraqlı şəxs üzərinə doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı öhdəlik qoyulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, doğumun qeydə alınmasından əsassız imtina edildikdə, qeydiyyat şöbəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, “Doğum haqqında tibbi şəhadətnamə” olduğu halda doğumün qeydə alınmasından əsassız imtina edildikdə qeydiyyat şöbəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150, 152 və 310-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi övladının doğum faktının müəyyən edilməsi və onun adına doğum haqqında şəhadətnamə verilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-983/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-983/2025
14.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver