Məhkəmə qərarları › İş №2(062)-99/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-99/2024

01.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-99/2024 01.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçılar İddiaçı1, X9, İddiaçı3, X10 Cavabdeh2 və maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, ləyaqətsiz vərəsə hesab edilməsi, miras mülkdən payın müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 01 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X20, İddiaçı3, X21 məhkəmədə Cavabdeh2 və maraqlı şəxslər Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia qaldıraraq mərhum X3 miras qalmış mülklərə dair cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi, miras əmlaklardan payın müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çixarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, X20, İddiaçı3, X21 və onların etibarnamə əsasında səlahiyyətli nümayəndəsi, vəkil sonucu məhkəmə iclasında iştirak etməmişlər, onların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil məhkəməyə ərizə göndərərək üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çixarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıların və onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, iş üzrə iddiaçılar və cavabdehin valideynləri X27 ilə X5 birgə nikahlarından 16 oktyabr 1961-ci ildə İddiaçı3, 16 yanvar 1943-cü ildə İddiaçı1, 03 mart 1955-ci ildə X20, 18 avqust 1945-ci ildə İddiaçı4 anadan olmuşdur. X7 28 iyul 1987-ci ildə, anası X12 29 mart 2017-ci ildə vəfat etmişdir. X1 adına ünvan 2, mənzil 32də və ünvan 1 ünvanında olan yaşayış evi qeydiyyata alınmışdır. Anasının ölümündən sonra qeyd etdirdiyi yaşayış sahələri vərəsələrinə miras qalmışdır. Qanun üzrə birinci növbəli vərəsələridən olan qardaşı X31 05 avqust 2020-ci ildə vəfat etmişdir. Onun Anar, Fərrux və Mətanət adlı uşaqları var. X12 10 mart 2006-cı ildə Bakı şəhəri 35 saylı Notariat Kontorunda vəsiyyətnamə vermiş, adına ünvan 2, 32 saylı mənzilini qızı İddiaçı3 vəsiyyət etmişdir. Vəsiyyətnamə hal-hazırda qanuni qüvvəsindədir. Ellada özü Rusiya Federasiyasında yaşayır. Anasının ölümündən sonra anasının onun adına vəsiyyətnamə verdiyini bildirmiş, vəsiyyətnamə ilə bağlı vərəsələr etiraz etməmişlər. Hətta bütün vərəsələr vəsiyyətnaməyə hörmətlə yanaşmışlar. Vərəsələr arasında qarşılıqlı razılaşma olmuş, razılaşmaya əsasən ünvan 2, mənzil 32 İddiaçı3, ünvan 1 ünvanda olan yaşayış evi üzərində hər bir vərəsənin payları müəyyən olunmalı idi. Rusiyaya getdiyinə görə qardaşı Cavabdeh2 inandığından onun adına etibarnamə vermiş, etibarnaməyə əsasən razılaşdıqları kimi miras mülkü öz aralarında notarial qaydada pay müəyyən etməklə bölünməli idi. Adına vəsiyyətnamə olduğundan vəsiyyətnaməni də qardaşı Etibara təhvil vermişdir. 2023-cü ilin may ayında ünvan 2 ünvanında yerləşən 32 saylı mənzili satmaq istədikdə ona məlum olmuşdur ki, qardaşı etibarnamədən istifadə edərək anasından miras qalmış mübahisə olunan yaşayış sahələrini adına sənədləşdirmişdir. 10 mart 2006-cı il tarixli anası tərəfindən adına verilmiş vəsiyyətnamə qanuni qüvvəsindədir. Mirasdan vərəsələr notarial qaydada imtina etmədiyindən hər bir vərəsənin payları müəyyən olunmalıdır. Tovuz rayon notariat kontorunun xüsusi notariusu Pənah Rzayev tərəfindən 10 avqust 2018-ci il tarixdə 29 mart 2017-ci il tarixdə vəfat etmiş anası X3 miras qalan ünvan 2, mənzil 32 və ünvan 1 ünvanında olan yaşayış evinin qanun üzrə vərəsəlik hüququ üzrə Cavabdeh2 verilməsinə dair şəhadətnamə vermişdir. 10 avqust 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mübahisə olunan mülk daşınmaz əmlakın dövlət reyestrində Etibarın adına qeydiyyata alınmışdır. Bunula da birinci növbəli vərəsələrin qanunla qorunan hüquqları pozulmuşdur. Qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən vərələlər vərəsəliyə çağrılmamış mirasdan digər vərəsələrin payı müəyyən olunmamışdır. Cavabdeh2 etibarnamədən istifadə edərək miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, miras qalmış əmlakı özünün payı kimi miras şəhadətnaməsi ilə əmlaka mülkiyyət hüququ əldə etmişdir. Ona görə də Tovuz rayon notariat kontorunun xüsusi notariusu X28 tərəfindən xx.xx.2017-ci il tarixdə ölmüş X5 vərəsəsi oğlu-Cavabdeh2 ünvan 3 ünvanında mülkiyyətində olan 0,1474 ha, torpaq sahəsində yerləşən ümumi sahəsi 294,9 kv.m olan yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən ibarət əmlaklara və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi bina 5, mənzil 32-də olan yaşayış sahəsinə 10 avqust 2018-ci il tarixdə verilmiş 2V-642 nnömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə, X5 vərəsəsi oğlu Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməklə miras əmlakdan pay almaq hüququndan məhrum edilməsinə, X6 miras qalmış ünvan 3 ünvanında mülkiyyətində olan 0,1474 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 294,9 kv.m olan yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən ibarət əmlaklar vərəsələr İddiaçı3, X21, İddiaçı1 X22, X32, mərhum qardaşı X17 bərabər qaydada paylarının müəyyən edilməsi, X17 payına bölünmüş əmlakın onun övladları X29, X18 və Musayeva (Öztürk) Mətanət Yusif qızının pay haqqı olmasna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, X3 miras qalmış və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi E.Məmmədov küçəsi bina 5, mənzil 32-də olan yaşayış sahəsinə 10 mart 2006-ci il tarixdə Bakı şəhəri, 35 saylı dövlət notariat kontorunda verilmiş vəsiyyətnamə əsasında İddiaçı3 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Tovuz regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsini səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır və aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 28 iyul 1987-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 29 mart 2017-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 05 avqust 2020-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 16 oktyabr 1961-ci ildə X27 ilə X5 birgə nikahlarından olmuşdur. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və doğum haqqında arayışın surətindən görünür ki, X22 03 mart 1955-ci ildə X27 ilə X5 birgə nikahlarından olmuşdur, hazırda soyadı Sədiyevadir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 16 yanvar 1943-cü ildə X27 ilə X5 birgə nikahlarından olmuşdur. İşə əlavə olunmuş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, X8 adına Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi 5 saylı evin 32 saylı mənzili dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə 10 mart 2006-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5 saylı evin 32 saylı mənzilini qızı İddiaçı3 vəsiyyət etmişdir. İşə əlavə olunmuş vərəsəlik işində olan 10 avqust 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X11 vərəsəsi oğlu Cavabdeh2dur və o, miras əmlakdan 1\1 hissədə irs almalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5 saylı evin, 32 saylı mənzili və ünvan 1 saylı yaşayəş sahəsinə verilmişdir. İşə əlavə olunmuş vərəsəlik işində olan X3 qalmış mirasın qəbulu barədə Cavabdeh2 tərəfindən verilmiş ərizədən görünür ki, o ərizədə miras qoyanın vərəsələri siyahısında özündən başqa X17, X19 və İddiaçı3 olduğunu göstərmişdir. Göründüyü kimi iddiaçılar İddiaçı1, X9, və X10 adları həmin ərizədə qeyd edilməmişdir. İşə əlavə olunmuş vərəsəlik işində olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, vərəsələrdən X31, X32 və İddiaçı3 X1 ölümündən sonra qalan vərəsəlik əmlakının onlara çatası payından qardaşları Cavabdeh2 xeyrinə imtina etmişlər. İşə əlavə olunmuş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********69- 10301 saylı çıxarışla Tovuz şəhəri 28 May küçəsi ev 8A Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 16 oktyabr 1961-ci ildə İddiaçı3, 16 yanvar 1943-cü ildə İddiaçı1, 03 mart 1955- ci ildə X24 ,18 avqust 1945-ci ildə X21, 14 sentyabr 1958-ci ildə X2 Ağa Fərrux qızı ilə X5 birgə nikahlarından anadan olmuşdur. Həmçinin onlardan əlavə X31, X13 uşaqlar olmuşdur. X27 28 iyul 1987-ci ildə X12, 29 mart 2017-ci ildə vəfat etmişdir. X5 adına Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi 5 saylı evin 32 saylı mənzili və ünvan 1 ünvanda olan yaşayış evi dövlət reyestrində qeydiyyata alınmışdır. Qanun üzrə birinci növbəli vərəsələrindən olan X31 05 avqust 2020-ci ildə vəfat etmişdir. Onun Anar, Fərrux və Mətanət adlı uşaqları var. X12 10 mart 2006-cı ildə Bakı şəhəri 35 saylı notariat kontorunda vəsiyyətnamə vermiş, adına ünvan 2 saylı evin 32 saylı mənzilini qızı İddiaçı3 vəsiyyət etmişdir. Anaları Zərqələmin ölümündən sonra vərəsəlik işi açılmış, cavabdeh X14 mirası bütövlükdə (1/1) qəbul etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilərkən miras qoyanın vərəsələrindən yalnız X31, X32 və İddiaçı3 adları ərizdə qeyd edilmişdir. Digər vərəsələrin adlar cavabdeh tərəfindən qeyd olunmadığı üçün vərəsəliyə çağırılmamış, onlar mirasla əlaqədar hüquqlarından mərhum olmuşlar. Vərəsəliyə çağırılanlar isə cavabdehin xeyrinə mirasdan imtina etmişlər. Bu səbəbdən miras mülk qanun üzrə vərələlik şəhadətnaməsi ilə bütövlükdə Cavabdeh2 adına sənədləşmişdir. İddiaçılar Cavabdeh2 izahatının “etibarnamədən istifadə edərək miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş miras qalmış əmlakı özünün payı kimi miras şəhadətnaməsi ilə əmlaka mülkiyyət hüququ əldə etmişdir. Ona görə də Tovuz rayon notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2017-ci il tarixdə ölmüş X5 vərəsəsi oğlu Cavabdeh2 ünvan 3 ünvanında mülkiyyətində olan 0.1474 ha, torpaq sahəsində yerləşən ümumi sahəsi 294,9 kv.m olan yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən ibarət əmlaklara və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi bina 5, mənzil 32 olan yaşayış sahəsinə 10 avqust 2018-ci il tarixdə verilmiş 2V-642 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə, X5 vərəsəsi oğlu –Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməklə” hissəsinə tənqidi yanaşır və məhkəmə qeyd edir ki, iddiaçının göstərdiyi xüsusata görə iddianın Cavabdeh2 ləyaqətsiz vərəsə elan olunması hissəsi təmin olunmamalıdır. 10 avqust 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X8 vərəsəsi oğlu Cavabdeh2 olması qeyd edilmiş və miras əmlakdan 1\1 hissəsədə cavabdeh irs almış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5 saylı evin 32 saylı mənzilinə və ünvan 1 saylı yaşayəş sahəsinə verilmişdir. Qanun üzrə şəhadətnamə ilə digər birinci növbəli vərəsələr miras mülkdən pay tələbindən məhrum olmuşlar. Notarius qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnaməsi verərkən digər vərəsələrin payını da cavabdehə vermişdir. Ona görə də iddia tələbinin 10 avqust 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənın etibarsız hesab edilməsi hissəsi təmin olunmalıdır. Bundan başqa iddia tələbinin X6 miras qalmış ünvan 3 ünvanında mülkiyyətində olan 0,1474 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 294.9 kv.m olan yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən ibarət əmlaklara vərəsələr İddiaçı3, X21, İddiaçı1, İddiaçı2, X32, mərhum qardaşı X17 bərabər qaydada paylarının müəyyən edilməsi hissəsi də təmin edilməməlidir. Həmçinin iddia tələbinin X17 payına bölünmüş əmlakın onun övladları X29, X18 və X4 pay haqqı olmasna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hissəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, miras mülklərə dair vərəsəlik şəhadətnaməsi verildikdən sonra cavabdehə həmin mülklərə görə çıxarış verilmişdir. Lakin iddiaçılar çıxarışın ləğv olunmasını iddia ərizəsində göstərməmişdir. Çıxarışın qüvvədə olduğu müddətdə həmin mülkə dair hər hansı payın müəyyən edilməsi mümkün deyil və şəhadətnamə verilə bilməz. Məhkəmənin iddia verilmədən çıxarışı ləğv etməsi isə iddiadan kənara çıxma kimi qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ona görə də məhkəmə hesab edir ki, iddianın həmin hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanı öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi ) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə birinci növbədə-ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsini məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirməli olmasını imperativ qaydada müəyyən etmişdir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsəasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İddia tələbinin 10 avqust 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsi təmin olunmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Tovuz rayon notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2017-ci il tarixdə ölmüş X5 vərəsəsi-oğlu Cavabdeh2 ünvan 3 ünvanında mülkiyyətində olan 0.1474 ha, torpaq sahəsində yerləşən ümumi sahəsi 294,9 kv.m olan yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən ibarət əmlaklara və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi bina 5, mənzil 32 olan yaşayış sahəsinə 10 avqust 2018-ci il tarixdə verilmiş 2V-642 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar