Məhkəmə qərarları › İş №2(063)-1083/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1083/2024

29.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1083/2024 29.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən azad edilməsinə dair Cavabdehn direktoru Aysel Zeynalovun imzası ilə təsdiqlənmiş 27 iyun 2024-cü il tarixli əmrinin ləğv edilməsini, onun Cavabdehndə müəllim vəzifəsinə bərpa edilməsini, ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1963-cü il tarixdə Ucar rayonunda anadan olmuşdur. 1988-ci il tarixdə Cavabdehndə müəllim vəzifəsinə təyin edilmişdir. Bundan sonra heç bir qanuni əsas olmadan o, Cavabdeh drektoru Aysel Zeynalovun imzası ilə təsdiqlənmiş 27 iyun 2024-cü il tarixli əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir. O, bu əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 1988-ci il tarixdən 27 iyun 2024-cü il tarixə kimi Cavabdehndə müəllim vəzifəsində qüsursuz işləmiş, indiyə qədər heç bir intizam tənbehi almamış, işdən azad edildiyi tarixə kimi fasiləsiz işləmiş, işlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmiş, intizam tənbehinə məruz qalmamış, işlədiyi müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən heç bir qanun pozuntusuna yol verməmiş, əksinə olaraq kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışdır. Həmçinin, işlədiyi iş onun yeganə qazanc mənbəyidir. Hesab edir ki, onun işdən azad edilməsinə dair Cavabdeh drektoru Aysel Zeynalovun imzası ilə təsdiqlənmiş 27 iyun 2024-cü il tarixli əmri qanunsuzdur. Belə ki, ona sertifikasiyadan keçməyə görə bildiriş göndərilməmiş, onun sertifikasiyadan məlumatı olmamış, ona sertifikasiyadan keçməyə görə əlavə vaxt verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67- 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Gönürdüyü kimi onun 16 sentyabr 2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Əmək qanunvericiliyinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olduğundan, 27 iyun 2024-cü il tarixli əmrlə onun işdən azad edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallanını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. O, 13 iyul 2024-cü il tarixdə işdən azad olunmağma dair əmrin ləğv edilməsini, işə bərpa edilməyini və məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi mübahisəsi ilə əlaqədar Cavabdehnə rəsmi qaydada təkliflə müraciət etmişdir. Bundan sonra o, Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edərək işdən azad olunmağına dair əmrin ləğv edilməsini, işə bərpa edilməyini və məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmiş, Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən Rauf Abdullayev mediator təyin edilmişdir. O, ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X3 tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 avqust 2024-cü il tarixli arayış vermişdir. Mediasiya təklifini göndərdiyi 13 iyul 2024-cü il tarixdən iddia müddətinin axımı mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı 19 avqust 2024-cü ilə qədər dayandırılmışdır. Bu səbəbdən hesab edir ki, onun tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxs Azərbaycan Republikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 46 nömrəli, 27 iyun 2024-cü il tarixli əmr ilə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşmada iştirak etməyən məktəbin ibtidai sinif müəllimi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Ucar rayonu Qazyan kənd 1 nömrəli tam orta məktəbin drektoru Aysel Zeynalovun 27 iyun 2024-cü tarixli, 46 nömrəli əmrinin surətindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifaktlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifaktlaşdırma Qaydası” ilə müəyyən olunmuş təkrar sertifaktlaşmada iştirak etməyən Cavabdehn ibtidai sinif müəllimi İddiaçı təkrar sertifaktlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır və xx xxxxxxxx 1963-cü ildə doğulmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş və təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün 27 iyun 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. İddiaçı da yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifəsidir. Həmin Məcəllənin 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin Məcəllənin 67-2-ci maddəsinin 2-ci hissəsinə əsasən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. Həmin Məcəllənin 67-2-ci maddəsinin 3-cü hissəsinə və həmin Məcəllənin 67-2-ci maddəsinin 3-1-ci hissəsinə əsasən ilk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Həmin Məcəllənin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 27 iyun 2024-cü il tarixli, 46 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qeyd olunan əmrdən görünür ki, İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 3-1-ci hissəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehn direktoru Aysel Zeynalovun İddiaçı ilə (Cavabdehn ibtidai sinif müəllimi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli, 46 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdehnə ibtidai sinif müəllimi vəzifəsinə-işə bərpa edilməldir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehn direktoru Aysel Zeynalovun İddiaçı ilə (Cavabdehn ibtidai sinif müəllimi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli, 46 saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdehnə ibtidai sinif müəllimi vəzifəsinə-işə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar