Məhkəmə qərarları › İş №2(063)-140/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-140/2024

09.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-140/2024 09.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və Cavabdeh Qınyaz oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Qınyaz oğluna qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan olunması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Ucar rayonu, Qaradağlı kəndində “torpağa mülkiyyət hüququna dair” JN-464, KOD 90406018 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə (digər payçılara) verilmiş 0.65 hektar torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsindən istifadə etməsinin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, bu iddia ərizəsinə surətini əlavə etdiyi “torpağa mülkiyyət hüququna dair” JN-464, KOD 90406018 nömrəli dövlət aktından göründüyü kimi Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Ucar rayonunun Qaradağlı kəndində ona və ailə üzvlərinə (digər payçılara) 0,65 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi dövlət aktından da göründüyü kimi 0.65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə onlara ayrılmışdır. Təxminən 2001ci il taixdə cavabdeh ona həmin dövrün milli valyutası ilə ******* AZM vermiş, o da torpaqlarını qeyri-rəsmi formada, yəni aralarındakı müqavilə notariat formasında təsdiq edilmədən cavabdehə vermişdir. Sonra o, özü istifadə etmək qərarına gəlmiş və cavabdehdən vaxtilə ödədiyi pulu geri qaytararaq torpağını təkrar istifadə etmək üçün torpağından çıxmasını tələb etmiş, lakin cavabdeh torpaqdan çıxmır və nəticədə o, torpağını istifadə edə bilmir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərib səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, iddiaçı həmin torpaq sahəsindən istifadə etməmişdir, iddiaçı torpaq sahəsini satmağı təklif etmişdir, o da X3 iştirakı ilə iddiaçıya yaşadığı evin qarşısında ******* AZM pul vermişdir. O, iddiaçıya inanmış və buna görə də sənədləşmə aparılmamışdır. İddiaçı heç vaxt istifadə etməsinə etiraz etməmişdir. Həmin torpaq sahəsi üçün gübrəyə 600-700 AZN pul xərcləmiş və torpaq sahəsinin vergisini ödəmişdir, onlar öz aralarında sənədləşmə aparmışlar, iddiaçı ona pul qaytarmamışdır. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddiaçının nümayəndəsi və vəkilinin müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan JN-464, KOD 90406018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Ucar rayonu, Qaradağlı kənd sakinləri İddiaçı, X4, X5, X6 və X2 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.65 hektar torpaq sahəsi verilmişdir. İşdə olan etibarnamədən görünür ki, iddiaçı, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı, 14878787 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcələlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranması əsasları göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, torpağın mülkiyyət hüququna dair dövlət aktı (JN-464, KOD ********) ilə Ucar rayonu, Qaradağlı kənd sakinləri İddiaçı, X4, X5, X6 və X2 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0.65 hektar torpaq sahəsi cavabdeh tərəfindən naturada istifadə olunur. Məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının və onun ailə üzvlərinin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur, iddiaçı özgənin qanunsuz sahibiliyindən öz əmlakını geri tələb edə bilər. Buna görə də iddiaçının iddiası təmin edilməlidir. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Odur ki, məhkəmə qeyd olunanlara əsaslanaraq cavabdehin etirazını əsassız hesab edir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Ucar rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Ucar rayonu, Qaradağlı kəndində “torpağın mülkiyyət hüququna dair” JN-464, KOD 90406018 nömrəli dövlət aktı ilə iddiaçıya və ailə üzvlərinə (digər payçılara) verilmiş 0.65 hektar torpaq sahəsindən çıxarılmalı və cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi ona qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Həşimov X13 rayonu Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Ucar rayonu, Qaradağlı kəndində “torpağa mülkiyyət hüququna dair” JN-464, KOD 90406018 nömrəli dövlət aktı ilə İddiaçı və ailə üzvlərinə (digər payçılara) verilmiş 0.65 hektar torpaq sahəsindən çıxarılsın və Cavabdeh Qınyaz oğlunun həmin torpaq sahəsindən istifadə etməsi ona qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar