Məhkəmə qərarları › İş №2(063)-16/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-16/2024

04.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-16/2024 04.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X4, iddiaçılar İddiaçıli qızının və X16 nümayəndəsi və vəkili Vəkil2, cavabdeh X13 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçıli qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbləri barədə iddia ərizəsinə, iddiaçı X16 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbləri barədə iddia ərizəsinə və iddiaçı Cavabdehlər X19 və İddiaçıli qızına qarşı miras əmlakda payın tanınması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıli qızı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş 11 avqust 2022-ci il tarixili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməsi, Cavabdeh verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarışın və həmin çıxarış əsasında digər cavabdeh X20 ilə bağlanmış 23 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin ləğv edilməsi, onun birinici növbə vərəsə kimi payı tanınmaqla birinci növbə vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ölüm haqqında akt qeydləri kitabında 01 mart 2011-ci il tarixdə 28 nömrə ilə ölümü qeydiyyata alınmış mərhum anası Nuriyeva Fatma Babaş qızından miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair mərhumənin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 19 yanvar 2022-ci il olan çıxarış verilmişdir. Həmin çıxarış əsasında cavabdeh Ucar rayon notariat ofisində 11 avqust 2022-ci il tarixdə tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Ucar şəhəri, H.Əliyev prospekti, 81 ünvanında qeydiyyatda olan Cavabdeh qanun üzrə vərəsə kimi tanınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarış verilmişdir. Qanun üzrə birinci növbə vərəsələrin dairəsi müəyyən edilməmiş, o, notariat ofisinə dəvət edilməmişdir. Daha sonra Cavabdeh həmin çıxarış əsasında mübahisəli evi 23 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan cavabdeh X1. X5 onun qardaşının qeyri-rəsmi həyat yoldaşı X11 mübahisəli fərdi yaşayış evindən çıxarılması tələbi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, Teymur İsmayılovun adına olan çıxarışın ləğvini xahiş etdiyi üçün qeyd edilən mülki iş üzrə icraat dayandırılmalıdır. Vəkil sorğusu ilə Nuriyeva Fatma Babaş qızından qalmış miras əmlaka dair vərəsəlik işinin və Cavabdeh ilə X20 arasında baş tutmuş daşınmaz əmlakın alqısatqısına dair notariat işinin təsdiq edilmiş surətlərinin Ağcabədi rayon vəkil bürosuna göndərilməsi xahiş etsə də, cavabdeh Ucar rayon notariat ofisi sorğuya vəkil orderinin əlavə edilməməsini bəhanə edərək sorğunu cavablandırmaqdan imtina etmişdir. Halbuki, sorğuya vəkil orderinin təsdiq edilmiş surəti əlavə edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 78.2-ci maddəsinə əsasən notariat işinin məhkəmə tərəfindən tələb edilməsini xahiş edir. Hesab edir ki, Cavabdeh verilmiş 11 avqust 2022-ci il tarixili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməli, Cavabdeh verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarış və həmin çıxarış əsasında digər cavabdeh X20 ilə bağlanmış 23 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ləğv edilməli, onun birinici növbə vərəsə kimi payı tanınmaqla birinci növbə vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. İddiaçıli qızı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş 11 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməsi, Cavabdeh verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65- 10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarışın, həmin çıxarış əsasında digər cavabdeh X20 ilə bağlanmış 23 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin və cavabdeh X13 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, İddiaçıli qızının birinici növbə vərəsə kimi payının tanınmaqla birinci növbə vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onun əsaslandırılmışdır ki, İddiaçıli qızı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş 11 avqust 2022-ci il tarixili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməsi, Cavabdeh verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarışın və həmin çıxarış əsasında digər cavabdeh X20 ilə bağlanmış 23 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin ləğv edilməsi, iddiaçının birinci növbə vərəsə kimi payının tanınmaqla birinci növbə vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia tələbində cavabdeh X13 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi qeyd edilməmişdir. Bu səbəbdən də iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. İddiaçı X21 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş 11 avqsut 2022-ci il tarixili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməsi, Cavabdeh verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarışın və həmin çıxarış əsasında digər cavabdeh X20 ilə başlanmış 23 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin ləğv edilməsini, onun birinici növbə vərəsə kimi payı tanınmaqla birinci növbə vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ölüm haqqında akt qeydləri kitabında 01 mart 2011-ci il tarixdə 28 nömrə ilə ölümü qeydiyyata alınmış mərhum X32 Babaş qızından miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair mərhumənin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65- 10301, qeydiyyat tarixi 19 yanvar 2022-ci il olan çıxarış verilmişdir. Həmin çıxarış əsasında cavabdeh Ucar rayon notariat ofisində 11 avqust 2022-ci il tarixdə tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Ucar şəhəri, H.Əliyev prospekti, 81 ünvanında qeydiyyatda olan Cavabdeh qanun üzrə vərəsə kimi tanınmış və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarış verilmişdir. Qanun üzrə birinci növbə vərəsələrin dairəsi müəyyən edilməmiş, o, notariat ofisinə dəvət edilməmişdir. Daha sonra Cavabdeh həmin çıxarış əsasında mübahisəli evi 23 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan cavabdeh X1. Hesab edir ki, Cavabdeh verilmiş 11 avqust 2022-ci il tarixili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməli, Cavabdeh verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarış və həmin çıxarış əsasında digər cavabdeh X20 ilə bağlanmış 23 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ləğv edilməli, onun birinici növbə vərəsə kimi payı tanınmaqla birinci növbə vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. İddiaçı X21 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş 11 avqust 2022-ci il tarixili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməsi, Cavabdeh verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarışın, həmin çıxarış əsasında digər cavabdeh X20 ilə bağlanmış 23 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin və cavabdeh X13 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı X16 birinici növbə vərəsə kimi payının tanınmaqla birinci növbə vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə onun əsaslandırılmışdır ki, iddiaçı X21 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh verilmiş 11 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməsi, Cavabdeh verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarışın və həmin çıxarış əsasında digər cavabdeh X20 ilə bağlanmış 23 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin ləğv edilməsi, iddiaçının birinci növbə vərəsə kimi payının tanınmaqla birinci növbə vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia tələbində cavabdeh X13 adma Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi qeyd edilməmişdir. Bu səbəbdən də iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. İddiaçı Cavabdehlər X19 və İddiaçıli qızına qarşı miras əmlakda payın tanınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nuriyeva Fatma Babaş qızından və X3 miras qalmış ünvan 4 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsi və ümumi sahəsi 34,9 kv.metr olan fərdi yaşayış evi üzərində onun tam (100 faiz) payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, nənəsi (atasının anası) Nuriyeva Fatma Babaş qızının xüsusi mülkiyyətində ünvan 4 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsini və ümumi sahəsi 34,9 kv.metr olan fərdi yaşayış evi olmuşdur. Lakin X32 Babaş qızı 25 fevral 2011-ci il tarixdə vəfat etmişdir. Nənəsi öldükdən sonra X2 həmin daşınmaz əmlaklara faktiki sahiblik etməyə başlamışdır. X2 da 05 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra isə o, həmin əmlaka faktiki sahiblik etməyə başlamışdır. Belə ki, o, anadan olduğu gündən həmin evdə yaşamış, atası ölduyü gündən isə daşınmaz əmlaka dair vergiləri o, ödəmişdir. Buna görə də faktiki qəbulu rəsmiləşdirmək məqədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Ucar rayon notariat ofisinə müraciət etsə də notariusun 15 fevral 2021-ci il tarixli cavabı ilə mirasın qəbulu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş müddəti buraxmağı əsas gətirilərək, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Halbuki, o, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Buna görə də Ucar Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(063)-320/2022 saylı qətnaməsi ilə onun ərizəsi təmin olunmuş və onun göstərilən miras əmlakları qəbul etməyi faktı müəyyən olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə o, 23 avqust 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən torpaq sahəsini və fərdi yaşayış evini həmin vaxt ünvan 3 ünvanında yaşayan X1. O, evi satdıqdan bir neçə ay sonra bibisi İddiaçıli qızı həmin evə dair iddialı olduğunu bildirmişdir. Halbuki, bibisi hələ nənəsinin sağlığından Ağcabədi rayonunda yaşayır, miras əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etməmişdir. Bibisindən sonra qardaşı X21 da həmin evə dair iddialı olduğunu bildirmişdir. Halbuki, qardaşı da miras əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etməmişdir. Daha sonra bibisi Nuriyeva X15 Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(063)- 320/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(107)-757/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ərizə baxılmamış saxlanılmış və ona ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmə hüququ izah edilmişdir. Ona görə də o, hal-hazırda cavabdehlərə qarşı iddia icraatı qaydasında məhkəməyə iddia ərizəsi vermişdir. Həmçinin, Cavabdeh kimi məhkəməyə İddiaçıli qızının iddia ərizəsinə etiraz göndərmişdir. O, etirazında göstərmişdir ki, ünvan 5 ünvanında yaşayan İddiaçıli qızı ona və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməsi, ona verilmiş daşınmaz əmlakın dövlət reyesterindən cıxarışın və onunla digər cavabdeh X20 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, onun birinci növbəli vərəsə kimi payının tanınmaqla birinci növbəli vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X32 Babaş qızının xüsusi mülkiyyətində Ucar şəhəri, X33 küçəsi, ev 45 (yeni qaydalarla AZ 6100, Ucar şəhəri, X33 küçəsi, ev 130) nömrəli ünvanda 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 34.9 kv.metr olan fərdi yaşayış evi olmuşdur. Lakin X32 Babaş qızı 15 fevral 2011-ci il tarixdə vəfat etmişdir. Nənəsi öldükdən sonra X2 həmin əmlaka faktiki sahiblik etmişdir, lakin X2 da 05 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra mirası o, qəbul etmişdir. Belə ki, həmin evə dair kommunal xərclər və torpaq vergisini əvvəl atası, atası vəfat etdikdən sonra isə o, ödəmişdir, o, doğulduğu andan evi satanadək həmin evdə yaşamışdır. İddiaçının həmin evdə yaşamasını heç vaxt görməmişdir. Vərəsəliyi qəbul etdikdən sonra isə həmin evi digər cavabdeh X14 notariat qaydasında satmışdır. İddaçının ilk tələbi ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə etibarsız hesab edilməsidir. İddiaçı bunu onunla əsaslandırmaq istəmişdir ki, qanun üzrə birinci növbəli vərəsələrin dairəsi müəyyən edilməmiş, o notariat ofisinə dəvət edilməmişdir. Halbuki, özünü birinci növbəli vərəsəsi hesab etdiyi Nuriyeva Fatma Babaş qızı 15 fevral 2011-ci il tarixdə vəfat etmiş, həmin vaxtdan da xeyli əvvəl iddiaçı Ağcabədi şəhərində yaşamışdır. Nuriyeva Fatma Babaş qızı vəfat etdikdən sonra da heç vaxt iddiaçı ondan miras qalmış əmlaka faktiki sahiblik etməmişdir. Nuriyeva Fatma Babaş qızı vəfat etdikdən sonra həmin əmlaka əvvəl onun X2 başlamış, sonuncunun vəfatından sonra isə o, sahiblik etməyə başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd edilən normadan göründüyü kimi vərəsə vərəsəliyi qəbul etmək üçün ya mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməli, ya da əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamalıdır. Yəni, iddiaçının iddia ərizəsində göstərdiyi kimi notariusun iddiaçını notariat ofisinə dəvət etməsi vəzifəsi olmamışdır. Digər tərəfdən, iddiaçı miaras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamadığından miras iddiaçının tərəfindən qəbul edilmiş kimi də sayıla bilməz. Əvvəl atası, daha sonra isə o, isə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqlarından mirası qəbul etmiş sayılırlar. Yəni, iddiaçının ilk - ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinə riayət edilmədən verilməsi barədə dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən də vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, iddiaçının ilk dəlili əsassız olduğundan və ona verilmiş çıxarış qanunvericiliyin tələblərinə riayət olunmaqla verildiyindən iddiaçının ona verilmiş daşınmaz əmlakın dövlət reyesterindən cıxarışın və onunla digər cavabdeh X20 arasında bağlanmış daşınmaz əmlakın alqı-atqı müqaviləsinin ləğv edilməsi barədə ikinci dəlili də əsassızdır. İddiaçı özünün birinci növbəli vərəsə kimi payının tanınmaqla birinci növbəli vərəsələrə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Halbuki, iddiaçının nənəsinin, yəni öz anasının vəfat etməsindən o vəfat etdiyi gündən xəbəri olmuş, lakin ötən 12 il ərzində mirasın qəbul edilməsi üçün nə notariat ofisinə müraciət etmiş, nə də mirası faktiki qəbul etmişdir. Buna görə İddiaçıli qızının iddia ərizəsini təmin etməməyi xahiş etmişdir. Cavabdeh X20 məhkəməyə İddiaçıli qızının iddia tələbinə dair etiraz ərizəsi göndərmişdir. O, etirazında göstərmişdir ki, o, İddiaçıli qızının iddia ərizəsini qəbul etmir, ona öz etirazını bildirir. Ona görə ki, iddiaçı iddia ərizəsində onu cavabdeh şəxs kimi göstərmişdir. Həmin iş üzrə o, heç bir cavabdehlik daşımır, həmin iş üzrə digər cavabdeh X9 notariat qaydasında almış olduğu evə görə o, vicdanlı alıcıdır. Pulunu verib qanunun tələbinə uyğun olaraq ev almışdır. Ona görə də o, həmin iş üzrə cavabdeh deyil və həmin iş üzrə iddiaçı Xalidənin iddia tələbini rədd edir. İş üzrə Cavabdeh Nərman oğlu evi ona satmazdan əvvəl Nuriyeva Fatma Babaş qızından miras qalmış evə vərəsəlik şəhadətnaməsi almaq üçün Fatimənin varislərinin kimlər olması barədə Ucar Rayon İcra Hakimiyyətinin Ucar şəhər icra nümayəndəliyindən arayış almışdır. Həmin arayışda İddiaçı də adı qeyd edilmişdir. Həmin arayış Ucar rayon notariat ofisinə təqdim edilmişdir. Ancaq iş üzrə Cavabdeh Nərman oğlu iddiaçı Xalidəni onun yanında vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna gəlməsini tələb etsə də iddiaçı Xalidə notariat kontoruna gəlməkdən boyun qaçırdığı üçün notarius cavabdeh Ənvər İsmayılova vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etdiyi üçün cavabdeh Ənvər məhkəməyə şikayət vermiş, məhkəmə qətnaməsindən sonra notarius Ənvər İsmayılova miras əmlakının qəbul edilməsinə dair Ənvərin adına miras əmlakının qəbulu ilə bağlı şəhadətnamə verildikdən sonra Ənvər mərhum Nuriyeva Fatmadan miras qalmış Ucar şəhəri, M.Rəsulzadə küçəsində olan 45 nömrəli evi notarial qaydada ona satmışdır. Hər bir şəxsin ölmündən sonra mərhumdan miras qalmış əmlaka görə yalnız 1 nəfərin adına mirasın qəbulu ilə bağlı şəhadətnamə verilir. Hazırkı iş üzrə iddiaçı özü iddia ərizəsində göstərir ki, anası Nuriyeva Fatma 01 mart 2011-ci ildə vəfat etmişdir. Əgər iddiaçı Xalidə anasından miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı maraqlı idisə 2011-ci ildən bu günə qədər niya susurdu? Nəyə görə miras əmlakının qəbulu ilə bağlı notariat kontoruna müraciət etmirdi? Kənarda qalırdı? Hesab edir ki, Xalidə susmuş varisdir. Ancaq Cavabdeh Nərman oğlu məhkəmə qətnaməsinə əsasən varislik əldə edib. Xalidənin iddia tələbinə əsasən alqısatqı müqaviləsinin ləğvi, çıxarışın ləğvi ilə bağlı məhkəmə qətnamə çıxardığı halda cavabdeh Ənvərin barəsində vərəsəliklə bağlı qəbul olunmuş qətnamənin ləğvinə bərabərdir. Məhkəmənin öz qətnaməsinin ləğvi deməkdir. Əgər iddiaçı Xalidə pay tələb edirsə getsin pulunu məhkəmə qaydasında cavabdeh (satıcı) X10 tələb etsin. Həmçinin, cavabdeh X20 ərizə ilə məhkəməyə müraciət etmiş və o, ərizədə göstərmişdir ki, Cavabdeh ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilə bilməz, çünki o, həmin alqı-satqıda vicdanlı alıcı olmuşdur. Buna görə də oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi 17 yanvar 2024-cü il tarixli, 2(102)-27/2024 nömrəli qərarını göndərməklə nəzərə alınmasını xahiş edir. Ucar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(063)-124/2023 nömrəli qərardadı ilə İddiaçıli qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbləri barədə iddia ərizəsinə dair 2(063)-124/2023 nömrəli, iddiaçı X16 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbləri barədə iddia ərizəsinə dair 2(063)-404/2023 nömrəli və iddiaçı Cavabdehlər X19 və İddiaçıli qızına qarşı miras əmlakda payın tanınması tələbi barədə iddia ərizəsinə dair 2(063)-869/2023 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi və mülki işlərə birlikdə baxılması qərara alınmışdır. İddiaçılar İddiaçıli qızının və X16 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında təmsil etdikləri şəxslərin iddialarını müdafiə edərək təmin edilməsini, habelə təmsil etdiyi şəxslərə qarşı verilən iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında iddia ərizələrində göstərilənləri təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, təmsil etdikləri şəxslər miras əmlakı faktiki qəbul edib idarə etmişlər. İddiaçı övladı vəfat etdiyindən vaxtında notariusa müraciət etməmişdir, Cavabdeh hərəkətləri İddiaçı məlum olduqdan sonra əvvəlcə notariat ofisinə, sonra isə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında təmsil etdiyi şəxsin iddiasını müdafiə edərək təmin edilməsini, təmsil etdiyi şəxsə qarşı verilən iddiaları qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri, habelə təmsil etdiyi şəxsə qarşı verilən iddia ərizələrinə dair etirazda göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında göstərdi ki, təmsil etdiyi şəxs mirası qəbul etmişdir, bu barədə sənədləri iş materiallarına əlavə etmişdir. Qarşı tərəfin mirası qəbul etməsi ilə bağlı sübutu yoxdur. Cavabdeh X20 məhkəmə iclasında ona qarşı iddiaları qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında iddia ərizəsinə qarşı etirazda göstərdiklərini təsdiq etdiyini bildirdi. Əlavə olaraq izahatında göstərdi ki, başqa mülki iş üzrə qərarda da olduğu kimi o, həmin alqı-satqıda vicdanlı olmuşdur. Həmin əmlakın mübahisəli olduğunu bilmirdi. Pulu banka notariat ofisinin depozit hesabına qoymuşdur. Pulu Ənvər çıxartmışdır. Cavabdehlər Ucar rayon notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq həmin cavabdehlərin nümayəndələrinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçılar İddiaçıli qızının və X16 nümayəndəsi və vəkili Vəkil2, cavabdeh X13 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizələri təmin edilməməlidr. İş materiallarından görünür ki, Nuriyeva Fatma Babaş qızı 25 fevral 2011-ci ildə ölmüşdür. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar şəhəri, X33 küçəsi, ev 45 (yeni qaydalarla AZ6100 ünvan 7 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və ümumi sahəsi 34.9 kv.metr olan fərdi yaşayış evi Nuriyeva Fatma Babaş qızının adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində 19 yanvar 2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Ucar rayon notariat ofisinin notariusunun 15 fevral 2022-ci il tarixli, 35 nömrəli notariat hərəkətinin aparılmasından imtina ilə əlaqədar qərarından görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan Cavabdeh 15 fevral 2011-ci il tarixdə vəfat etmiş Nuriyeva Fatma Babaş qızından miras qalan Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 45 yeni qaydalarla AZ6100 Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 130 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən ibarət miras əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 15 fevral 2022-ci il tarixli ərizəsinə baxılmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən miras əmlakın qəbul etməklə bağlı müddət ötürüldüyündən notariat hərəkətindən imtina edilmişdir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(063)- 320/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, Cavabdeh 25 fevral 2011-ci ildə ölmüş Nuriyeva Fatma Babaş qızından miras qalmış Ucar şəhəri, X33 küçəsi, ev 45 (yeni qaydalarla AZ 6100 Ucar şəhəri, X33 küçəsi, ev 130) nömrəli ünvanda yerləşən 0,05 hektar torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 34.9 kv.metr olan fərdi yaşayış evini qəbul etməsi faktı müəyyən edilməsi qət edilmişdir. İşdə olan Ucar rayon notariat ofisi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01 mart 2011-ci il tarixdə vəfat etmiş Nuriyeva Fatma Babaş qızının vərəsələri-ünvan 9 ünvanında qeydiyyatda olan Cavabdeh (AA3252924, xx.xx.2022-Ucar RPŞ QvŞV qrupu, FİN:4ZN7M81, d/t:xx.xx.1982) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Nuriyeva Fatma Babaş qızına verilmiş **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ucar şəhəri, X33 küçəsi, ev 45, yeni qaydalarla AZ6100 ünvan 10 ünvanında 0,05 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 34.9 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 11 avqust 2022-ci il tarixli qeydiyyat nömrəsi **********BH77601 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Ucar şəhəri, X33 küçəsi, ev 45, yeni qaydalarla AZ6100 ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar şəhəri, X33 küçəsi, ev 45 (yeni qaydalarla AZ6100 Ucar şəhəri, X27 küçəsi, 130) ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və ümumi sahəsi 34.9 kv.metr olan fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində 18 avqust 2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 23 avqust 2022-ci il tarixdə Ucar rayon notariat ofisində satıcı-Cavabdeh və alıcı-X20 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 45, yeni qaydalarla AZ6100 Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 130 ünvanında yerləşən 0.05 ha torpaq sahəsini və ümumi sahəsi 34.9 kv.metr olan fərdi yaşayış evini alıcının mülkiyyətinə vermişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2(107)-757/2023 nömrəli qərardadının surətindən görünür ki, ərizəçi Cavabdeh hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun X32 Babaş qızından miras qalmış Ucar şəhəri, X33 küçəsi, ev 45 (yeni qaydalarla AZ 6100 Ucar şəhəri, X33 küçəsi, ev 130) nömrəli ünvanda yerləşən 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 34.9 kv.metr olan fərdi yaşayış evini qəbul etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(063)-320/2022 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, Cavabdeh 25 fevral 2011-ci ildə ölmüş Nuriyeva Fatma Babaş qızından miras qalmış Ucar şəhəri, X33 küçəsi, ev 45 (yeni qaydalarla AZ 6100 Ucar şəhəri, X33 küçəsi, ev 130) nömrəli ünvanda yerləşən 0,05 hektar torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 34.9 kv.metr olan fərdi yaşayış evini qəbul etməsi faktı müəyyən edilməsi qət edilmişdir. Qəbul edilmiş qətnamə hüquqlarına toxunan şəxs İddiaçıli qızı tərəfindən Ucar Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(063)- 320/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Qəbul edilmiş qətnamə hüquqlarına toxunan şəxs İddiaçıli qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ucar Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(063)-320/2022 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan AZE seriyalı, 08596061 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nuriyeva X7 şəhəri, H.Aslanov küçəsi, ev 06-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 17456362 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 şəhəri, H.Əliyev propekti, ev 81-də qeydiyyatdadır. İş materiallarında olan məlumatdan görünür ki, Cavabdeh Ucar şəhəri, Heydər Əliyev propekti, ev 81-də qeydiyyatdadır. İş materiallarında olan məlumatdan görünür ki, X6 şəhəri, Əbdülqasım Firdovsi küçəsi, ev 27-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Mirasın açıldığı zaman (2011-ci ildə) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsində mirasın qəbulunun 2 forması müəyyən edilmişdir: 1) notariat orqanına mirası qəbulu barədə ərizə verilməsi; 2) vərəsənin miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi. Müəyyən olunur ki, iddiaçılar bu formaların heç birindən istifadə etməmişlər, yəni 25 fevral 2011-ci ildən 25 avqust 2011-ci ilədək olan 6 aylıq müddət ərzində notariat kontoruna ərizə verməmişlər və ya mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətlər etməmişlər. Qanunun həmin tələblərini hazırkı işə tətbiq etməklə müəyyən edilir ki, iddialar üzrə iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi miras qoyan vərəsələri mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-ciü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Bununla bağlı olaraq məhkəmə ilk növbədə nəzərə alır ki, mirasın qəbulu ilə bağlı hərəkətlərin edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-in 14.2 və 77.1ci maddələri). İddiaçılar isə miras əmlakın həqiqətən onlar tərəfindən qəbul etdiklərini sübut edə bilməmişlər. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçılar məhkəmə iclasında mirasın onlar tərəfindən faktiki qəbul edilməsini sübut edə bilməmişlər. Həmçinin, məhkəmə iddiaçılar İddiaçıli qızının və X16 iddia tələblərinin Cavabdeh verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********65-10301, qeydiyyat tarixi 18 avqust 2022-ci il olan çıxarışın, həmin çıxarış əsasında digər cavabdeh X20 ilə bağlanmış 23 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin və cavabdeh X13 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi hissəsinə münasibət bildirərək, qeyd edir ki, Cavabdeh aldığı 11 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra həmin əmlakı X14 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqa dair çıxarış əsasında satmışdır. Məhkəmə qeyd edir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Buna görə də cavabdeh X20 vicdanlı əldə edən olduğundan, cavabdeh X20 ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. İşdə mübahisə predmeti olan fərdi yaşayış evinin və torpaq sahəsinin hal-hazırkı mülkiyyətçisinin vicdanlı alıcı olmasını istisna edən heç bir hal müəyyən edilmədiyindən, cavabdeh X20 notarial qaydada təsdiq edilmiş əqd (daşınmaz əmlakın alqı-satqı müqaviləsi) əsasında fərdi yaşayış evini və torpaq sahəsini əldə etdiyindən, həmin əqdin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələblərinin təmin edilməsi üçün qanunauyğun əsaslar yoxdur, buna görə də iddia ərizələri təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçıli qızının cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbləri barədə iddia ərizəsi, iddiaçı X16 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbləri barədə iddia ərizəsi və iddiaçı Cavabdehlər X19 və İddiaçıli qızına qarşı miras əmlakda payın tanınması tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar