Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-28/2024 31.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndələri X4 və X7 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, onun yetkinlik yaşına çatmayan övladı Cavabdeh6 və Cavabdeh5 ona məxsus olan Ucar şəhəri, Səttarxan küçəsi, ev 18 (yeni qaydalarla: AZ6100, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına 2000 (iki min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiш etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Ucar şəhəri, Səttarxan küçəsi, ev 18 ünvanında yerləşən yaşayış evi tam mülkiyyət hüququ ilə mərhum həyat yoldaşı X10 məxsus olmuşdur. Hazırda isə qeyd olunan yaşayış evi onun mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 sentyabr 2022-ci il tarixli çıxarışa əsasən Ucar şəhəri, Səttarxan küçəsi, ev 18 (yeni qaydalarla: AZ6100, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.7 kv.metr olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evi ona və digər ailə üzvlərinə məxsusdur. Cavabdehlərin başqa ünvanda yaşayış yerləri vardır. Cavabdehlər ona məxsus olan fərdi yaşayış evini ondan icazəsiz zəbt edib orada yaşayırlar. Cavabdehlərin onun evini zəbt etməsi, qeydiyyatda qalması mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Məcbur qalıb onların da yerinə kommunal xərclərini ödəyir. Bu da maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Başqa ünvanda yaşayış sahələri olduğuna görə cavabdehlərin ona məxsus mənzildən qeydiyyatdan çıxacağını, evi tərk edəcəklərini düşünmüşdür. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 03 mart 2023-cü il tarixli arayışdan aydın oldu ki, cavabdehlər qeydiyyatda qalmışlar. Onun mülkiyyətində olan mənzildə cavabdehlərin yaşamaları və pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Cavabdehlər mənzili tərk etmədikləri və qeydiyyatdan çıxmadıqları üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında sonuncu tələb həcmində iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində və əlavə ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. İddiaçının nümayəndələri İ.Rəhimova və İddiaçı da məhkəmə iclasında iddiaçının izahatı ilə razı olduqlarını bildirdilər. Cavabdeh1 Məhəmmədəli oğlu məhkəməyə mülki iş üzrə iddia ərizəsinə və əlavə ərizəyə etirazlar göndərmiş və etirazlarda göstərmişdir ki, iş üzrə iddiaçı onun anasıdır. İddia tələbində göstərdiyi hallar tamamilə uydurma və cəfəngiyyatdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Bununla bağlı sənədlər iddiaçı tərəfindən götürülmüş, dəfələrlə geri qaytarılmasını tələb etsə də nəticəsi olmamışdır. Hesab edir ki, bu hal məhkəmənin müvafiq dövlət orqanına sorğusu ilə öz təsdiqini tapacaqdır. İddiaçı iddia tələbində bildirmişdir ki, guya həmin fərdi yaşayış evini ondan icazəsiz zəbt etmişlər. Bu uydurmadır, belə ki, həmin fərdi yaşayış evi uzun illərdir ki, onların faktiki mülkiyyətindədir. Fərdi yaşayış evinə dair bütün kommunal ödənişlər isə məhz onlar tərəfindən ödənilir. Təkrar olaraq qeyd etmək istəyir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Belə olduğu halda iddiaçı hansı əsasla onu və ailə üzvlərini evdən çıxarmaq istəyir. İddia təmin ediləcəyi halda onun mülkiyyət hüquqları pozulur. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. İddianı və ona əlavə olunmuş həcmin artırılması ilə bağlı ərizəni qəbul etmir. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qanunu qüvvəyə minmiş qərarları var (maddə 228, maddə 228.1, maddə 228.4, maddə 228.5 və maddə 260). Həmin maddənin mahiyyətindən bəlli olur ki, hazırkı onun ora olan istifadə hüquqlarının itirilməsi, kompensasiya verilməklə itirilməsi ilə bağlı iddiaçı tərəfin təklif elədiyi kompensasiya məbləği həddindən artıq azdır, plenum qərarlarının mahiyyətinə ziddir. Plenumun qərarlarının mahiyyətinə əsasən istifadə hüququna xitam verilməsi, tələb olunan şəxsin istifadə hüququna o, halda xitam verilə bilər ki, hazırkı şəraitdə və hazırkı formada, şəxsə 3 (üç) il yaşamaq imkanı verən kompensasiya ödənilməlidir. Bu kompensasiyanın da məbləği artıq formalaşmış bir məhkəmə təcrübəsi var, həmin təcrübəyə uyğun olaraq həyata keçirilməlidir. İddiaçının iddia ərizəsində göstərdiyi məbləğ həddindən artıq aşağı olduğuna görə iddia ərizəsini təmin etməməyi, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək iddia ərizəsinə etirazda göstərilən dəlilləri təsdiq etdiyini bildirdi. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, İddiaçı, onun nümayəndələri X4 və X7 və Cavabdeh4 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 (yeni qaydalarla AZ6100, ünvan 2 ünvanında yerləşən 0.0399 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsi-ümumi birgə torpaq sahəsi Cavabdeh1 Məhəmmədəli oğlunun, Cavabdeh2, X5, X2 və Cavabdeh5 və ümumi sahəsi 138.7 kv.metr olan fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində 02 sentyabr 2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan MAPS şöbəsinin 04 fevral 2022-ci il tarixli arayışından görünür ki, iddiaçı, ünvan 3-də qeydiyyatdadır. İşdə olan MAPS şöbəsinin 04 fevral 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 3-də qeydiyyatdadır. İşdə olan MAPS şöbəsinin 04 fevral 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 3-də qeydiyyatdadır. İşdə olan MAPS şöbəsinin 04 fevral 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 ünvan 3-də qeydiyyatdadır. İşdə olan MAPS şöbəsinin 04 fevral 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh4 ünvan 3-də qeydiyyatdadır. İşdə olan MAPS şöbəsinin 04 fevral 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh5 ünvan 3-də qeydiyyatdadır. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 17 avqust 2022-ci il tarixli, 01/260 nömrəli arayışdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanında olan fərdi yaşayış evinin 17 avqust 2022-ci il tarixinə bazar dəyərinin 20000 manat təşkil etməsi göstərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 10 oktyabr 2023-cü il tarixli, MB 16/1354 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 (yeni qaydalarla AZ6100, ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 10 oktyabr 2023-cü il tarixinə hesablanmış orta aylıq kirayə bazar dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, ünvan 4 ünvanında mülkiyyətdə olan 0.0399 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 03 may 2024-cü il tarixinə olan bazar qiyməti 30000-32000 manat və aylıq kirayə 180-200 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadırlar və yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmçinin qərarda qeyd edilmişdir ki, subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətləri məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Konstitusiya Məhkəməsinin həmin qərarında həm də müəyyən edilmişdir ki, yaşayış hüququ əldə etmiş şəxs bu hüququn hansı maddi hüquq normasına əsasən, yəni 01 sentyabr 2000-ci ildən əvvəl istifadə hüququ əldə edilmişdirsə Mənzil Məcəlləsinin 123-cü və ya 01 sentyabr 2000-ci ildən sonra istifadə hüququ əldə edilmişdirsə Mülki Məcəllənin 228-ci maddəsinə əsasən əldə etməsinə baxmayarq hər bir halda, mənzil mülkiyyətçisinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verməklə həmin hüquqa xitam verməsi hüququnun gerçəkləşdirilməsi təmin edilməlidir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini hüququnu da vermir. Həmin qərarda mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq evlə təmin etmək öhdəliyi də qoyulmur. Hətta Konstitusiya Məhkəməsinin qərarında bu müddətin nə qədər olması da müəyyən edilməmişdir. Həmçinin sadalanan normalarda istifadəçilərə kompensasiyanın məbləğini mübahisələndirmək, müəyyənləşdirmək hüququ təsbit olunmamış, hətta bu mümkün olduqda belə onun məbləğinin hansı həcmə qədər artırılmasını tələb etməsi də tənzimlənməmişdir, əksinə bu hüququn mülkiyyətçiyə məxsus olması təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırda mülkiyyətçi, yəni hazırkı iş üzrə iddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin kompensasiya verilməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsini və yaşayış evindən çıxarılmalarını tələb etmişdir. Məhkəmə hesab edir ki, yaşayış evindən istifadə hüququna xitam veriməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini özlüyündə ehtiva edir, buna görə də iddiaçının təklif etdiyi kompensasiya cavabdehlərin davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkan vermir, iddiaçının təklif etdiyi kompensasiya yaşayış tələblərinə mütənasib deyildir və yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri, yəni 350 manat məbləğində pul iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir, həmçinin, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı 350 (üç yüz əlli) manat məbləğində pul tutularaq "xxxx" MMC-yə (VÖEN:**********, "xxxx" ASC Abşeron filialı, VÖEN:**********, M/h:AZ03NABZ********************, kod:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-28/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-28/2024
31.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver