Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-294/2024 15.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2200 manat pulun, eləcə də, ödənilmiş 43 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həmkəndlisidir. Belə ki, o, 2016-cı ilin oktyabr ayında Gəncə şəhərindən bir ədəd 892 markalı traktor almışdır. Sonra həmin traktoru kənd sakinlərinin torpaq sahələrində kənd təsərrüfatı işləri görmək üçün cavabdehə vermişdir. 02 sentyabr 2023-cü il tarixdə cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ona məxsus torpaq sahəsindən biçilmiş otu traktorla toplamağını istədikdə sonuncu traktorun təkərlərinin yararsız halda olduğunu bildirmişdir. Bundan sonra, o, traktora gəlib baxan zaman traktorun iki ədəd arxa təkərlərinin yararsız halda olduğunu görmüşdür. Təkərin yararsız hala düşməsi nəticəsində ona 2200 manat məbləğində maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, sonuncu borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, tələbin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, İddiaçı bildirdi ki, Cavabdeh onun həmkəndlisidir. 2016-cı ilin oktyabr ayında Gəncə şəhərindən bir ədəd 892 markalı traktor almış, həmin traktoru kənd sakinlərinin torpaq sahələrində kənd təsərrüfatı işləri görmək üçün əvəzsiz olaraq, yəni həmin traktorun ona verilməsi müqabilində hər hansı icarə və s. haqq ödənilmədən cavabdehə vermiş, sonuncu yalnız ona məxsus torpaq sahəsində bəzi kənd təsərrüfatı təyinatlı işləri əvəzsiz qaydada icra edirdi. 02 sentyabr 2023-cü il tarixdə cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ona məxsus torpaq sahəsindən biçilmiş otu traktorla toplamağını istədikdə sonuncu traktorun təkərlərinin yararsız halda olduğunu bildirdi. O, bu hala hiddətlənərək “niyə təkərlər istismara yararsızdır” deyərək cavabdehə öz iradını bildirmişdir. Cavabdeh maddi imkanı olmadığı üçün təkər ala bilməyəcəyini, alası olsa belə, işlənmiş təkər ala biləcəyini bildirmişdir. O dəfələrlə cavabdehə “traktoru sənə pulsuz istifadəyə vermişəm, təkərləri al yenə işlət” deyərək müraciət etsə də, cavabdeh bu təkliflərə məhəl qoymamış və nəticədə bu səbəbdən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bundan başqa, onu da qeyd etdi ki, cavabdeh onun tərəfindən istifadəsinə verilmiş traktorun təkcə təkərlərinə deyil, digər ehtiyyat hissələrinə də ziyan vurmuşdur. Lakin o, bu halları qabartmamış və mübahisələndirməyərək özü həmin xərcləri qarşılamışdır. Təkərlərin isə qiyməti baha olduğundan, yəni bir təkərin qiyməti (arxa təkərlərin) 1100 manat olmaqla, cəmi 2200 manat təşkil etdiyindən bunu ödəməyə maddi imkanı olmamışdır. Ona görə də bununla bağlı polisə müraciət etmiş və Ucar RPŞ-nin qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, Cavabdeh borcu etiraf etdiyini, lakin maddi imkanı olmadığına görə ödəyə bilmədiyini ifadə edən iltizam da təqdim etmişdir. Ona görə də hesab edir ki, iddiası tam əsaslıdır və bu səbəblə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı onun həmkəndlisidir. Belə ki, iddiaçı 2016-cı ilin oktyabr ayında Gəncə şəhərindən bir ədəd 892 markalı traktor almış, həmin traktoru kənd sakinlərinin torpaq sahələrində kənd təsərrüfatı işləri görmək üçün əvəzsiz olaraq, yəni həmin traktorun ona verilməsi müqabilində hər hansı icarə və s. haqq ödənilmədən ona vermişdir. Eyni zamanda, o, iddiaçıya məxsus torpaq sahəsində də müvafiq kənd təsərrüfatı işləri də görürmüş. Sözügedən traktorun ona istismara tam yararlı, yəni cəmi 6 ay işlənmiş vəziyyətdə verilməsinə baxmayaraq, o, həmin traktoru qoşqu vasitələri ilə birlikdə 2023-cü ilin sentyabr ayınadək işlətmişdir. İşlətdiyi müddət ərzində ayda təxminən 200-300 manat qazanc əldə edirdi. Hazırda ona qarşı qaldırılmış iddianın əsasını təşkil edən istifadəsində olmuş traktorun təkərlərinin istismara yarasız vəziyyətdə olma səbəbi isə onun təqsiri ucbatından deyil, adi normal təsərrüfat şəraitində işlənmə nəticəsində baş vermişdir. Ümumiyyətlə, o, iddiaçının ona etdiyi yaxşılığı dərk edir, buna görə də iddiaçıya başqa az işlənmiş təkər alıb vermək istəsə də, sonuncu bu təklifdən imtina etmişdir. Ona görə də qeyd etdi ki, əgər maddi vəziyyəti normal olsaydı, təkərləri alıb verərdi (bu hal iddianın etiraf edilməsi kimi deyil, sadəcə olaraq özünün də işlədərək gəlir əldə etməsi üçün). Hazırda o, iddiaçıya məxsus traktorun arxa təkərlərinin birinin qiymətinin 1100 manat, cəmi 2200 manat olması hissəsi ilə razılaşır. Bütün q eyd edilənlərə baxmayaraq, iddiaçı onun barəsində polis orqanlarına şikayət verərkən orada həyacanlı vəziyyətdə öz xətti ilə yazaraq imzaladığı iltizamı qorxusundan yazdığını (lakin polis əməkdaşları və ya digər şəxslər tərəfindən hər hansı psixi, fiziki təsir və ya təzyiq olmadan) bildirdi. Göstərilənlərə əsasən hesab edir ki, onun iddiaçıya borcu yoxdur, odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, Cavabdeh tərəfindən 12 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, iddia tələbini qəbul edərək, İddiaçı 2200 manat borcunun olduğunu təsdiq etmişdir. İşdə olan 22 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, HK-1/1334 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan 12 may 2023-cü il tarixli X1 tərəfindən möhürlənməklə, imzalanmaqla təsdiq edilmiş ******* saylı qaimə fakturadan görünür ki, 892 markalı traktorun təkərlərinin bir ədədinin qiyməti 1100 manat olmaqla, cəmi 2200 manat təşkil edir. İşdə olan 22 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 43 (qırx üç) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kənd təsərrüfatı təyinatlı işlərin yerinə yetirilməsi ilə bağlı öhdəlikləri olmuşdur. Belə ki, iddiaçı cavabdehə kənd təsərrüfatı təyinatlı işləri görməyi üçün özünə məxsus bir ədəd 892 markalı traktoru cavabdehə vermişdir. Habelə, bu hal iş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında və 12 sentyabr 2023-cü il tarixli iltizamda cavabdeh tərəfindən təsdiqlənmişdir. Beləliklə, cavabdeh bu günədək borcunu qaytarmamaqla, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda, cavabdehin iddiaçıya 2200 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 733.1-ci maddəsinə əsasən əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 733.2-ci maddəsinə əsasən əgər kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqlarının və ya iddialarının olduğunu və ya əvəzsiz istifadəyə verilmiş əşyanın hər hansı qüsurunu qəsdən gizlədirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini kirayəçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri, eyni zamanda, işin faktiki hallarını tərəflərin qarşılıqlı hüquqi vəziyyəti ilə müqayisə edərək iddia tələbinin qanuni əsasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, iddiaçı özünə məxsus traktoru cavabdehə müvəqqəti istifadəyə vermiş, cavabdeh isə bunun müqabilində hər hansı haqq ödəməmiş və ya belə ödəniş tərəflər arasında şərtləşdirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin imperativ normasından irəli gələn tələb hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürməsi və bu öhdəliklərin iştirakçılar arasında əvəzsiz icra edilməsidir. Ona görə də sözügedən normanın hazırkı mübahisəyə münasibətdə tətbiq edilməsi iddia tələbinin qanuni əsası kimi sayıla bilər. Məhkəmə işin faktiki və məhkəmə tərəfindən araşdırılmış hallarına münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülki prosessual qanunvericiliyin imperativ tələbinə əsasən öz iddiasının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisə üzrə iddiaçı öz üzərinə düşən sübutetmə yükünü icra etmiş, yəni, mübahisəli münasibətin həlli istiqamətində zəruri olan halları sübuta yetirə bilmişdir. Belə ki, iddiaçının iddia predmetinin əsası və mübahisə etdiyi hal olaraq istinad etdiyi əsaslar ilk növbədə cavabdehin iş materiallarına əlavə edilmiş yazılı iltizamı ilə sözügedən pulun etiraf edilməsi və traktorun arxa təkərlərinin orta bazar qiymətinin iddia olunan məbləğdə olması ilə razılaşmasıdır. Bu hallar işin qismən mübahisələndirilən hallarına aid olduğuna görə məhkəmə iddiaçının təqdim etdiyi sübutlara, göstərdiyi xüsusatlara və cavabdehin iddiaya qarşı gətirdiyi dəlillərə hüquqi qiymət verməyi işin ədalətli və obyektiv araşdırılması məqsədilə labüd hesab edir. Belə ki, cavabdeh iş materiallarında olan 12 sentyabr 2023-cü il tarixdə iddiaçıya olan borcunu etiraf etdiyini göstərən iltizamı özü yazdığını və imzaladığını bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən iltizamı cinayət işinin başlanmasından qorxduğu üçün yazaraq imzaladığını qeyd etmişdir. Cavabdeh eyni zamanda, iddiaçının iddia etdiyi (təkərin əvəzi olaraq) pulu hazırda ödəməyə maddi imkanının olmamasını və iddiaçıya işlənmiş təkər təklif etməsinə baxmayaraq (maddi imkanı olmadığından özünün qazanc əldə etməsi məqsədilə traktoru yenidən istifadə etməsi üçün), sonuncunun bu təklifdən imtina etməsini də qeyd etmişdir. Məhkəmə işin mübahisələndirilən hallarına hüquq müstəvisində qiymət verərək qeyd edir ki, cavabdeh iş materiallarında olan 12 sentyabr 2023-cü il tarixdə iddiaçıya olan borcunu etiraf etdiyini göstərən iltizamı özü yazdığını və imzaladığını bildirməsi ilə iddianın əsasını təşkil edən pulu etiraf etmiş sayılır. Mülki prosesssual qanunvericiliyin norma və prinsiplərinə əsasən hazırkı halda cavabdehin həmin iltizamı qeyri könüllü şəkildə imzalamasını sübut etmə yükü məhz sonuncunun üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən qeyd edilən halın əksini sübut etmək təmin edilməmiş və ya bu istiqamətdə hər hansı mötəbər dəlil təqdim edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019cu il tarixli Qərar”ına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2200 (iki min iki yüz) manat pul və ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2200 (iki min iki yüz) manat pul və ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-294/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-294/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver