Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-376/2024 11.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, məhkəmənin hazırlıq iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi məhkəməyə müraciət edərək 3779 manat məbləğində borcun, vəkilə iddia ərizəsinin tərtib edilməsi üçün ödədiyi 120 manat məbləğində qonorarın və 59 manat məbləğində dövlət rüsumunun, 3958 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası 11 mart 2024-cü il tarixə, saat 15:30-a təyin edilmişdir. İddiaçıya və cavabdehə məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq məhkəmənin hazırlıq iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh həmin pulu ona qaytarmışdır, odur ki, verdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin iştirakları olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia ərizəsi ona qaytarılmalıdır. Həmçinin, iddiaçının qeyd olunan ərizəsi ona qaytarıldığından iddiaçı tərəfindən 09 fevral 2024-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, mədaxil qəbzinin nömrəsi **********) 59 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 170.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi İddiaçı qaytarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı tərəfindən 09 fevral 2024-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, mədaxil qəbzinin nömrəsi **********) 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-376/2024
Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-376/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver