Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-382/2024 24.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3, Abdurəhmanova (Vəliyeva) Rəhimə Şahmalı qızının, İddiaçı5 və İddiaçı6 Cavabdeh1 qarşı payın müəyyən edilməsi və naturada bölünməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, məhkəmənin hazırlıq iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, X3, İddiaçı3, Abdurəhmanova (Vəliyeva) Rəhimə Şahmalı qızı, İddiaçı5 və İddiaçı6 Cavabdeh1 qarşı payın müəyyən edilməsi və naturada bölünməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılara, onların nümayəndəsi və vəkili Nümayəndə və cavabdehlərə məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq məhkəmənin hazırlıq iclasına gəlməmişlər. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri götürülməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçıların, onların nümayəndəsi və vəkili Nümayəndə və cavabdehlərin iştirakları olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia ərizəsi ona qaytarılmalıdır. Həmçinin, iddiaçının qeyd olunan ərizəsi ona qaytarıldığından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən 12 fevral 2024-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, mədaxil qəbzinin nömrəsi **********02) 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 170.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, X1, İddiaçı3, Abdurəhmanova (Vəliyeva) Rəhimə Şahmalı qızının, İddiaçı5 və İddiaçı6 Cavabdeh1 qarşı payın müəyyən edilməsi və naturada bölünməsi tələbi barədə iddia ərizəsi İddiaçı1 qaytarılsın. İddiaçılar İddiaçı1, X1, İddiaçı3, Abdurəhmanova (Vəliyeva) Rəhimə Şahmalı qızının, İddiaçı5 və İddiaçı6 Cavabdeh1 qarşı payın müəyyən edilməsi və naturada bölünməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən 12 fevral 2024-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, mədaxil qəbzinin nömrəsi **********02) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-382/2024
Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-382/2024
24.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver