Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-438/2025 06.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X6 oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 02 oktyabr 2008-ci il tarixdə ölmüş X1 28 oktyabr 1972-ci il tarixdə ölmüş Ərizəçi oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 07 aprel 2000-ci il, tarixli, 20 saylı qərarı ilə mərhum atası X2 Ucar şəhəri ərazisindən 399 kv.m torpaq sahəsi verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Lakin, atası X3 02 oktyabr 2008-ci il tarixdə vəfat etmişdir. Mərhum atasından miras qalmış əmlakın qanuni qaydada qəbul edilməsi və rəsmiləşdirilməsi üçün mərhum babası Ərizəçi ilə mərhum atası X1 qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməsi zəruridir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat orqanı mərhum atasının doğum haqqında akt qeydinin mövcud olmaması səbəbindən müvafiq sənədi təqdim edə bilməmiş və bu barədə ona 10 dekabr 2024-cü il tarixli arayış vermişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ucar rayon notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Ucar rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Mehriban qonşuluq münasibətləri vardır. O, 1959-cu il təvəllüddür. Ərizəçinin atası İsmayıl Əhmədov 2008-ci ildə vəfat etmiş və Ucar rayonu, Qarabörk kənd qəbristanlığında dəfn edilmişdir. Eyni zamanda, o, İsmayılın dəfnində və yas mərasimində yaxından iştirak etmişdir. Lakin ərizəçinin babası Ərizəçi isə uşaqlıq vaxtından tanıyır, onun həmin vaxtlar təxminən 13 yaşı vardı. Ərizəçinin babası Əhməd həmin vaxtlar dülgər kimi öz həyətində çalışırdı və sonuncunun vəfatı da yadına gəlir. Belə ki, ərizəçinin babası isə 1972-ci ildə vəfat etmiş və Ucar rayonu, Alpout kənd qəbristanlığında dəfn edilmişdir. Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Mehriban qonşuluq münasibətləri vardır. O, 1959-cu il təvəllüddür. Ərizəçinin atası İsmayıl Əhmədov 2008-ci ildə vəfat etmiş və Ucar rayonu, Qarabörk kənd qəbristanlığında dəfn edilmişdir. Eyni zamanda, o, İsmayılın dəfnində və yas mərasimində yaxından iştirak etmişdir. Lakin ərizəçinin babası Ərizəçi isə uşaqlıq vaxtından tanıyır, onun həmin vaxtlar təxminən 13 yaşı vardı. Ərizəçinin babası Əhməd həmin vaxtlar dülgər kimi öz həyətində çalışırdı və sonuncunun vəfatı da yadına gəlir. Belə ki, ərizəçinin babası isə 1972-ci ildə vəfat etmiş və Ucar rayonu, Alpout kənd qəbristanlığında dəfn edilmişdir. Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma qardaşıdır. O, 1974-cü il təvəllüddür. X4 2008-ci ildə vəfat etmiş və Ucar rayonu, Qarabörk kənd qəbristanlığında dəfn edilmişdir. Eyni zamanda, o, atasının dəfnində və yas mərasimində yaxından iştirak etmişdir. Lakin babası Ərizəçi isə görməmişdir. Çünki, babası Əhməd atası İsmayıl evlənməmişdən qabaq vəfat etmişdir. Lakin o və digər ailə üzvləri həm babasının, həm də atasının qəbrini ziyarət edirlər. 1972-ci ildə vəfat etmiş babası Ərizəçi qəbri Ucar rayonu, Alpout kənd qəbristanlığında yerləşir. İşdə olan Ucar rayon VVADQ şöbəsi tərəfindən 26 oktyabr 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 157586 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X3, anası X5 olan Ərizəçi xx xxxxxx 1976-cı il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən 22 oktyabr 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 308637 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 oktyabr 2008-ci il tarixdə Ucar şəhərində ürək çatışmamazlığından ölmüş və bu barədə 22 oktyabr 2008-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 22 nömrəli qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 16 yanvar 2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 466352 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 28 oktyabr 1972-ci il tarixdə Ucar şəhərində mədə xərçəngindən ölmüş və bu barədə 21 noyabr 1972ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 74 nömrəli qeyd edilmişdir. İşdə olan torpaq sahəsinin planı və ölçüsünə dair A seriyalı 015043 nömrəli sənədin surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 07 aprel 2000-ci il, tarixli, 20 saylı qərarı ilə Ucar şəhəri ərazisindən 399 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X1 mülkiyyətinə verilmiş və bu barədə 30 noyabr 2007-ci il tarixdə dövlət torpaq kadastrı kitabında 1536 nömrə ilə uçota alınmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən 10 dekabr 2024-cü il tarixdə verilmiş 1683 nömrəli arayışın surətindən görünür ki, 1934-cü ildə Ucar şəhərində doğulmuş X1 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, şöbədə 1949-1970-ci illər üzrə doğum haqqında akt qeydləri, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış lakin, X1 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ucar rayon notariat ofisi tərəfindən 26 fevral 2025-ci il tarixdə verilmiş 210 nömrəli məktubdan görünür ki, Ərizəçi miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla bağlı miras qoyanla qohumluq faktlarını təsdiq edən doğum haqqında şəhadətnamənin təqdim edilməməsi və həmin doğum haqqında şəhadətnamənin elektron notariat sistemi vasitəsi ilə əldə edilməsinin mümkünsüzlüyü səbəbindən Ərizəçi ərizəsinin icrası rayon qeydiyyat şöbəsində mümkün olmamış, habelə bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 21 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45-ci maddəsinin İ və İİ hissələrinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən, məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il, 3saylı qərarına əsasən, Azərbaycan Respublikası MPMnin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır:
1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 02 oktyabr 2008-ci il tarixdə ölmüş X1 28 oktyabr 1972-ci il tarixdə ölmüş Ərizəçi oğlu olması faktı şahid ifadələri və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olundu ki, mərhum X3 mərhum Ərizəçi oğludur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Bu Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02 oktyabr 2008-ci il tarixdə ölmüş X1 28 oktyabr 1972-ci il tarixdə ölmüş Ərizəçi oğlu olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 307-308, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin olunsun. 02 oktyabr 2008-ci il tarixdə ölmüş X1 28 oktyabr 1972-ci il tarixdə ölmüş Ərizəçi oğlu olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən : Xəyal Bədəlov