Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-461/2024 11.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı, Cavabdehnın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun atasına məxsus evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun Ucar şəhərində yerləşən Ş.İ.Xətai küçəsindəki 7 saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, atəşkəs elan olunduqdan sonra isə Rusiya Federasiyasına getmişdir. Rusiya Federasiyasında yaşayarkən 2000-ci ildə evlənmiş və Leyla adlı bir qızı doğulmuşdur. Lakin, 2017-ci ildə arvadı rəhmətə gedəndən sonra vətəninə geri qayıtmışdır. Vətənə qayıtdıqdan sonra yaşamaq hüququ olan ata evi olsa da 2022-ci ilə kimi müxtəlif ünvanlarda kirayə yaşamışdır. Həmçinin onu da qeyd etmişdir ki, 2022-ci ilin mart ayında həbs olunmuş, lakin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılmışdır. Azadlığa buraxılmağına baxmayaraq onun yaşamağa yeri yoxdur. Bu müddət ərzində dostlarının sayəsində müxtəlif ünvanlarda yaşayır. Lakin, bu yaşayış tərzi artıq onu çox sarsıtmışdır. Bundan sonra ömrünün qalan hissəsini doğulduğu ünvanda ata mülkində yaşamaq istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh əvvəllər hazırkı iddianın predmeti olan mənzildə yaşasa da, sonralar çıxıb getmişdir. O, cavabdehlə bir evdə yaşamaq istəmir, oğlu həbsdədir, özü tək olaraq cavabdehlə bir evdə yaşamaqdan qorxur. Bundan başqa, o, evin əsaslı təmiri ilə bağlı xərclər çəkmişdir ki, iddiaçı nəinki xərc çəkilməsində iştirak etmiş, heç bundan xəbəri belə olmamışdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunan Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, keçmiş Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən 03 avqust 1962-ci il tarixdə verilmiş 1147 nömrəli şəxsin mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 16 aprel 2024-cü il tarixdə verilmiş 3-21-3-36/2-1500/2024 nömrəli məktubdan görünür ki, 03 avqust 1962-ci il tarixdə tərtib edilmiş 1147 invertar nömrəli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 məxsus olmuşdur. Lakin, sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ucar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 yanvar 2024-cü il tarixdə verilmiş 5-80-11/2-163,2024 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 28 iyun 2019-cu il tarixdə verilmiş 085834 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Beləliklə, məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olundu ki, keçmiş Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən 03 avqust 1962-ci il tarixdə verilmiş 1147 nömrəli şəxsin mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportuna əsasən Ucar şəhərində yerləşən Ş.İ.Xətai küçəsindəki 7 saylı fərdi yaşayış evi iddiaçının atası mərhum X2 məxsus olmuşdur. Həmçinin, İddiaçı qeyd edilən ünvanda qeydiyyatda olmaqla, bu mənzildə yaşamaq hüququ, həmçinin yaşayış sahəsindən istifadə etmək ixtiyarı vardır və həmin mənzil bu və ya digər şəxsin mülkiyyətində deyildir (özəlləşdirilməmişdir). Həmçinin, qeyd edilən hüquqlar mübahisəli mənzildə uzun müddət yaşamış digər şəxslərdə, o cümlədən Cavabdeh da mövcuddur və bu və ya digər formada məhdudlaşdırılmamışdır. Tərəflər arasında hazırda qeyd edilən mənzillə bağlı mübahisə vardır. İddiaçı tərəf mübahisəli mənzili müvəqqəti olaraq, tərk etmək məcburiyyətində qalsa da, hazırda onun daimi yaşamaq üçün yeri yoxdur. Bu səbəbdən də iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin 1 və 2-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 51-ci maddənin 1 və 2-ci hissəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Bu Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, keçmiş Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən 03 avqust 1962-ci il tarixdə verilmiş 1147 nömrəli şəxsin mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportuna əsasən Ucar şəhərində yerləşən Ş.İ.Xətai küçəsindəki 7 saylı fərdi yaşayış evi mərhum X2 məxsus olmuşdur. Həmçinin, İddiaçı qeyd edilən mənzildə qeydiyyatda olmaqla uzun müddət orada yaşamışdır. Qeyd olunmalıdır ki, mübahisəli mənzil bu və ya digər ailə üzvünün mülkiyyətinə keçmədiyindən (özələşdirilmədiyindən) tərəflərin, eləcə də onlarla etibarlı ailə münasibətlərində olan ailə üzvlərinin bu mənzildən bərabər şəkildə istifadə ixtiyarları mövcuddur və hazırkı vaxtadək saxlanmaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, İddiaçı mübahisəli mənzilə öz iradəsindən asılı olmayan səbəbdən qayıda bilməməsi onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Beləliklə iddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Məhkəmə göstərilənlərə əsaslanmaqla cavabdehin iddia tələbini qəbul etməməsini, eləcə də, iddiaçı tərəfin uzun illər cavabdehlə birgə mübahisəli mənzildə yaşamasını və mübahisəli mənzilin hazırkı vəziyyətdə iddiaçı tərəfin yeganə yaşayış yeri olmasını nəzərə alır. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Ucar şəhərində yerləşən Ş.İ.Xətai küçəsindəki 7 saylı fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci bəndinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasından olduğundan hazırkı iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. İddiaçı Ucar şəhərində yerləşən Ş.İ.Xətai küçəsindəki 7 saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-461/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-461/2024
11.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver