Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-678/2024 08.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X38 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "miras əmlakda payın tanınması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "miras əmlakda payın tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 fevral 2024-cü il tarixdə ölmüş X4 miras qalmış Ucar rayonunun Alpı kəndində 0,49 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.metr yaşayış, 34,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində İddiaçı 5/8 hissə payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, atası X10 17 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Onun xüsusi mülkiyyətində Ucar rayonunun Alpı kəndində 0,49 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.metr yaşayış, 34,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi olmuşdur. X18 daha əvvəllər vəfat etdiyindən atası sonradan birinci Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Həmin nikah bağlanarkən isə artıq qeyd edilən ev atasının mülkiyyətində olmuşdur, yəni, qeyd edilən fərdi yaşayış evi atasının Cavabdeh1 ilə birgə mülkiyyəti deyildir. Atasının onunla birlikdə 9 nəfər uşağı olmuşdur. X9 1965-ci il tarixdə, X16 isə 2011-ci il tarixdə, yəni atasından əvvəl vəfat etmişdirlər. Beləliklə, atası ölən günü onun 7 uşağı və 1 arvadından ibarət olan, cəmi 8 nəfər vərəsələri qalmışdır. X2, X21, X22 və X11 mirasdan onun xeyrinə atası öldüyü gündən 3 ay keçməmiş imtina etmişdirlər. Buna görə də onun vərəsəlikdə payı 5/8 hissə olmuşdur. Ona görə də o, ilk dəfə 8 may 2024-cü il tarixdə atasından miras qalan əmlaka dair 5/8 hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verməsini maraqlı şəxsdən xahiş etmişdir. Lakin notarius vərəsələr arasında ixtilaf olduğu üçün müvafiq şəhadətnaməni verməkdən imtina etmişdir. Daha sonra o, ona verilən cavabda texniki səhvlər (tarixlərlə və imtinanın ünvanlandığı şəxsin adı ilə bağlı) olduğundan yenidən 18 may 2024-cü il tarixdə eyni tələblə maraqlı şəxsə müraciət etmişdir. Lakin notarius yenə də eyni səbəbi göstərməklə, müvafiq şəhadətnaməni verməkdən imtina etmiş və ona yenidən məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və eləcə də, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli, 194 nömrəli doğum haqqında arayışdan görünür ki, ata X10 və ana X36 olan X17 xx xxxx 1956-cı ildə doğulmuşdur. İşdə olan Ucar RİHB-nın Quləbənd kənd İƏDN tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli, AZ-İİ 213516 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 17 fevral 2024-cü ildə ürəyin aterosklizotik diaqnozu ilə Ucar rayonu, Alpı kəndində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 05 avqust 2008-ci il tarixdə, MH seriyalı, ******* sayda qeydiyata alınmış çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu, Alpı kəndində X5 mülkiyyətində olan 0,49 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.metr yaşayış, 34,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 may 2024-cü il tarixli, 5-80-25/2-186/2024 nömrəli arayışından görünür ki, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı Ucar rayonu, Alpı kəndində yaşamış atası, 17 fevral 2024-cü il tarixdə vəfat etdikdən sonra aşağıdakı tərkibdən ibarət varisi qalmışdır.
1. Arvadı - 1956-cı il təvəllüdlü Cavabdeh1
2. Oğlu – 1962-ci il təvəllüdlü Cavabdeh2
3. Oğlu – 1965-ci il təvəllüdlü Cavabdeh3
4. Qızı - 1960-cı il təvəllüdlü Tağıyeva (Həsənova) Nüşabə Ağahüseyn qızı
5. Qızı - 1973-cü il təvəllüdlü Tağıyeva (İsmayılova) Mətanət Ağahüseyn qızı
6. Qızı – 1968-ci il təvəllüdlü Tağıyeva (Agissova) Elmira Ağahüseyn qızı
7. Qızı – 1964-cü il təvəllüdlü X21
8. Oğlu - X29 (1965-ci il tarixdə vəfat edib)
9. Qızı – X30 (2011-ci il tarixdə vəfat edib) İş materiallarında olan Kürdəmir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış 18 may 2024-cü il tarixli, 428 nömrəli məktubundan görünür ki, İddiaçı 18 may 2024-cü il tarixli müraciətində 17 fevral 2024-cü il tarixində X4 miras qalmış əmlaka dair 5/8 hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, vərəsələr arasında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan X12 nоtаriаl qаydаdа təsdiq оlunmuş 06 may 2024-cü il tаriхli ərizəsindən görünür ki, о, 17 fevral 2024-cü il tarixdə vəfat etmiş mərhum atası X5 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan mərhumun oğlu İddiaçı xeyrinə imtina edir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaqdır. İş materiallarında olan X13 nоtаriаl qаydаdа təsdiq оlunmuş 06 may 2024-cü il tаriхli ərizəsindən görünür ki, о, 17 fevral 2024-cü il tarixdə vəfat etmiş mərhum atası X5 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan mərhumun oğlu İddiaçı xeyrinə imtina edir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaqdır. İş materiallarında olan Elmira Agissovanın nоtаriаl qаydаdа təsdiq оlunmuş 06 may 2024-cü il tаriхli ərizəsindən görünür ki, о, 17 fevral 2024-cü il tarixdə vəfat etmiş mərhum atası X5 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan mərhumun oğlu İddiaçı xeyrinə imtina edir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaqdır. İş materiallarında olan X7 nоtаriаl qаydаdа təsdiq оlunmuş 06 may 2024-cü il tаriхli ərizəsindən görünür ki, о, 17 fevral 2024-cü il tarixdə vəfat etmiş mərhum atası X5 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan mərhumun oğlu İddiaçı xeyrinə imtina edir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 15 iyul 2024-cü il tarixli, 3-16-5/4-13-4668/2024 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən 26 iyul 2010-cu ildə vəfat etmiş Narın Tağıyevanın və 26 oktyabr 1965-ci ildə vəfat etmiş Tağı Tağıyevin ölümünün Ucar rayon qeydiyyat şöbəsində, 11 iyun 2011-ci ildə vəfat etmiş Xuraman Tağıyevanın ölümünün isə həmin rayonun Quləbənd icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. X8 20 dekabr 2010-cu ildə Əliyeva (Tağıyeva) Qələmnaz Nadir qızı ilə sözügedən icra nümayəndəliyində nikaha daxil olmuşdur. Tağıyeva (Abayeva) Xuraman Ağahüseyn qızının X23 ilə nikahı 07 may 1994-cü ildə Ucar rayonu, Quləbənd icra nümayəndəliyində qeydə alınmışdır. Bu nikahdan doğulmuş 10 fevral 1994-cü il təvəllüdlü Gülbahar Abayevanın doğumunun da adıçəkilən icra nümayəndəliyində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən X27 Tağıyevanın nikahının pozulması, Tağı Tağıyevin nikahı və övladlarının doğumu, Xuraman Tağıyevanın isə nikahının pozulması haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ Ucar rayonunun Alpı kəndində 0,49 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.metr yaşayış, 34,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X3 17 fevral 2024-cü il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər qüvvədə olan Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21 iyun 2024-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli,tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X14 ilə X36 ailə qurmuşlar. Оnlаrın İddiaçı, Cavabdeh2, Cavabdeh3, Tağıyeva (Həsənova) Nüşabə Ağahüseyn qızı, Tağıyeva (İsmayılova) Mətanət Ağahüseyn qızı, Tağıyeva (Agissova) Elmira Ağahüseyn qızı, X21, X29 və X16 аdlı uşаqlаrı dоğulmuşdur. X10 17 fevral 2024-cü il tarixdə, X29 1965-ci il tarixdə və X16 2011-ci il tarixdə vəfat etmişlər. Ucar rayonunun Alpı kəndində 0,49 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.metr yaşayış, 34,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi X6 məхsus оlmuş, sоnuncu vəfаt еtdikdən sоnrа İddiaçı nоtаriаt kоntоrunа mürаciət еdərək, miras qalan əmlaka 5/8 hissədə pay əldə etmək üçün vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə verilməsini xahiş etmişdir. Nоtаriаt оfisi оnunlа hazırkı cavabdehlər аrаsında ixtilаf оlduğunu qеyd еdərək, iddiаçıyа məhkəməyə mürаciət еtməsini tövsiyə еtmişdir. Məhkəmə yuхаrıdа istinаd оlunаn mаddi hüquq nоrmаlаrını nəzərə аlаrаq, iddia tələbi ilə bağlı yekun olaraq hеsаb еdir ki, iddiа qismən təmin еdilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3nun vərəsələri olan X20, X21, Elmira Agissova və X11 mərhum ataları X5 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan onlara çatası paydan mərhumun oğlu İddiaçı xeyrinə imtina etmişlər və gələcəkdə bu barədə heç bir iddiaları olmayacağını bildirmişlər. Lakin Ədliyyə Nazirliyinə edilmiş sorğu ilə X5 vərəsəsi olan, 11 iyun 2011-ci il tarixdə vəfat etmiş Tağıyeva (Abayeva) Xuraman Ağahüseyn qızının X23 ilə nikahının 07 may 1994-cü ildə Ucar rayonu, Quləbənd icra nümayəndəliyində qeydə alındığı və bu nikahdan 10 fevral 1994-cü il təvəllüdlü Gülbahar Abayevanın doğulduğu müəyyən olunmuşdur. Doğumun da adıçəkilən icra nümayəndəliyində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, mərhumdan miras qalmış əmlaka dair paylar 8 deyil, 9 vərəsə arasında müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, Tağıyeva (Abayeva) Xuraman Ağahüseyn qızının X23 ilə nikahından doğulmuş 10 fevral 1994-cü il təvəllüdlü Gülbahar Abayevaya mərhum anasından çatası payın açıq saxlanmasını məqsədəmüvafiq hesab edir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, 26 oktyabr 1965-ci ildə vəfat etmiş X24 nikahı və övladlarının doğum haqqında akt qeydinin aşkar edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia qismən təmin edilməklə X1 miras qalmış Ucar rayonu, Alpı kəndində 0,49 ha torpaq sahəsində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) otaqlı, 44 kvadrat metr yaşayış, 34,2 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin 5/9 hissəsinə İddiaçı, 1/9 hissəsinə qanun üzrə vərəsə Cavabdeh1, 1/9 hissəsinə qanun üzrə vərəsə Cavabdeh2, 1/9 hissəsinə qanun üzrə vərəsə Cavabdeh3 payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özlərinə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi: İddia qismən təmin edilsin. X1 miras qalmış Ucar rayonu, Alpı kəndində 0,49 ha torpaq sahəsində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) otaqlı, 44 kvadrat metr yaşayış, 34,2 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin 5/9 hissəsinə İddiaçı, 1/9 hissəsinə qanun üzrə vərəsə Cavabdeh1, 1/9 hissəsinə qanun üzrə vərəsə Cavabdeh2, 1/9 hissəsinə qanun üzrə vərəsə Cavabdeh3 payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Xəyal Bədəlov