Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-718/2024 02.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlu sədrliyi, məhkəmə iclasının katibi Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi iddiaçı Cavabdeh, cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehlər X1, İddiaçı və X3 qarşı evdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsinə və İddiaçı Cavabdeh qarşı kompensassiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən əmlakların çıxarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehlər X1, İddiaçı və X3 qarşı evdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh qarşı kompensassiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən əmlakların çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında vəsatət verib hər iki mülki işin bir icraatda birləşdirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X1 və X3 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, iddiaçı X2 vəsatətini müzakirə edərək və iş materiallarını tədqiq edərək hesab edir ki, qeyd edilən işlər bir-biri ilə əlaqəli olduğundan onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, iddiaçı Cavabdehlər X1, İddiaçı və X3 qarşı evdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsinə dair 2(063)-656/2024 nömrəli və İddiaçı Cavabdeh qarşı kompensassiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən əmlakların çıxarılması tələbi barədə iddia ərizəsinə dair 2(063)-718/2024 nömrəli mülki işlər üzrə tələblər bir-biri ilə əlaqəli olduğundan və tərəflər eyni olduğundan mülki işlərə birlikdə baxılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehlər X1, İddiaçı və X3 qarşı evdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsinə dair 2(063)-656/2024 nömrəli və İddiaçı Cavabdeh qarşı kompensassiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən əmlakların çıxarılması tələbi barədə iddia ərizəsinə dair 2(063)-718/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilsin, mülki işlərə birlikdə baxılsın və işə baxılması 2(063)-656/2024 nömrə ilə davam etdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-718/2024
Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-718/2024
02.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver