Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-812/2025 24.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 2 nömrəli X14 İdarəsinə və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6rşı əmrin ləğv edilməsi və əmək haqqı ödənilməklə işə bərpa tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı əmrin ləğv edilməsi və əmək haqqı ödənilməklə işə bərpa tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 2 nömrəli X14 İdarəsinin rəisinin 17 iyul 2024-cü il tarixli, 17-K nömrəli əmrinin ləğv edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 2 nömrəli Regional Sukanal İdarəsinin rəisinin 17 iyul 2024-cü il tarixli, 17-K nömrəli əmri ilə onunla - 2 nömrəli Regional Sukanal İdarəsinin iqtisadiyyat və uçot şöbəsinin mühasibi ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsi nəzərə alınaraq 17 iyul 2024-cü il tarixdə ləğv edilmişdir (əmrin surəti iddia ərizəsinə əlavə edilir). Onun qeyd edilən əmrdə adı çəkilən ərizəni verməsinin səbəbi isə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 2 nömrəli Regional Sukanal İdarəsinin ona ştat vahidinin ixtisara düşməsi barədə 16 iyul 2024-cü il tarixli, 493 nömrəli xəbərdarlığı olmuşdur (xəbərdarlığın əsli iddia ərizəsinə əlavə edilir). Həmin xəbərdarlıqda onun tutduğu vəzifə üzrə ştat vahidinin 17 iyul 2024-cü il tarixdən ixtisara düşdüyü və buna görə onunla bağlanmış əmək müqaviləsinin 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi göstərilmişdir. O da bundan sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 2 nömrəli Regional Sukanal İdarəsinə xəbərdarlıq müddətini gözləmədən tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə vermişdir (ərizənin surəti iddia ərizəsinə əlavə edilir). Lakin sonradan ona məlum olmuşdur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 2 nömrəli Regional Sukanal İdarəsi onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxara bilməzdi. Çünki, onun himayəsində orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü-anası X4 vardır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. O, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin 05 mart 2025-ci il tarixli, 3-17-5/2-İ-20336/2025 nömrəli cavabını aldıqdan sonra öyrənmişdir. Həmin məktubda onun 30 gün ərzində işə bərpa edilməsi üçün “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 rəhbərliyinə icrası məcburi göstəriş də verilmişdir (cavabın əslini iddia ərizəsinə əlavə edir). O, həmin cavabı 11 aprel 2025-ci il tarixdə poçt vasitəsi ilə aldıqdan sonra-14-15 aprel 2025-ci il tarixlərdə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etdim. Təklifinə cavab verilmədiyindən o, 29 aprel 2025-ci il tarixdə ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına ərizə ilə müraciət etmişdir. 19 may 2025-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də cavabdehlər mediasiya prosesində iştirak etmədiyindən mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 may 2025-ci il tarixli arayış vermişdir (mediasiyaya dair təklif, ərizə, arayış və poçt xəbərnaməsi iddia ərizəsinə əlavə edilir). İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdehlərə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 2 nömrəli X14 İdarəsinin rəisi Fərhad Heydərov tərəfindən iddiaçıya ünvanlanmış 16 iyul 2024-cü il tarixli, 493 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 21 iyun 2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi 17 iyul 2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 1,4 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İşdə olan 2 nömrəli X14 İdarəsinin rəisi Fərhad Heydərova iqtisadiyyat və uçot şöbəsinin mühasibi İddiaçı tərəfindən ünvanlanmış 17 iyul 2024-cü il tarixli ərizədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə yaradılmış "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifənin ştat vahidi ixtisar olunduğu üçün onunla bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqını birdəfəyə ödəməklə 17 iyul 2024cü il tarixdən ləğv etməyi xahiş etmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 17-K nömrəli, 17 iyul 2024-cü il tarixli əmr ilə 17 iyul 2024-cü ildə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyi üçün ləğv edilmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 2 nömrəli X14 İdarəsinin rəisi Fərhad Heydərovun 17 iyul 2024-cü il tarixli, 17-K nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinin surətindən görünür ki, İddiaçı-2 nömrəli Regional Sukanal idarəsinin iqtisadiyyat və uçot şöbəsinin mühasibi ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ərizəsi nəzərə alınaraq 17 iyul 2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 6 il 4 ay 22 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdən çıxarma müavinətinin verilməsi, İddiaçı Əmək Məcəlləsinin 77ci maddəsinin 4-cü bəndinə əsasən "xxxx" ASC-də 6 il 4 ay 22 gün əmək stajı olduğuna görə altı həftəlik xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1.4 misli miqdarının bir dəfəyə ödənilməsi, 02 sentyabr 2023-cü il tarixdən 17 iyul 2024-cü il tarixədək olan dövr üçün isrifadə edilməmiş əsas məzuniyyətə görə 17 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyev tərəfindən iddiaçıya ünvanlanmış 05 mart 2025-ci il tarixli, 3-17-5/2-İ- 20336/2025 nömrəli məktubda göstərilmişdir ki, araşdırma zamanı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən təqdim olunan məktubda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 01 yanvar 2024-cü il tarixədək Dövlət Sosial Müdafiə Fonduna və X3 PHŞ-nə borcu olmadığı, həmin tarixə onun əmək haqqından tutulmuş məcburi sığorta haqqının tamamilə ödənildiyi, hazırda ödənilməmiş sığorta haqlarının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyü bildirilmişdir. Tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəflərindən baxış keçirilərkən onunla “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs arasında 02 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə dair bildirişə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbi pozularaq öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduğu halda 17 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsaslanaraq xitam verildiyi məlum olmuşdur. Eyni zamanda tərəfindən təqdim edilmiş əmək haqqına dair bank çıxarışından son haqq-hesabının gecikdirilərək 20 avqust 2024cü il tarixdə ödənildiyi, nəticədə həmin vəsaitin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbi pozularaq sonuncu iş günü ödənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar 2 nömrəli Regional Sukanal İdarəsinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən 08 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli və 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilməklə, həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 fevral 2025ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Məlum edirlər ki, 2 nömrəli Regional Sukanal İdarəsinin ləğv edilməsi, həmçinin X2 əmək müqaviləsinə xitam verilməsi nəzərə alınaraq İddiaçı yenidən 30 (otuz) gün ərzində işə bərpa edilməsinin nəticəsi barədə X5 Xidmətinə məlumat verilməsi məqsədilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 rəhbərliyinə icrası məcburi göstəriş verilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. İş materiallarında olan Tibbi Sosial Ekspertiza müayinəsindən çıxsrışdan görünür ki, X4 22 dekabr 2022-ci il tarixdən ümumi xəstəliyə görə orqanizminin funksiyalarının pozulması 85 faiz olmaqla müddətsiz birinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sosial ödənişlər altsistemindən çıxarışdan görünür ki, İddiaçı 01 mart 2023-cü il tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən kimi 80 manat təqaüd alır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 2 nömrəli Regional Sukanal İdarəsində İqtisadiyyat və uçot şöbəsinin mühasibi vəzifəsində işləmiş və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi 17 iyul 2024-cü il tarixindən ixtisara düşdüyü üçün 17 iyul 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 292-ci maddəsinin birinci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin birinci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı anası X4 22 dekabr 2022-ci il tarixdən ümumi xəstəliyə görə orqanizminin funksiyalarının pozulması 85 faiz olmaqla müddətsiz birinci dərəcəli əlildir və iddiaçı, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən kimi 80 manat təqaüd alır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 2 nömrəli X14 İdarəsinin rəisinin 17 iyul 2024-cü il tarixli, 17-K nömrəli əmri ləğv edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, işə bərpa edilməldir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 2 nömrəli X14 İdarəsinin rəisinin 17 iyul 2024-cü il tarixli, 17-K nömrəli əmri ləğv edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, işə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-812/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-812/2025
24.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver