Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-844/2024 03.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X34 oğlunun katibliyi, İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, X5, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağamalı oğluna qarşı "payın müəyyən edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, X10, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağamalı oğluna qarşı "payın müəyyən edilməsi və naturada bölgü" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsdə **********48 reyestr nömrəsilə qeydə alınmış 0,52 ha torpaq sahəsində onların və cavabdehlərin 6/11 hissə paylarının müəyyən edilməsi və naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra, iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsdə **********48 reyestr nömrəsilə qeydə alınmış 0,52 ha torpaq sahəsində iddiaçıların və cavabdehlərin 6/11 hissə paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Tələb onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və X35 Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi Ucar rayonunun Məlikballı kəndində 11 nəfərin ümümi birgə mülkiyyətində 0,52 ha torpaq sahəsi vardır. Hal-hazırda onlar həmin torpaq sahəsinin üzərində öz paylarının müəyyən edilməsini istəyirlər. Həmçinin ölüm haqqında şəhadətnamələrdən və qeydiyyat şöbəsinin məktubundan da göründüyü kimi mülkiyyətçilərdən X18, X17 və X14 vəfat etmişdirlər. Cavabdehlərdən Nəsirova (Abdurəhmanova) Müşərrəf Ağamalı qızı ailə həyatı qurduğu üçün soyadını dəyişdirdiyindən sonuncunun əvvəlki soyadı barədə məlumat əldə etmək üçün qeydiyyat şöbəsinə müraciət edilə də, bununla bağlı məlumat verilməsindən imtina edilmişdir. Həmçinin digər cavabdeh Abdurahmanov X26 Federasiyasının vətəndaşı olduğu üçün sonuncunun son qeydiyyat yeri ilə bağlı məlumatları yoxdur. Beləki, hazırda sözügedən 0,52 ha torpaq sahəsinin üzərində onların və cavabdehlərin 6/11 hissə paylarının tanınmasını istəyirlər. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlərin məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqələri göndərilmiş, lakin cavabdeh başqa ünvanda yaşadığına görə bildiriş vərəqələrini təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı1 ilə X24 06 sentyabr 1993-cü il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri barədə 1 nömrəli kitabın 34-cü səhifəsində müvafiq qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Abdurəhmanova” soyadı verilmişdir. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli çıxarışdan görünür ki, X25 ilə X11 19 mart 1920-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri barədə 1 nömrəli kitabın 09-cu səhifəsində müvafiq qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Vəliyeva” soyadı verilmişdir. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 955 nömrəli arayışdan görünür ki, müvafiq olaraq atası X18, anası X19 olan İddiaçı1 xx xxxx 1966-cı il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan Ucar rayon Qazıqumlaq kənd soveti tərəfindən 30 sentyabr 1975-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 409599 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası X18, anası X19 olan X12 22 sentyabr 1975-ci il tarixdə Ucar rayonu, Məlikballı kəndində doğulmuşdur. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, müvafiq olaraq atası X18, anası X19 olan X10 xx xxxxxxxx 1981-ci il tarixdə Ucar rayonu, Məlikballı kəndində doğulmuşdur. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli doğum haqqında arayışlardan görünür ki, müvafiq olaraq ataları İddiaçı1, anaları İddiaçı3 olan İddiaçı4 xx xxxxxxxx 1993-cü il tarixdə, X11 isə xx xxxxxx 1999-cu il tarixdə Ucar rayonu, Məlikballı kəndində doğulmuşlar. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 956 nömrəli arayışdan görünür ki, X18 08 dekabr 2014-cü il tarixdə ağciyər ürək çatışmamazlığı diaqnozu ilə Ucar rayonu, Məlikballı kəndində ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ucar rayonu, Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı4, X5, X13, X8, X6, İddiaçı5, İddiaçı6, İddiaçı3, Cavabdeh2 Ağamalı oğlunun və Abdurəhmanova (Nəsirova) Müşərrəf Ağamalı qızının ümumi birgə mülkiyyətində olmaqla, İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş rayon qeydiyyat şöbəsinin vəkil Nümayəndə ünvanlanmış 15 dekabr 2023-cü il tarixli, 3-16-5/7-16-516/23 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aparılmış araşdırma nəticəsində X14 24 oktyabr 2021-ci il tarixdə vəfat etmiş və bununla bağlı Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən 29 oktyabr 2021-ci il tarixli, 767 nömrəli akt qeydi ilə ölümü qeydə alınmışdır. Həmçinin, X6 nikahı barədə “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aparılmış araşdırma nəticəsində sonuncunun nikahının Ucar rayonu, Qazıqumlaq kənd icra nümayəndəliyi tərəfindən 30 mart 1993-cü il tarixdə 09 saylı akt qeydi ilə qeydə alındığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 3-21-3- 36/2-3183/2023 nömrəli daçınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişdən görünür ki, İddiaçı1 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 3-16-5/2-11-7153/24 nömrəli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində 20 sentyabr 2024-cü il tarixədək aparılmış araşdırma nəticəsində A.Abdurəhmanovun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Həmçinin, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən A.Abdurəhmanovla S.Abdurəhmanovanın nikahından doğulmuş övladının doğumunun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. İşdə olan 12 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçılar məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişlər. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakın dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ X9 Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsi miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X4 08 dekabr 2014-cü il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər qüvvədə olan Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21 iyun 2024-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli,tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X18 ilə X17 ailə qurmuşlar. Оnlаrın birgə nikahlarından İddiaçı1, X10, Nəsirova (Abdurəhmanova) Müşərrəf Ağamalı qızı və Cavabdeh2 Ağamalı oğlu аdlı uşаqlаrı dоğulmuşdur. Sonradan X1 Səhər İbrahim qızı ilə 30 mart 1993-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. X18 08 dekabr 2014-cü il tarixdə, X14 isə 24 oktyabr 2021-ci il tarixdə vəfat etmişlər. Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsi X15 məхsus оlmuş, sоnuncu vəfаt еtdikdən sоnrа Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və X35 Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə 05 iyun 2023-cü il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. Odur ki, məhkəmə qeyd edir ki, mərhumdan miras qalmış əmlaka dair paylar 6 deyil, 4 vərəsə arasında müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, həmin vərəsələrdən Cavabdeh2 Ağamalı oğlunun qeydiyyat yeri müəyyən edilmədiyindən, eyni zamanda, miras əmlakın qəbulunda iştirak etmədiyindən ona miras əmlakdan çatası pay açıq saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, miras əmlak 3 vərəsə arasında bölünməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, 08 dekabr 2014-cü il tarixdə vəfat etmiş X13 və 24 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X6 övladlarının doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia qismən təmin edilməklə X2 miras qalmış Ucar rayonu, Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsinin 7/44 hissəsinə İddiaçı1, 7/44 hissəsinə X5, 7/44 hissəsinə Nəsirova (Abdurəhmanova) Müşərrəf Ağamalı qızının payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. X2 miras qalmış Ucar rayonu, Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsinin 7/44 hissəsinə İddiaçı1, 7/44 hissəsinə X5, 7/44 hissəsinə Nəsirova (Abdurəhmanova) Müşərrəf Ağamalı qızının payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı1, X7, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-844/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-844/2024
03.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver