Məhkəmə qərarları › İş №2(063)-876/2024

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-876/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-876/2024 01.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlu sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı mənzildən çıxarılma tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 əşyaları ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksi 20 3 saylı mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əşyaları ilə birlikdə mülkiyyətində olan ünvan 1 mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında iddianı müdafiə edərək mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etdi və izahatında göstərdi ki, tələbinin əsaslarını iddia ərizəsində göstərmişdir. Cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, hazırda ünvan 1 ünvanda yaşadığından və himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq işin baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi məhkəmənin hazırlıq iclasında mülki işə baxılması ilə əlaqədar ərazi aidiyyəti məsələsi mübahisələndirilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Alpout kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Alpout kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmaşdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, mülki prosessual qanunvericiliyə görə ərazi aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə mübahisə müstəsna aidiyyətlə bağlıdır. Belə ki, iddiaçı cavabdehə qarşı mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi ilə müraciət etmiş, tələbində Cavabdeh əşyaları ilə birlikdə mülkiyyətində olan ünvan 1 mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi mübahisə predmeti olan mənzil Abşeron rayonun ərazisində yerləşir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bu Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddianın predmetini təşkil edən daşınmaz əmlak, yəni, ünvan 1 mənzil Abşeron rayonunun inzibati ərazi vahidinə aid olduğundan İddiaçı cavabdeh X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar