Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-105/2025 06.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi və ƏƏSMN tabeliyində DSMF-nin MMİMF-nın nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi ƏƏSMN tabeliyində DSMF-nin Füzuli Rayon Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə verdiyi əmək satjının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli Rayon Şöbəsini cəlb etməklə onun Füzuli rayonunda X5 xx.xx.1972-ci il tarixdən 1989-cu ilin dekabr ayına kimi işləməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona xx.xx.2021-ci il tarixdə qocalığa görə pensiya təyin olunmuş və xx.xx.2024-cü il tarixdən bu pensiyanın ödənişi dayandırılaraq inzibati icraat başlanılmış, araşdırma aparılmış və təyin olunmuş pensiyadan artıq ödəniş hesab edilərək maraqlı şəxs tərəfindən bir hissəsinin tutulmasına qərar verilmişdir. ƏƏSMN tabeliyində DSMF-nin SÖTMF bu barədə ona xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq etmiş və hər ay pensiyadan artıq ödənilən məbləğin tutulması başlanılmışdır. Ərizəçinin X5 17 il işləməsini təsdiq edən sənədləri məcburi köçkün düşməsi ilə əlaqədar olaraq itmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ƏƏSMN tabeliyində DSMF-nin MMİMF xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki işdə ərizəçi məhkəməyə müraciət edərək onun 1972-1989-cu illərdə Füzuli rayon X5 işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etnişdir. Ərizəçiyə aid diplomun surətinə əsasən o, 1975-1979-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində (əvvəlki adı Sabir adına Bakı Pedaqoji Məktəbi) təhsil almışdır. Ərizəçinin Füzuli rayonunda X5 işlədiyini iddia etdiyi illər Bakı şəhərində yerləşən Sabir adına Pedaqoji Məktəbdə təhsil alıdığı illərlə üst-üstə düşür. Eyni zamanada Ərizəçinin Bakı şəhərində yerləşən Sabir adına Pedaqoji Məktəbdə təhsil alıdığı illər onun əmək kitabçasında qeyd edilməmişdir. Ərizəçi ərizəsində Sovxozdan ona dair sənədləri almağın mümkün olmadığını bildirmiş, çünki həmin Sovxozun sənədlərinin işğal zonasında qaldığını bildirmiş və orada işləməsi faktını təsdiq etmək üçün briqadiri olduğunu iddia etdiyi Şahid1 və onun həyat yoldaşı X4 şahid kimi göstərmişdir. Lakin həmin şəxslərin Ərizəçi ilə eyni illərdə Füzuli rayonunda X5 işlədiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qanunvericilik aktlarına əsasən ifadə verən şahidlərin Ərizəçi ilə eyni müəssisə və ya təşkilatda işləməsi zəruri sübutlarla (məsələn əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilməlidir. Eyni zamanda Ərizəçiyə dair inzibati icraat materiallarından aydın olur ki, xidməti yoxlama zamanı Ərizəçi yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək artıqödəmə aşkar edilmişdir. Belə ki, Ərizəçiyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən hüququ olmadığı halda ona xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək əmək pensiyasının ödənişi davam etdirilmişdir. Nəticədə, Ərizəçiyə müvafiq dövr ərzində 1074,73 manat artıq vəsait ödənilmişdir. Həmin vəsait xx.xx.2022ci il tarixdən etibarən Ərizəçinin pensiyasından hər ay 33,58 manat tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Məhkəmə iclasında iştirak edən: Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, 1972-1989-cu illərdə Füzuli Rayon X5 işləmişdir. Lakin 1993-cü ildə Füzuli rayonu işğal edilərkən bütün əmlakı, əmək fəaliyyəti ilə bağlı bütün sənədləri (əmək kitabçası) evində qalaraq məhv olmuşdur. Həmçinin etiraz ərizəsində qeyd olunanlara münasibətdə bildirir ki, o, 1975-1979-cu illərdə qiyabi formada Azərbaycan Dövlət Pedaqoji Kollecində (əvvəlki adı Sabir adına Bakı Pedaqoji Məktəbi) təhsil almışdır. Odur ki, ərizəsinin təmin edilməsi və qeyd olunan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. ƏƏSMN tabeliyində DSMF-nin MMİMF-nın nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında şahid qismində dindirilmiş: Şahid1 izahat verərək bildirdi ki, 1972-ci ilin sentyabr ayından məcburi köçkün düşənə kimi (təxminən 1993-cü il) Füzuli rayonunda X5 briqadir vəzifəsində işləmişdir. Həmin illər ərzində Ərizəçi də onun işçisi olmuş və fəhlə kimi Sovxozda məcburi köçkün düşənə qədər işləmişdir. 1993-cü ildən sonra o, su idarəsində işləməyə başlamış, daha sonra isə ona pensiya təyin olunuşdur. Qeyd olunanlar Füzuli Rayon Məhkəməsinin 2(064)-443/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsilə də təsdiq olunur. Şahid2 izahat verərək bildirdi ki, 1976-cı il tarixdən qeyri-rəsmi formada Füzuli rayonunda X5 işləmişdir. 1981-ci ildən 1983-cü ilədək Sovxozda rəsmi olaraq çoban kimi işləmiş, daha sonra poç idarəsinə işləmək üçün getmişdir. Sovxozda işlədiyi illər ərzində Ərizəçinin fəhlə kimi işləməsinə şahid olmuşdur. Qeyd olunanlar ona məxsus əmək kitabçasında mövcud olan qeydlərlə də təsdiq olunur. İş materiallarında olan: Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3/48-DA-3F/2-X-xxxx/2024 saylı arxiv arayışında göstərilmişdir ki, “ ... Füzuli Rayon Qırmızı Oktyabr Sovxozunun sənədləri 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir”. AR ƏƏSMN DSMF-nin SÖTMF-nin nümayəndələri və Ərizəçi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli akt əsasında müəyyən olunur ki, Ərizəçiyə pensiya təyin olunarkən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 19 il 17 gün olduğu halda 32 il 5 ay nəzərə alındığı və nəticədə xx.xx.20021-ci il tarixndən xx.xx.2024-cü il tarixinədək əmək pensiyasında artıqödəmə aşkar edildiyi bildirlmiş və artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilmişdir. Ərizəçinin xx.xx.2024-cü il tarixli mülahizəsi əsasında müəyyən olunur ki, o, artıq ödənilmiş məbləğin əmək pensiyasından tutulmasına razı deyil. X1 xx.xx.1925-ci il tarixli ərizəsində qeyd olunur ki, o, xx.xx.1973-cü il tarixdən Füzuli Rayon Qırmızı Oktyabr üzümçülük Sovxozunda briqadir vəzifəsində işləmiş, xx.xx.1979-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir və Ərizəçi həmin dövr ərzində briqadada fəhlə kimi işləmişdir. X2 məxsus əmək kitabçası əsasında müəyyən olunur ki, xx.xx.1972-ci il tarixdə Füzuli Rayon Qırmızı Oktyabr üzümçülük Sovxozunda müvəqqəti olaraq əmək aqronomu vəzifəsinə təyin edilmiş, xx.xx.1973-cü il tarixdə briqadir vəzifəsinə təyin edilmiş və xx.xx.1986-cı ilədək Füzuli Rayon Qırmızı Oktyabr üzümçülük Sovxozunda işləmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-443/2010 saylı qətnaməsi əsasında müəyyən olunur ki, Şahid1 1976-1993-cü illərdə Füzuli Rayon X5 briqadir vəzifəsində işləmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, “ ... məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə müvafiq olaraq məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Füzuli rayonunda X5 xx.xx.1972ci il tarixdən 1989-cu ilin dekabr ayına kimi işləməsi faktı müəyyən edilməlidir. Belə ki, tərəflərin və şahidlərin verdiyi izahatlar və onların təqdim etdiyi Ərizəçi ilə eyni müəssisədə işləməsinin təsdiq edən zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) Məhkəmə müəyyən edir ki, Ərizəçi, həqiqətən də, xx.xx.1972-ci il tarixdən 1989-cu ilin dekabr ayına kimi Füzuli rayonunda X5 fəhlə kimi işləmişdir. Lakin bunu təsdiq edən sənədlər, eləcə də əmək kitabçası 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. Məhkəmə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 , 307 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1972-ci il tarixdən 1989-cu ilin dekabr ayına kimi Füzuli rayonunda X5 işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-105/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-105/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver