Məhkəmə qərarları › İş №2(064)-1080/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1080/2023

21.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1080/2023 21.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş burxamaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli, 33 nömrəli əmrinin ləğv edilməsi, Füzuli rayon 4 saylı Qayıdış qəsəbəsinin tam orta məktəbin xadiməçi vəzifəsinə bərpa olunmasına və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndindən məcburi köçkündür. Füzuli rayonu 4 saylı Qayıdış qəsəbədində yaşayır. 2010-cu ildən həmin qəsəbədə yerləşən tam orta məktəbdə ocaqçı vəzifəsinə işə qəbul olunmuşdur. Bildirir ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, onun əmək müqaviləsi müddətsiz olmuşdur. Lakin 2023-cü ilin mart ayında Füzuli rayonunun 4 saylı tam orta məktəbinin direktoru onu işdən çıxarmış, onu məktəbə çağıraraq daha işə gəlməməyini demiş. Bundan sonra o, həmin məktəbdən və Təhsil şöbəsindən işdən çıxarılma barədə əmrinin surətini ala bilməmiş, niyə işdən çıxarılmağını bilmir, o, heç bir intizam xarakterli əməl törətməmişdir. Həmçinin ona rəsmi qaydada indiyə qədər əmrin surəti təqdim olunmayıb. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsssız sayır. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir və işdən azad edilməyinə dair əmri qanunsuz və əsassız hesab edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən Füzuli rayon Qayıdış qəsəbə 4 saylı tam orta məktəbi üzrə 21 fevral 2023-cü il tarxili 33 saylı əmrdən çıxarışdan görünür ki, məktəbin 0,5 ştat vahidi üzrə xadimə işləyən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqavləsinə 11 yanvar 2023-cü il tarixdən xitam verilmişdir. 27 fevral 2023-cü il tarixdə İddiaçı əmri rəsmi qaydada götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

5. işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2021-ci il tarixli Qərarının 3-cü bəndində göstərmişdir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd olunur ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla yanaşı, məhkəmə həm də mülki qanunvericiliyin iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalarına da isnad etməyi əsaslı hesab edir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (MM-in 375.1-ci maddəsi). Mülki Məcəllənin 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, «….qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir….) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh olunması haqqında» qərarında göstərilmişdir ki, “….iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.» Odur ki, iddiaçının işə bərpa və məcburi iş burxamaya görə əmək haqqı tələbinə dair iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun oduğunu və cavabdeh tərəfindən işdən azad olunmanın səbəbini araşdıran məhkəmə həm də cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinə söykənərək iddia tələbini rədd etmək qənaətinə gəlir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar