Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1096/2025 07.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qanuni nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması, mənzilə köçürülmə və istifadə hüququna maneələrin yaradılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Füzuli rayonunun Bala Bəhmənli kəndində 0,06 ha torpaq sahəsində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********08-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmş fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması, həmin fərdi yaşayış evinə köçürülmələri və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 tərəfindən mənzildən istifadə hüququna yaradılan maneələrin qadağan edilməsi barədə qətnаmə çıхаrılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Qanuni nümayəndə ilə xx.xx.1998ci il tarixdə ailə qurmuşlar. Rəsmi nikah Özbəkistan Respublikasında qeydiyyata alınsa da, Özbəkistana köçənədək mübahisəli mənzildə qeydiyyatda olmala yaşamışlar. Birgə nikahdan İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 doğulmuşdur. 2009-cu ildən etibarən daimi olaraq Azərbaycana köçərək orada yaşamağa başlamışlar. Hətta İddiaçı5 həmin mənzildə doğulmuşdur. İddiaçı1 mərhum qaynatası Abdullayev Şəfaqət 2015-ci ildə vəfat etmiş, onun vəfatından sonra cavabdehlər mənzildən istifadəyə maneçiliklər törətməyə başlamışlar. 2024-cü ildə İddiaçı1 həyat yoldaşı Qanuni nümayəndə miras qəbul etməklə mübahisəli mənzil üzərində paylı mülkiyyətçi olduqdan sonra cavabdehlərin iddiaçılar üzərində təzyiqi daha da artmışdır. Bu barədə bir neçə dəfə Füzuli Rayon Polis Şöbəsinə şikayətləri olmuşdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 sözügedən tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, İddiaçı1 mülkün əvvəlki mülküyyətçisi X3 övladı deyil, gəlinidir və iş üzrə iddia qaldırmaq üçün subyektiv hüquqa malik Qanuni nümayəndə hazırda həyatdadır. Bununla yanaşı, iddiaçılar qeyd olunan mənzildən istifadə hüquqlarının cavabdehlər tərəfindən məhdudlaşdırılmasını bildirsələr də, digər tərəfdən 2009-cu ildən etibarən fasiləsiz olaraq həmin mənzildə yaşamalarını, hətta sonuncu övladının belə həmin mənzildə doğulmasını etiraf etmişdir. Həmçinin Qanuni nümayəndə tərəfindən eyni tələblə qaldırılmış iddia əsasında Füzuli Rayon Məhkəməsinin 2(064)-623/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə ilə 4 otaqdan ibarət mübahisəli mənzilin 1 otağından istifadə hüquqları müəyyən edilmiş, qətnamə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3142/2018 saylı, xx.xx.2018-ci il tarixli və Ali Məhkəmənin 2(102)-3836/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarları ilə qüvvədə qalmışdır. Məhkəmə iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə Qanuni nümayəndə iddiaçılar tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməyib və gəlməməsinin səbəbi barədə Məhkəməyə məlumat daxil olmayıb. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin iclasında iştirak edən: İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qanuni nümayəndə iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddia tələbi ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.3-cü maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “ ... Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. ... MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquqi aktları rəhbər tutaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Məhkəmə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3836/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının və Füzuli Rayon Məhkəməsinin 2(064)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında müəyyən edir ki, X5 ilə Cavabdeh3 arasında xx.xx.1912-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.2011-ci il tarixdə X1 rayonunun Bala Bəhmənli kəndində yerləşən evini Cavabdeh2 vəsiyyət etmişdir. Mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. X3 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə miras açılmışdır. Qanuni nümayəndə xx.xx.2016-cı il tarixli ərizə ilə notariat kontoruna müraciət edərək atası X2 miras qalmış əmlakla bağlı qısa müddət ərzində məhkəməyə müraciət edərək atalıq faktının müəyyən edilməsinə dair sənəd təqdim edəcəyini bildirməsinə, odur ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin müvəqqəti dayandırılmasını xahiş etməsinə baxmayaraq həmin ərəfə atalığı müəyyən edilmədiyindən proses başa çatdırılmamışdır. Bununla da xx.xx.2016-cı il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vərəsəsi Cavabdeh2 müəyyən edilmiş, şəhadətnamə verilən miras əmlak Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən sahəsi 127.7 kv.m olan fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsindən ona çatan payından ibarət olmuş və mübahisəli mənzil xx.xx.2016-cı il tarixdən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşin araşdırılan halları ilə Qanuni nümayəndə miras qoyan X2 miras qalmış əmlakı birinci növbəli vərəsə kimi faktiki qəbul etməsi və qeyd olunan mülkə dair onun da payının müəyyən edilməsi öz təsdiqini tapdığından Füzuli Rayon Məhkəməsinin 2(064)- 50/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Beyləqan rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən ümumi sahəsi 127.7 kv.m olan fərdi yaşayış sahəsinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən ona çatan paya dair Cavabdeh2 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli, **********08-10301 reyestr nömrəli qeyd ləğv edilmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında müəyyən olunur ki, **********08-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmş ümumi sahəsi 127.7 kv.m olan fərdi yaşayış evi və 0,6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin 0,15 ha hissəsi Cavabdeh3, 0,15 ha hissəsi Cavabdeh1, torpaq sahəsinin 0,0375 ha hissəsi və yaşayış evinin ¼ hissəsi Qanuni nümayəndə, torpaq sahəsinin 0,2625 ha hissəsi və yaşayış evinin ¾ hissəsi Cavabdeh2 mülkiyyətindədir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş 058325 nğmrəli nikah haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, Qanuni nümayəndə ilə İddiaçı1 arasında xx.xx.1998-ci il tarixdə nikah aktı qeydə alınmış və birgə nikahdan iddiaçılar xx.xx.1999-cu il təvəllüdlü İddiaçı3 (KP-X № 548810 saylı doğum haqqında şəhadətnamə əsasında), xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 (KP-X № 956538 saylı doğum haqqında şəhadətnamə əsasında), xx.xx.2007-ci il təvəllüdlü İddiaçı4 (KP-X № ******* saylı doğum haqqında şəhadətnamə əsasında) və xx.xx.2013-cü il təvəllüdlü İddiaçı5 (AZ-İİİ № 140185 saylı doğum haqqında şəhadətnamə əsasında) doğulmuşdur. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş CD disk əsasında müəyyən edilir ki, İddiaçıların mübahisəli evdən istifadəsinə Cavabdehlər tərəfindən maneələr vardır. Eyni zamanda həmin maneələr İddiaçılar tərəfindən də törədilir. Beləliklə, Məhkəmə Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən mübahisəli mənzilin ¼ hissəsinin Qanuni nümayəndə mülkiyyətində olmasını və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ilə hazırda faktiki ailə münasibətlərində olmaqla birgə yaşamalarını və İddiaçıların mübahisəli evdən istifadəsinə Cavabdehlər tərəfindən maneələr törətməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıların Füzuli rayonunun Bala Bəhmənli kəndində 0,06 ha torpaq sahəsində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********08-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmş fərdi yaşayış evindən istifadə hüquqları tanınmalı və cavabdehlərə fərdi yaşayış evindən istifadə hüququna yaradılan maneələr qadağan edilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinə köçürülmə hissəsinə münasibət bildirərək qeyd edir ki, iddaçıların mübahisəli evdə yaşamaları həm iddiaçılar, həm də cavabdehlər tərəfindən etiraf edildiyindən və həmin hissədə tərəflər arasında mübahisə olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Füzuli rayonunun Bala Bəhmənli kəndində 0,06 ha torpaq sahəsində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********08- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evindən istifadə hüquqları tanınsın. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X4 İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 fərdi yaşayış evindən istifadə hüquqlarına yaradılan maneələr qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1096/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1096/2025
07.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver