Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1108/2023 01.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 1939-cu il təvəllüdlü anası X1 Füzuli rayonu Əhmədalılar kəndində anadan olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizə və ona əlavə olunmuş sənədlər icraata götürülmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizənin giriş hissəsində maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsi qeyd olunsa da ünvanı göstərilməmişdir. Bundan başqa, ərizəyə əlavə edilmiş Seriya AZE № 03789193 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 01 iyul 1939-cu il tarixdə Füzuli rayonu Əhmədalılar kəndində doğulması müəyyən edilmişdir. Həmçinin ərizə X2 tərəfindən deyil, onun oğlu Ərizəçi tərəfindən verilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində deyilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-in: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, hazırkı ərizə icraata götürülmədən geri qaytarılmalı və ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 150, 152.1, 152.1.2, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən ərizəçiyə qaytarılsın. Ərizəçiyə aşağıdakı nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsi izah edilsin: - ərizənin giriş hissəsində maraqlı şəxsin ünvanı qeyd olunsun. - ərizə X2 tərəfindən verilsin. - ərizədə doğum faktının müəyyən edilməsi deyil, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi qeyd olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov İş № 2(064)-1108/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılmasına dair PROTOKOL 01 iyun 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı qərardadı gəbul etdim: - Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən ərizəçiyə qaytarılsın. - Ərizəçiyə aşağıdakı nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsi izah edilsin: ərizənin giriş hissəsində maraqlı şəxsin ünvanı qeyd olunsun. ərizə X2 tərəfindən verilsin. ərizədə doğum faktının müəyyən edilməsi deyil, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi qeyd olunsun. - Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(064)-1108/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1108/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver