Məhkəmə qərarları › İş №2(064)-1163/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1163/2023

19.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1163/2023 19.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi təlibinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixdə onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2015-ci il tarixdən xitam verilmiş hesab edilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirlmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdehndə (VÖEN: **********) müddətli əmək müqaviləsinə əsasən (12 ay müddətinə) menecer vəzifəsinə işə düzəlmişdir. Müqavilə xx.xx.2014-cü il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixdə müddəti bitmişdir. Həmin 12 aylıq müddətin sonunda o, "xxxx" MMC-də işdən azad olunmuşdur. Lakin bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2015-ci il tarixdə bitməsinə baxmayaraq, Cavabdeh (Vöen: **********) tərəfindən həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi mərkəzləşdirlmiş elektron informasiya sisteminə daxil edilməmişdir. "xxxx" MMC 2016-2017-cı illərdə fəaliyyətini tamamilə dayandırmış, rəhbərlik edən şəxs X1 xx.xx.2022-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinatı üzrə mərkəzi fililalına müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etdiyi zaman ona bildirilmişdir ki, hal-hazırda mərkəzləşdirlmiş elektron informasiya sistemində aktiv əmək müqaviləsi vardır. Bu səbəbdən həmin müqaviləyə xitam verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-H-13591/2023 saylı cavab məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” sltsisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbyacan Respublikası Əmək Məcəlləsinin 74.1-1.1-ci maddəsinə əsasən fiziki şəxs olan işəgötürən vəfat etdiyi təqdirdə əmək müqaviləsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana işçinin müraciəti əsasında xitam verilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə bu barədə məhkəməyə müraciət etmək hüququm vardır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə və maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən, cavabdehlərin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: e-sosial.az-dan çıxarışdan görünür ki, İddiaçı (vəzifəsi-menecer, əmək haqqı-200 manat) ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin bitmə tarixi xx.xx.2015-ci il göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin İddiaçı ünvanlanmış 18 aprel 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Məhkəmə iddiaçının izahatını dinləyərək, eləcə də məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı xx.xx.2014cü il tarixdə "xxxx" MMC-də müddətli əmək müqaviləsinə əsasən menecer vəzifəsinə işə düzəlmişdir. Müqavilə xx.xx.2014-cü il tarixdə bağlanmış və müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Həmin 12 aylıq müddətin sonunda o, "xxxx" MMC-də işdən azad olunmuşdur. Lakin bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2015-ci il tarixdə bitməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi mərkəzləşdirlmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Belə ki, "xxxx" MMC 2016- 2017-cı illərdə fəaliyyətini dayandırmış, ona rəhbərlik edən şəxs X1 isə xx.xx.2022-ci ildə vəfat etmişdir. Bu hal iddiaçının əmək hüquqlarının pozulması ilə nəticələndiyi üçün o, haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi.

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

5. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası.

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarından bəhs edən 74-cü maddəsində aşağıdakılar qeyd edilmişdir: 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdən xitam verilmiş hesab edilsin. Bu qətnamə əmək müqaviləsinə xitam verilməsi bildirişinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən mərkəzləşdirlmiş elektron informasiya sistemində qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar