Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-12/2024 20.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin nümayəndəsi Səfərov Fəhrad Məmməd oğlunun və Cavabdeh iştirakları ilə, iddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş perespektiv inkişaf fond torpağından çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş 4,5 ha perespektiv inkişaf fond torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli rayonu, Mahmudlu-2 kənd sakini cavabdeh Məmmədov X1 Bələdiyyəsinə ayrılmış perespektiv inkişaf fond torpaq sahəsindən qeyri-qanuni olaraq şəxsi məqsədləri üçün istifadə edir. Bununla əlaqədar olaraq ona dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə olmamış, zəbt etdiyi ərazini boşaltmamışdır. Odur ki, bələdiyyə iclas keçirmiş və belə bir nəticəyə gəlmişdir ki, məhkəməyə müraciət olunsun. Ona görə də, qanuni maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Füzuli rayonu “Qarabağ” kolxozunun ərazisində Torpaq islahatı aparılan zaman Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətinə verilmiş 4,5 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Füzuli rayonu “Qarabağ” kolxozunun ərazisində Torpaq islahatı aparılan zaman Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətinə verilmiş 4,5 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Eyni zamanda Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli Rayon İcra Hakimiyyəti xx.xx.1995-ci il tarixli, 17 saylı sərəncamı ilə atası “Arzu” Kooperativinin nəzdində həmin Kooperativin hüquqi varisi olaraq xx.xx.1992-ci il tarixdən "xxxx" Kişik Müəssisəsi yaranmışdır. Füzuli rayonu Aqrokonbinatının xx.xx.1990-cı il tarixli, 06/24 saylı məktubunda qeyd edilir ki, Qoyunçuluq Birliyinin tərkibində yaradılmış “Arzu” Kooperativinə 03 hektar torpaq ayrılmışdır. Həmçinin cavabdeh qeyd edir ki, xx.xx.1992-ci ildə "xxxx" Kooperativini yaradan zaman 03 hektar torpağın sxemdə qeyd olunmayan 1,5 hektar kənd təsərrüfatına yararsız torpağı öz hesabına yararlı hala salaraq 31 ildir ki, faktiki olarq istifadə etdiklərindən mübahisələndirilən torpaq iddia predmetinə 03 hektar deyil, 4,5 hektar kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Cavabdeh tərəfindən şəxsi məqsədlər üçün istifadə edilən 4,5 ha torpaq sahəsi Füzuli rayonu “Qarabağ” kolxozunun ərazisində Torpaq islahatı aparılan zaman Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi iddiaçının mülkiyyət hüququnun, o cümlədən onun komponentləri olan sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Cavabdehin bu qanuna zidd hərəkətləri iddiaçının hüquq və mənafelərinə toxunduğundan o, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 47-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh sonuncu tərəfindən zəbt olunmuş Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətində olan 4,5 ha perespektiv inkişaf fondu torpaq sahəsindən çıxarılmalıdır . Bununla yanaşı, AR MPM-in 107, 115 və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ekspertə verilməli olan 50 manat cavabdehdən tutulmaqla MEM-in hesabına keçirilməlidir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiası təmin edilsin. Cavabdeh Məmmədov X1 Bələdiyyəsinin mülkiyyətində olan 4,5 ha perespektiv inkişaf fondu torpaq sahəsindən çıxarılsın. Cavabdeh ekspertiza xərcinə görə 50 manat tutularaq MEM-in hesabına (AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-12/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-12/2024
20.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver