Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-122/2025 30.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi və İddiaçı nümayəndəsi Qanuni nümayəndə Şiraslan oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) və övladları X3 və X1 ona məxsus ünvan 1 ünvanında yerləşən evindən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh oğlu Qanuni nümayəndə Şiraslan oğlu ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki övladları doğulmuşdur. Cavabdehlə oğlu Anar arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Cavabdeh hazırda ona məxsus ünvan 1 ünvanında qeydiyyatdadır. Onu cavabdehlə heç bir bağlılığı yoxdur və onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmalarını istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan qanunda göstərilən hallarda çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təstiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 244 saylı Fərmanının 2-ci bəndinə əsasən, «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları (qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri) həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda sadalanan normativ hüquqi aktlardan görünür ki, məhkəmə vətəndaşları yaşadıqları yer üzrə qeydiyyata almaq və qeydiyyatdan çıxarmaq üzrə səlahiyyətli orqan hesab edilmir. Deməli, qeyd olunan mübahisələrin həll olunması üçün birbaşa məhkəməyə müraciət olunması nəzərdə tutulmamışdır. Onlar məhkəmədən kənar qaydada həll olunmalı olan mübahisələr kateqoriyasına aiddir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktlarına əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Füzuli Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, o, ilkin olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna müraciət etməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-122/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-122/2025
30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver