Məhkəmə qərarları › İş №2(064)-1286/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1286/2023

14.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1286/2023 14.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək özünun, yəni Rəhimova (Hüseynova) Mənzər Cümşüd qızının xx.xx.1939-cu il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1939-cu ildə Füzuli rayonu, Əhmədalılar kəndində anadan olmuşdur. O, doğum haqqında şəhadətnaməsini itirmiş və bununla bağlı qeydiyyat şöbəsinə müraciət etsə də arxivə baxış zamanı onun doğumu barədə akt aşkar edilməmişdir. Odur ki, doğum haqqında şəhadətnamənin olmaması səbəbindən çətinliklərlə üzləşir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1939-cu il tarixdə Füzuli rayonu, Əhmədallar kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Arayatlı kəndidir. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11/169/23 saylı məktubunda göstərilmişdir ki, Ərizəçi doğumu barədə akt qeydi aşkar olunmamışdır. Odur ki, Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. AZ № 055274 evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, 1934-cü il təvəllüdlü X1 ilə 1939-cu il təvəllüdlü X2 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra kişiyə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinədairişlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-ü bəndində deyilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1939-cu il tarixdə Füzuli rayonu, Əhmədallar kəndində doğulmuşdur. Lakin qeydiyyat şöbəsində bu barədə müvafiq qeydlər saxlanılmamış və bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi xx.xx.1939-cu il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğumunun qeyd edilməsi faktı müəyyən olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi xx.xx.1939-cu il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində doğumunun qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar