Məhkəmə qərarları › İş №2(064)-1316/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1316/2023

21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1316/2023 21.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləmişdir. 23 oktyabr 1993cü il tarixdə Füzuli rayonu ermənilər tərəfindən işğal olunarkən sovxozun sənədləri, həmçinin onun əmək kitabçası da hərbi əməliyyatlar və işğal zamanı məhv edilmişdir. Pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Sənədləri araşdırılmış və ona bildirmişlər ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək fəaliyyəti barəsində sənədlər milli münaqişə zəminində məhv edildiyi üçün onun xx.xx.1976- cı il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işlədiyinə dair sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. İşlədiyi zavodun bütün arxiv sənədləri ermənilərlə aparılan hərbi əməliyyatlar zamanı məhv edildiyindən hazırda həmin zavodun sənədlərini bərpa etmək mümkün deyildir. Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işlədiyini məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilərlər. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tableyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin təşəbbüsü ilə dəvət edilmiş şahidlər: X2 bildirdi ki, o, 05 avqust 1986-cı il tarixdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda işə qəbul edilmiş və xx.xx.1991-ci il tarixədək həmin zavodda fəhlə işləmişdir. Onunla birlikdə həmin zavodda Ərizəçi da fəhlə işləmişdir. Belə ki, Ərizəçi ondan əvvəl zavodda işləmiş və o, işdən çıxdıqdan sonra da işini orada davam etdirmişdir. X6 bildirdi ki, o, xx.xx.1983-cü il tarixdə Füzuli rayon 3 nömrəli (qırmızı oktyabr) üzüm emalı zavodunda işə qəbul edilmiş və demək olar ki, rayon işğal olunanadək, yəni xx.xx.1993-cü il tarixədək orada anbar müdiri işləmişdir. Onunla birlikdə həmin zavodda Ərizəçi da fəhlə işləmişdir. Belə ki, Ərizəçi ondan sonra zavoda gəlmiş və rayon işğal olunanadək onlar bilrikdə orada işləmişlər. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2022-ci il tarixli, 108/A saylı arxiv arayışından görünür ki, Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunun 1984-1993-cü illərə aid sənədlər arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. X1 adına olan İT-İ № ******* əmək kitabçasından çıxarışdan görünür ki, onun xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləməsi barədə qeydlər aparılmışdır. X4 adına olan əmək kitabçasından çıxarışdan görünür ki, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr) üzüm emalı zavodunda anbar müdiri işləməsi barədə qeydlər aparılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Ərizəçi yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü məhkəmədən kənar qaydada aidiyyəti üzrə DSMF-yə müraciət etmiş və ona imtina cavabı verildikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materialları ilə həm də o müəyyən olunur ki, Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunun 1984-1993-cü illərə aid sənədlər arxivə təhvil verilməmişdir. Göründüyü kimi, ərizəçi qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəblərdən təqdim edə bilmədiyinə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadığına görə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan yararlanmışdır. Ərizəçi onun xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləməsi faktının müəyyən edilməsini xahiş etsə də onun təşəbbüsü ilə dəvət edilmiş şahid G.Novruzovanın ifadəsindən görünür ki, o, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda fəhlə işləmiş, digər şahid T.Hacıyev isə xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon 3 nömrəli (qırmızı oktyabr) üzüm emalı zavodunda anbar müdiri işləməsini bildirərək Ərizəçi da onlarla bilrikdə orada işlədiyini təsdiq etmişlər. Göründüyü ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Füzuli rayon 3 nömrəli üzüm emalı zavodunda əmək fəaliyyətinə başlamasını yalnız bir şahid T.Hacıyev təsdiqləmişdir. Həmçinin yalnız şahid T.Hacıyevin ifadəsi ilə ərizəçinin 1993-cü ilədək həmin zavodda işləməsi təsdiq edilir. Belə ki, digər şahid G.Hüseynova qeyd olunan zavodda xx.xx.1991-ci il tarixədək işləmişdir. Odur ki, məhkəmə şahid ifadələrini qismən əsas götürərək Ərizəçi 1986-1991-cü illərdə Füzuli rayon 3 nömrəli (qırmızı oktyabr) üzüm emalı zavodunda fəhlə işləməsi faktının müəyyən edilməsini əsaslı hesab edir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi 1986-1991-ci illərdə Füzuli rayon 3 nömrəli (Qırmızı Oktyabr adına) üzüm emalı zavodunda fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar