Məhkəmə qərarları › İş №2(064)-1470/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1470/2024

05.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1470/2024 05.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı birgə mülkiyyətdə olan payın naturada ayrılması, torpaq sahəsindən çıxarılma, cavabdehlərə müəyyən hərəkətlərin qadağan edilməsi və ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək cavabdehlər ilə birgə mülkiyyətdə olan ********** qeydiyyat nömrəli, sahəsi 0,5699 ha olan, ********** qeydiyyat nömrəli, sahəsi 0,1467 ha olan və ********** qeydiyyat nömrəli, sahəsi 2,2685 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İddiaçının payının naturada ayrılması, cavabdehlərin İddiaçıya məxsus payından cavabdehlərin çıxarılması, İddiaçının ona mıxsus torpaq sahəsindən istifadəsinə maneə olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi və Cavabdeh1 İddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 3000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, mərhum atası X1 və cavabdehlərin birgə mülkiyyətində olan ********** qeydiyyat nömrəli, sahəsi 0,5699 ha olan, ********** qeydiyyat nömrəli, sahəsi 0,1467 ha olan və ********** qeydiyyat nömrəli, sahəsi 2,2685 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. AR ƏMDKDƏDRX tərəfindən verilmiş çıxarışlar əsasında birgə mülkiyyət hüququ İddiaçıya və cavabdehlərə məxsusdur. Cavabdeh1 xeyli müddətdir ki, həmin torpaq sahələrini zəbr edərək özününü təsərrüfatı üçün istifadə edir. Artıq 4 ildir ki, Cavabdeh1 sözügedən torpaq sahələrindən özü üçün istifadə edir, sahədən istifadəyə görə gübrə pulu və torpaq pulunu alıb mənimsəyir və dəfələrlər xəbərdarlıq edilməsinə baxmayaraq etirazlara məhəl qoymur. Cavabdehlər İddiaçıya ona məxsus torpaq sahəsindən istifadəsinə maneə olur. İddiaçı xx.xx.2024-cü il tarixli dəqiqləşdirmə ərizəsi ilə Məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirdiyini, Cavabdeh1 ona məxsus 0,5699 ha torpaq sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin də ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və dəqiqləşdirmə ərizəsi nəzərər alınmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul etdiyini və Məhkəmənin yekun qərarını mübahisələndirmədiyini bildirdi. Cavabdeh1 Məhkəməyə ərizə ünvanlayaraq dəqiqləşdirmə ərizəsində tələb olunan iddianı qəbul etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: AR İNƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış əsasında müəyyən olunur ki, **********4 reyestr nömrəli 0,1467 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı paylı mülkiyyət hüququ vardır. AR İNƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış əsasında müəyyən olunur ki, **********84 reyestr nömrəli 0,5699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı paylı mülkiyyət hüququ vardır. AR İNƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış əsasında müəyyən olunur ki, **********85 reyestr nömrəli 2,2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı paylı mülkiyyət hüququ vardır. AR Füzuli Rayonu Arayatlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ-073206 saylı ölüm haqqında şəhadətnamənin surəti əsasında müəyyən olunur ki, X1 xx.xx.2020-ci il tarixdə infarkt səbəbilə Füzuli rayonu, Babı kəndində ölmüşdür. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş dəqiqləşdirmə ərizəsini, Cavabdeh1 dəqiqləşmiş iddia tələbini qəbul etməsini və tərəflərin etirazının olmamasını nəzərə alaraq iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, dəqiqləşdirmə ərizəsi nəzərər alınmaq iddia tələbi təmin edilməli və Cavabdeh1 zəbt etdiyi İddiaçıya məxsus 0,5699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Bununla yanaşı, AR MPM-in 107, 115 və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Dəqiqləşdirmə ərizəsi nəzərə alınmaqla iddia tələbi təmin edilsin. Cavabdeh1 İddiaçı məxsus 0,5699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Cavabdeh1 dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar