Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1504/2025 29.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3 ay ərzində yaranmış 1350 manat icarə haqqı pulunun, ödənilmiş 124 manat dövlət rüsumunun və iddiaçıdan icarəyə götürdüyü X3 mülkiyyətində olan “Mercedes Benz” markalı, 2001-ci il buraxılışlı, **-TB-*** dövlət qeyydiyyat nişanlı avtomobilin satış qiyməti olan 10800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və dövlət rüsumuna görə ödənilmiş 124 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə İdiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in: - 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizəsi baxılmamış saxlanılır. - 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının ərizəsinə əsasən iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və dövlət rüsumuna görə ödənilmiş 124 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259.0.1, 114.1, 263-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı MMC-nin dövlət rüsumuna görə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödədiyi 124 (yüz iyirmi dörd) manat məbləğində pul ona qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(064)-1504/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1504/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver