Məhkəmə qərarları › İş №2(064)-1506/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1506/2025

25.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1506/2025 25.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, İdddiaçılar İddiaçı1, X3, Haciyeva (Allahverdiyeva) Günel Xaliq qızı, X4 və İddiaçı3 cavabdehlər Cavabdeh və X2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İdddiaçılar İddiaçı1, X3, Haciyeva (Allahverdiyeva) Günel Xaliq qızı, X4 və İddiaçı3 iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən ƏMDK yanında DƏDKR xidməti tərəfindən ********** qeydiyyat nömrə ilə onların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehlər Cavabdeh və X1 çıxarılmaları barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinin giriş hissəsində iddiaçıların və cabadehlərin rəsmi qeydə alındıqları ünvanı göstərsə də, həm iddiaçıların və həm də cabadehlərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) qeyd edilməmiş, eləcə də bu barədə rəsmi sənədlər əlavə edilməmişdir. Belə olan halda iddiaçılar X3, İddiaçı3 və cavabdeh X5 barədə məlumatlar Elektron məhkəmə informasiya sisteminə inteqrasiya edilməsi mümkün deyildir. EMİS-dən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçılar X3, İddiaçı3 və cavabdeh X5 barəsində hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin məcəllənin 152.1.1 maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İdddiaçılar İddiaçı1, X3, Haciyeva (Allahverdiyeva) Günel Xaliq qızı, X4 və İddiaçı3 cavabdehlər Cavabdeh və X2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar