Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1536/2025 03.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı, cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 30 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və əsassız olaraq işdən çıxarılması ilə əlaqədar olaraq ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasında sanitar dayə vəzifəsində işləyirmiş. xx.xx.2024-cü il tarixində uşaq bağçasının müdirəsi Nümayəndə ona yaxınlaşaraq bildirib ki, onun ştatı bundan sonra 0,85 vahid olacaq, ya bununla razılaşmalıdır, ya da işdən çıxarılacaq. Qanunvericiliyə görə bağçanın müdiri əmək şəraitinin dəyişdirilməsi və həmçinin əmək müqaviləsində dəyişikliyin olacağı barədə ona əvvəlcədən yazılı şəkildə məlumat verməli olduğu halda, bununla əlaqədar heç bir məlumat verməmiş və həmin yeni müqavilə formasının və bildirişin fləş-kartda olduğunu demişdir. Bağçanın müdiri Nümayəndə bundan əvvəl də onun barəsində qeyri-qanuni hərəkətlərə yol verdiyinə görə onun barəsində müxtəlif dövlət orqanlarına şikayət edib. O, da İddiaçıdan heyif çıxmaq üçün belə bir vasitəyə əl atmışdır. xx.xx.2024-cü il tarixində Nümayəndə onun işdən çıxarılmağı ilə əlaqədar heç bir rəsmi sənəd təqdim etməmişdir. O, onun dediklərinin düz olub-olmamasını yoxlamaq üçün əmək müqavilənin yerləşdiyi elektron sistemə baxdıqda həmin müqavilənin qüvvədə olduğunu görüb. Səhərisi gün yəni, xx.xx.2024-cü il tarixində o, yenidən iş yerinə gəldikdə, bağçanın müdiri ondan niyə işə gəlməsi barədə soruşub. Cavab olaraq bildirib ki, hələ ki, o, burada işləyir, ona görə də işə gəlib-gedəcək. İddiaçı növbəti günlərdə də işə gəldiyi üçün Nümayəndə ilə aralarında mübahisə yarandı və o, İddiaçını məcburi surətdə bağçadan çıxarmaq üçün polis əməkdaşlarını bağçaya dəvət etdi. Bu mübahisə vaxtı İddiaçının təzyiqim qalxıb və yıxıldığı üçün həm barmağı sınıb, həm də dizləri zədələnib. Bu mübahisədən sonra İddiaçıya müdir tərəfindən işdən çıxmağı ilə əlaqədar Əmr xx.xx.2024- cü il tarixində göndərilib. Lakin həmin gün də müqavilə elektron kabinetdə qüvvədə idi. Həmin gündən yəni, xx.xx.2024-cü il tarixindən İddiaçı bu Əmrin ləğv edilməsi ilə əlaqədar müxtəlif dövlət orqanlarına şikayət etməyə başlayıb. Həmçinin o, elektron sistemə baxdıqda onun AR Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndi ilə işdən çıxarıldığını görüb. Lakin sonradan bağçanın rəhbərliyi həm onun əmək kitabçasında, həm də ona təqdim edilmiş Əmrdə a bəndini pozaraq c bəndi kimi düzəliş etmişdir. Həmçinin bildirmək istəyir ki, bağçanın rəhbərliyi tərəfindən bu qanunsuzluğa yol verildiyi üçün İddiaçı Əmək Müfəttişliyinə də şikayət edib. Bununla əlaqədar Əmək Müfəttişliyində araşdırma aparılmış və bağçanın rəhbərliyinin əməllərində AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsi olduğu üçün o, inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. Artıq xx.xx.2024-cü il tarixində İddiaçı işdən çıxarıldığını bilib. Lakin iş yerində baş vermiş mübahisə nəticəsində ayağı zədələndiyi üçün yerimək qabiliyyətimi itirib. Ona görə də müxtəlif həkimlərə müraciət edib. Lakin həmin vaxt rayon ərazisində fəaliyyət göstərən travmatoloq işdə olmadığı üçün və məzuniyyətə getdiyi üçün İddiaçı məcbur olub Bakı şəhərində gedib. Həmçinin ayağından əlavə ürəyində də problemlər yaranmış və eyni zamanda əsəb sistemi də korlanmışdır. İddiaçı işdən çıxarıldığı üçün bağçanın müdiri başqa bir tərbiyəçi Arzu İsmayılova ilə danışaraq artıq onun işdən çıxarıldığını və kim əmək haqqısını qaldırmaq istəyirsə, 1100 manat gətirsin, onun əmək haqqısını artıra biləcəyini bildirib. X2 adında tərbiyəçi var idi ki, onun sertifıkasiyadan keçmək üçün sənədləri yox idi. Ona görə də bağçanın müdiri işçilərə bildirmişdir ki, Darçına deyin 1100 manat gətirsin onu Ceyranın yerinə işə qəbul edim. Həqiqətən də belə oldu və hal-hazırda Darçın Ərəbova İddiaçının vəzifəsini yerinə yetirir. Bununla əlaqədar bağçanın müdirinin səs yazısı da vardır ki, İddiaçı onu telefonda qeyd edib. İddiaçı işdən çıxmağı ilə əlaqədar müxtəlif idarə və təşkilatlara şikayət etdikdə, araşdırma zamanı bağçanın müdiri əmək şəraitinin dəyişilməsi, əmək haqqının azaldılması və iş yerlərinin ixtisar olunmasını əsas göstərərək onun qanunsuz işdən çıxarılmağına hüquqi don geyindirməyə çalışmışdır. Əgər həqiqətən ştatlar ixtisar olunmuşdusa və əmək haqqı azaldılmışdısa, onda necə olur ki, Ərəbova Darçın işə götürülmüşdür. Bu faktın özü də bağçanın müdiri Nümayəndə yalan dediyini və rüşvət müqabilində Darçını işə götürdüyünü sübut edir. O, Nümayəndə açıq-aydın şəkildə rüşvət istəməsi barədə səs yazısını həm Qarabağ Regional Təhsil İdarəsinə, həm də X13 Xidmətinin Qarabağ Regional şöbəsinə təqdim etsə də, bununla əlaqədar heç bir hüquqi tədbir görülməmiş və onun işdən çıxarılmağının əsl səbəbi müəyyən edilməmişdir. İddiaçı hüquqlarının müdafiəsi üçün 28 oktyabr 2024-cü il tarixində Beyləqan rayon Vəkil bürosunun müdiri X11 ilə müqavilə bağlayıb və həmçinin onun adından çıxış etmək üçün etibarnamə də verib. Həmin gündə yəni, xx.xx.2024-cü il tarixində onun adından qarşı tərəfə mediasiya prosesində iştirak etmək üçün təklif də göndərilmişdir. O, məhkəməyə nə vaxt müraciət edəcəyini vəkildən soruşduqda, o, yalnız bütün dövlət orqanlarına yazdığı şikayətlərə cavab gəldikdən sonra məhkəməyə müraciət edə biləcəyini demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, vəkil işlə əlaqədar heç bir tədbir görməmiş və aralarında bağlanmış müqaviləyə səhlənkarcasına yanaşmışdır. Ona görə də onunla aralarında bağlanmış müqaviləyə xitam verilməsini və ona ödədiyim pulun geri qaytarılmasını xahiş edib. Lakin o, qərəzli şəkildə bundan imtina etdiyi üçün İddiaçı onun barəsində şikayət ərizəsi ilə həm AR Vəkillər Kollegiyasına, həm də Beyləqan rayon polis şöbəsinə müraciət edib. Əfsuslar olsun ki, inanıb etibar etdiyi şəxs də onu aldadaraq heç bir iş görməmiş və əbəs yerə vaxtının boş keçməsinə şərait yaratmışdır. Eyni zamanda İddiaçı tərəfindən Məhkəməyə buraxılmış iddia müddətinin bərpası barədə ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqşünas olmadığı üçün əmək mübahisələrində iddia müddəti anlayışının nə olduğunu bilməmişdir. Öz savadı çərçivəsində aidiyyəti olan bütün idarə və təşkilatlara mütəmadi olaraq şikayət etmişdir. Həmçinin həm özünün, həm də anasının ağır xəstəliyi ilə əlaqədar bəzən bu işlə məşğul olmağa fiziki cəhətdən də imkanı olmamışdır. Ona görə də hesab edir ki, iddia ərizəsinin məzmununda qeyd etdiyi üzürlü səbəbləri də nəzərə alaraq, onun işdən çıxarılmağı ilə əlaqədar əmrdən şikayət vermə müddəti bərpa edilməlidir. Cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının nümayəndəsi Nümayəndə prosessual müddətin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin prosessual müddətin buraxılması səbəbi ilə rədd edilməsi xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsinin 2-ci vərəqinin birinci və ikinci abzaslarında qeyd etmişdir ki, sözügedən müəsissənin müdiri xx.xx.2024-cü il tarixdə işdən azad edildiyini ona (İddiaçiya) elan etmiş və iş yerini tərk etməli olduğunu tələb etmişdir, ancaq o, (İddiaçı) iş yerini tərk etməməkdə israr etdiyi üçün müdir polisə müraciət edərək onu polis vasitəsi ilə iş yerindən kənarlaşdırılmışdır. İddiaçının öz ərizəsində qeyd etdiklərindən göründüyü kimi, işdən azad edilməsi barədə məlumat əmirin verildi tarixdən bir gün sonra, yəni 2024-cü ilin avqust ayının 1-də İddiaçıya elan edilmişdir. O, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının (AR) Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmişdir. İddiaçıya, işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 30 nömrəli Əmr poçt vasitəsilə (Göndəriş nömrəsi: SS ********* AZ) xx.xx.2024-cü il tarixdə rəsmi təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, işdən çıxarıldığı ərəfə baş vermiş mübahisələr səbəbindən səhətində yaranmış ciddi problemlərlə əlaqədar olaraq bu məsələlərlə məşğul olacaq fiziki gücü olmayıb. Belə ki, həmin ərəfə ürəkbulanma, baş gicəllənməsi, iştahsızlıq və əsəbdən əziyyət çəkib, hər iki ayağı zədəli olub, əsadan istifadə etməyə məcbur olub. Qeyd olunanları iş materiallarına əlavə edilmiş reseptlər və tövsiyə vərəqələri də sübut edə bilər. Bütün bunlara rəğmən boş oturmamış, məsələ ilə bağlı müxtəlif idarə və təşkilatlara müraciət etmişdir. Hüquqi savadı olmadığı və müraciət etdiyi idarə və təşkilatlar tərəfindən lazımi qaydada məlumatlandırılmadığı üçün bütün bu müddət ərzində vaxtının boşa keçməsinin və iddia müddətini ötürməsinin fərqində olmamışdır. Müraciətlərinin nəticəsiz qaldığını gördükdə hüquqi dəstək almaq qərarına gəlib və Fəxri Rüstəmov adlı vəkillə xx.xx.2024cü il tarixdə hüquqi yardımın göstərilməsi üçün aralarında müqavilə bağlanıb. X15 aldadıb və məhkəmə icraatı ilə bağlı lazımi addımları vaxtında atmayıb. Belə olan halda onun məhkəməyə müraciəti gecikib. Lakin hüquqi savadı olsaydı öz fiziki gücü çatmasa belə başqasına vəkalətnamə verərək vaxtında məhkəməyə müraciəti təmin edə bilərdi. Göstərilənləri nəzərə alaraq Məhkəmədən qeyd olunan üzürlü səbələrdən iddia müddətinin bərpa edilməsini və iddia tələbinin təmin edilməsin xahiş edir. Cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçını işdən azad etməmişdən əvvəl 2024-cü ilin fevral ayında işçilərin iştirakı ilə iclas keçirmiş, həmçinin həmin ilin mart ayında hər bir işçiyə ayrı-ayrılıqda bildiriş ünvanlayaraq əmək haqqılarında dəyişikliklərin olması və bəzi ştatların ləğv olunma ehtimalı barədə onları məlumatlandırmışdır. Aprel ayında məsələ ilə bağlı daha bir bildiriş də göndərmişdir. Həmin bildirişlərin qəbzləri də mövcuddur. May ayında uyğun olaraq işçilərin əmək haqqıları sistemə yerləşdirilmişdir. Həmin vaxt İddiaçı əmək haqqısında 14 manat azalma olduğunu görərək bu barədə ona müraciət edib və o, dəyişikliklərlə bağlı İddiaçını bir daha məlumatlandırıb. Daha sonra isə əmək məzuniyyətinə çıxıb. İyul ayının sonunda Əmək Müfəttişliyi tərəfindən ona zəng edilərək barəsində şikayət olduğu bildirilib. Məsələ ilə bağlı yenə də İddiaçı ilə görüşüb, danışıb, lakin söhbət əsnasında İddiaçı qanunsuz olaraq onun səsini yazıb, həmin səs yazısını icazəsi və xəbəri olmadan müxtəlif idarə və təşkilatlara təqdim edib, həmçinin onu şantaj edib. Bütün bunların cinayət tərkibi yaratmasını, mülki işə aidiyyəti olmamasını nəzərə alaraq məhkəmə iclasında müzakirə olunmamasını və işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Eyni zamanda İddaçının xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə müqavilənin sistemdə aktiv olumasını onunla izah edir ki, İddiaçı SİMA elektron imza vasitəsilə bildirişi imzalamaqdan imtina etmişdir. Eyni zamanda Nümayəndə iddia müddətinin bərpasına dair vəsatətə münasibətdə etiraz edərək bildirdi ki, İddiaçı müddəti ötürməsini fiziki gücünün olmaması və səhətində ciddi problemlərin mövcudluğu ilə əsaslandırsa da, həmin dövrdə həqiqətən xəsətəxanada olmasını sübut edə bilmir. Həmçinin əsanın ona hansı həkimin göstərişi ilə təyin olunmasına dair hər hansısa sübut təqdim edə bilmir. Hesab edir ki, öz qərarı ilə əsadan istifadə onun hərəkətinin və yeriməsinin ciddi şəkildə məhdudlaşmasını təsdiq etmir. Bütün bunları nəzərə alaraq iddia müddətinin bərpa edilməməsini və iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 30 nömrəli əmrdən çıxarış əsasında müəyyən olunur ki, Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının sanitar dayəsi İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü illərdə bağça işçilərinə göndərilmiş xəbərnamələrdə əmək şərtlərinin dəyişilməsi və əmək haqqılarında olan dəyişiklik barədə göndərilən məktubla razılaşmamış, Əmək Məcəlləsinin 68-ci maddəsinin c bəndinə əsasən işçinin işinə tək tərəfli xitam verilmiş və son pulu hesablanmışdır. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, həmin tarixdə işə bərpa tələbi üzrə keçirilməsi nəzərdə tutulmuş mediasiya sessiyasında İddiaçı tərəf iştirak etmiş və 60 manat mediasiya xərci ödəmiş, lakin buna baxmayaraq Cavabdeh tərəf iştirak etməmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçası əsasında müəyyən olunur ki, o, xx.xx.2024-cü il tarixdə 15 nömrəli əmrlə Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının müdiri Nümayəndə tərəfindən 0,85 ştatla kiçik qrupa sanitar dayə vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə 30 nömrəli əmrlə Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının müdiri Nümayəndə tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin c bəndinə əsasən işinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan AR ƏƏSMN DƏMX Qarabağ regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, Füzuli rayonu Qayıdış qəsəbəsi, 9 sayiı körpələr evi-uşaq bağçası 2022-ci il tarixədək Füzuli rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərmiş, daha sonra Qarabağ Regional Təhsil İdarəsinin tabeliyine verilmiş və İddiaçı xx.xx.2015-ci il tarixdə işə götürülərkən orta əmək haqqı əmək stajına uyğun olaraq 4-cü dərəcə ilə ödənilməli olduğu halda İddiaçı 5-ci dərəcə ilə ödənilmiş və Füzuli rayon üzrə məktəbəqədər təhsil müəssələrinin işçilərinin məlumatlarını xx.xx.2024-cü il tarixində 1C sisteminə yerləşdirərkən İddiaçı əmək stajına uyğun olaraq əmək haqqı 4-cü dərəcə ilə ödənilmişdir. Həmçinin Füzuli rayon Qayıdış-2 qəsəbəsi 9 nömrəli körpələr evi- uşaq bağçasının müdiri tərəfindən əmək müqaviləsində dəyişiklik xx.xx.2024-cü il tarixində yenilənərək 345.10 manatdan 330.65 manata düşdüyünü qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq “ altsisteminə baxış keçirərkən Qarabağ regional Təhsil idarəsinin tabeliyinə verildiyi vaxtdan İddiaçı ilə xx.xx.2022-ci ildə əmək müqaviləsi bağlanılaraq əmək haqqının 300 manat müəyyənləşdirildiyi, əmək müqaviiəsinin yenidən dəyişdirilərək əmək haqqının 31.01,2023-cü il tarixində 345.10 manat olduğu müəyyən edilmişdir. Əmək haqqının son dəyişikliyinin isə xx.xx.2024-cü il tarixində 330.65 manat olduğu müəyyən edilmişdir. Şöbə tərəfindən araşdırma zamanı məlum olub ki, əmək şəraitinin şərtləri bir tərəfli qaydada dəyişdirilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-ci maddəsinin 2 ci bəndinin tələbini pozduğuna görə Füzuli rayonu Qayıdış qəsəbəsi, 9 saylı körpələr evi -uşaq bağçasının müdiri Nümayəndə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsinə əsasən İnzibati xəta haqqında Protokol tərtib edilməklə inzibati icraat başlanılmışdır. Bununla yanaşı İddiaçı müraciətdə qeyd etdiyi məsələlərlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Qarabağ Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub əsasında müəyyən olunur ki, İddiaçı yeni əmək şəraiti ilə işə davam etməyə razılıq verməmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin c bəndində əsasən əmək müqaviləsinə xitam verilmişdir və hal-hazırda İddiaçı işə bərpa olunmasının imkan xaricində olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İddiaçı məxsus müayinə nəticələri əsasında müəyyən olunur ki, sol dizin MR müayinəsi zamanı İddiaçı oynaq daxilində və suprapatellar bursada maye artışı, medial meniskusun arxa buynuzunda İİ dərəcəli degenerasiya və lateral meniskusun arxa buynuzunda İ dərəcəli degenerasiya aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş əsasında müəyyən olunur ki, Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının müdiri Nümayəndə tərəfindən İddiaçı əmək müqaviləsində dəyişikliklərin gözlənilməsi, bununla bağlı yazılı razılıq ərizəsinin təqdim olunması, əks halda əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının həmkarı X7 tərəfindən İddiaçı ünvanlanmış ərizə əsasında müəyyən olunur ki, ona işdən azad olunma əmrindən narazı olduğu təqdirdə məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur. İş materiallarında olan AR ƏƏSMN DƏMX Qarabağ regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, əmək şəraitinin hansı şərtlərinin dəyişdirilməsi barədə İddiaçı məlumat verilməmiş, nəticədə işəgötürən tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcələsinin 56-ci maddəsinin 2 ci bəndinin tələbini pozduğuna görə Füzuli rayonu Qayıdış qəsəbəsi, 9 saylı körpələr evi-uşaq bağçasının direktoru Nümayəndə barəsində Şöbə tərəfindən X6 192.4-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq cərimə tətbiq edilmişdir. Bununla yanaşı İddiaçı əvvəlki işinə bərpa olunması üçün yol verilmiş nöqsanı aradan qaldırmaqla xx.xx.2024-cü il tarixli göstəriş xarakterli məktub ünvanlanmış, müraciətdə qeyd olunan məsələlərlə əlaqədar olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. İş materiallarında olan AR ƏƏSMN X13 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, İddiaçı müraciətlərində qeyd etdiyi halların dəqiqləşdirilməsi, sübutedici sənədlərin (məlumatların) və izahatın təqdim edilməsi, həmçinin mübahisələndirilən məsələlərin dürüstləşdirilməsi məqsədilə xx.xx.2024-cü il tarixli 3-17-5/2-R- 44288/2024 nömrəli məktubla X13 Xidmətinin inzibati binasına dəvət olunmuş və o, xx.xx.2024-cü il tarixli izahatını və izahata əlavə olunmuş Mil-Muğan regional şöbəsinin sabiq əməkdaşı X8 məxsus səs yazılarını, həmçinin Xidmətin Qarabağ regional şöbəsi tərəfindən cərimə olunması müqabilində 200 manat pul verilməsini iddia edən işəgötürən Nümayəndə məxsus səs yazısını araşdırmaya təqdim etmişdir. Qayıdış qəsəbəsi 9 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərə və ƏMAS-a tərəfimizdən baxılarkən İddiaçı ilə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Qayıdış-2 qəsəbə icra nümayəndəsi X17 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsi bildirişinə xx.xx.2018-ci il tarixdə N.Rzayevin əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Məcəllə) 68-ci maddəsinin 2-ci hissəsinin “c" bəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən xitam verildiyi, eyni zamanda Qayıdış qəsəbəsi 9 saylı körpələr evi- uşaq bağçasının müdiri Nümayəndə ilə aralarında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin ƏMAS-a daxil edildiyi, lakin təqdim edilmiş sənədlərdən sonuncu tərəfindən imzalamaq üçün İddiaçı təqdim edilmiş həmin yazılı əmək müqaviləsini imzalamaqdan imtina etdiyi məlum olmuşdur. Həmçinin ƏMAS-a baxış zamanı Nümayəndə tərəfindən əmək müqaviləsi bildirişində 31.01,2023-cü il tarixdə dəyişiklik edilərək ştat vahidiniz 1 ştat vahidindən 0.75 ştat vahidinə azaldıldığı müəyyən edilmişdir. Məlum edilib ki, xx.xx.2024-cü il tarixə kimi qüvvədə olan Məcəllənin 44-cü maddəsində əmək müqaviləsinin yazılı formada bağlanması, əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilməsi və onun bir nüsxəsinin işçidə, digər nüsxəsinin isə işəgötürəndə saxlanılması , eyni zamanda həmin Məcəllənin 49-cu maddəsində Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1 -2-ci hissəsi ilə müəyyən edilən hallar istisna olmaqla əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Nümayəndə tərəfindən həmin dövrədək qüvvədə olan Məcəllənin 44-cü və 49-cu maddələrinin tələbləri pozulduğuna görə Xidmətin Qarabağ regional şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanmalı olduğu halda, əmək müqaviləsi bildirişində edilmiş dəyişikliyə görə onun barəsində həmin Məcəllənin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tətbiqinə düzgün riayət edilmədiyinə görə Xidmətin Qarabağ regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X4 barəsində, həmçinin regional şöbəyə zəif nəzarəti həyata keçirən həmin regional şöbənin rəisi Akif Bəxşəliyev barəsində tərəfimizdən qanunamüvafiq tədbirlər görülmüşdür. Həmçinin Xidmətin Mil-Muğan regional şöbəsinin sabiq əməkdaşı N.Hətəmova məxsus səs yazılarının təhlili zamanı qanunvericiliyin tələblərinin pozulması halına rast gəlinməmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əlavə olaraq, U.Əjdərzadəyə məxsus səs yazısının təhlili zamanı Xidmətin əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına və ya korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsi halını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı İddiaçı razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında müəyyən olunur ki, İddiaçı müqavilə əsasında müdafiəçi X3 üzərinə düşən öhdəliyin icrasından narazı qalmasına dair şikayəti əsasında aparılan araşdırma zamanı X3 əməlində cinayət tərkibi olmadığı müəyyən edilərək onun barəsində cinayət işinin başlanmasından imtina edilmiş, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qərar əsasında müəyyən olunur ki, X1 Rayon Polis Şöbəsinə verdiyi izahatında bildirmişdir ki, 2024-cü ilin oktyabr ayında İddiaçı ona zəng edərək, Füzuli rayon, 2 saylı Qayıdış qəsəbəsində yerləşən işlədiyi ‘körpələr evi, uşaq bağçasından’ qeyri qanuni olaraq işdən çıxarıldığını bildirərək işə bərpa olunması üçün məhkəməyə nmüraciət etmək istədiyini bildirmişdir. O, İddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətinin bitdiyini bildirsədə İddiaçı ona təkidlə məhkəməyə müraciət etmək istədiyini bildirmişdir. O, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına ərizə yazmasını bildirmişdir. O, İddiaçı onunla görüşməsini bildirdiyindən xx.xx.2024-cü il tarixdə İddiaçı onun Beyləqan şəhəri, H.Əliyev prospektində yerləşən iş yerinə gəlmişdir. O, İddiaçıı dinləyərək sənədləri ilə tanış olduqdan sonra ona iddia müddətinin bitdiyini bildirsədə İddiaçı ona mediasiya təşkilatına müraciət etməsini lazım olarsa məhkəməyədə müraciət edəcəyini bildirmişdir. O, İddiaçı onun adından medisiya təşkiltına ərizə yazması üçün müqavilə bağlamasını təklif etmişdir. İddiaçı onunla müqailə bağlamağa razılaşmışdır. İddiaçı xx.xx.2024-cii il tarixdə onunla müqavilə bağlayaraq müqavilənin 500 manat pulunu“Kapital Bankın” Beyləqan fılyalına Beyləqan vəkillər birosunun hesabına ödəyərək qəbzi ona vermişdir. Bundan sonra o, mediasiya təşkilatına təklif yazaraq ona verib ki, mediyasiya təşkilatına göndərsin. İddiaçı həmin təklifi Füzuli rayonundan Mediyasiya təşkilatına göndərmişdir. Lakin sonradan mediyasiya, təşkilatı həmin təklifi İddiaçı işdən azad edən təşkilatla göndərilməsini bildirdiyi üçün o, həmin təklifi yenidən “körpələr evi uşaq bağçasınna’göndərmişdir. Təklif göndərildikdən bir neçə gün sonra İddiaçı ona zəng edərək həmin təklifın “körpələr evi, uşaq bağçasının” müdürəsi Ülviyə Əjdərzadəyə çatdığını bildirərək, Ülviyyə onun barəsində xususi itiham qaydasında məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı ona həmin məhkəmədə onu müdafiə edə biləcəyini soruşanda o, İddiaçıı cavabdeh kimi məhkəmədə müdafiə etmək üçün yenidən onunla müqavilə bağlamalı olmasını bildirmişdir. İddiaçı isə onunla yenidən müqavilə bağlamayıb. İddiaçı ilə sonuncu telefon danışığı xx.xx.2024-cü ildə olub, ondan sonra İddiaçı onunla telefon əlaqəsi saxlamayıb. O, heç vaxt İddiaçıla telefonda kobud danışmayıb. Həmçinin o, İddiaçıla müqavilə bağlayaraq müqavilədə göstərilən üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Yanvar ayının əvvələrində İddiaçı ona zəng edərək xx.xx.2025-ci il tarixdə ona mediyasiya təşkilatına çağrış gəldiyini və mediyasiada iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçı onun əvəzindən mediyasiya təşkilatında iştirak etməsini bildirdiyindən o, xx.xx.2025-ci il rarixdə mediyasiya təşkilatında İddiaçı əvəzindən iştirak edərək onun adından 60 manat rüsumuda ödəyərək iştirakla bağlı arayış almışdır. Həmin gündən bir neçə gün sonra o, İddiaçı zəng edərək onun adında məhkəməyə iddia ərizəsi göndəmək istədiyini bildirəndə İddiaçı ona gözləməsini bildirdiyindən o, məhkəməyə iddia ərizəsi göndərməmişdir. O, İddiaçı onunla müqavilə bağlayan zaman qeyd etdiyi öhdəliyi tam yerinə yetirmişdir. İddiaçı onun barəsində etdiyi şikayət yalan və həqiqətə ziddir. Beləliklə toplanmış araştırma materialından göründüyü kimi, X11 xx.xx.2024-cü il tarixdə İddiaçı adından mediyasiya təşkilatına ərizə və təklif yazaraq gələcəkdə məhkəməyə onun adından işə bərpa olunması məqsədi ilə iddia ərizəsi yazacağı üçün “hüquqi yardım haqqında” 500 manat məbləğində rəsmi müqavilə bağlayaraq sonuncunu aldatmadığı və üzərinə düşən öhdəliyi yerinə yetirməsi öz təsdqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. ... işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2024-cü il tarixdə İddiaçının əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuş, işə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, Məhkəməyə isə hazırki iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması İddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq xx.xx.2024-cü il tarixdən işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmaması barədə xəbərdarlıq edilmiş, belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq İddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. İddiaçının iddia müddətinin bərpasına dair dəlillərinə münasibətdə Məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, İddiaçı səhətinin əl verməməsi və fiziki gücünün yetərsizliyi baxımından vaxtında məhkəməyə müraciət edə bilməməsini bildirsə də, iş materiallarından da aydın olduğu kimi, İddiaçı əmək müqaviləsinə xitam verildiyini öyrəndiyi tarixdən başlayaraq işə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, öz narazılığını bildirmiş, müxtəlif nüsxələr toplamış, səs yazıları əldə etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı İddiaçı mahiyyəti üzrə məhkəməyə də müraciət edə bilərdi. Bununla yanaşı, İddiaçı hüquqi savadının yetərsiz olmasını və bu sahədə müraciət etdiyi heç bir idarə və təşkilatlar tərəfindən maarifləndirilməməsini bildirsə də, Məhkəmə hesab edir ki, bu hal həqiqətə uyğun deyildir. Belə ki, iş materiallarında olan mövcud cavab məktubları əsasında, həmçinin Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının həmkarı X7 tərəfindən İddiaçıya ünvanlanmış ərizə əsasında müəyyən olunur ki, istər müraciətlərin cavablandırılması zamanı, istərsə də, işdən azad olunma ilə bağlı hansısa narazılığı olduğu halda məhkəməyə müraciət etmə hüququ İddiaçıya izah olunub. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, istənilən halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. İddiaçı vəkil X11 ilə aralarında bağlanmış hüquqi yardımın göstərilməsi ilə bağlı bağlanmış müqaviləyə əsasən məhkəmə icraatı ilə bağlı lazımi addımları vaxtında icra etməməsini, onu bu mövzuda aldatmasını bildirsə də, Məhkəmə iş materialları əsasında müəyyən edir ki, bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, toplanmış araşdırma materialından və təqdim edilən sənəd surətlərindən göründüyü kimi, X11, İddiaçı adından Mediyasiya təşkilatına təklif göndərməsi, məhkəməyə iddia ərizəsini isə onun etirazı əsasında göndərmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, X5 əməlində cinayət və inzibati xəta tərkibi müəyyən edilməmişdir. Beləliklə, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, mübahisə tərəfi olan cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasının nümayəndəsi Nümayəndə isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd olunanlarla yanaşı, Məhkəmə tərəflərə aralarında barışıq əldə edilməsini təklif etmiş, lakin Cavabdeh tərəf İddiaçı ilə eyni kollektivdə işləməyin mümkünsüzlüyünü bildirərək bu təklifdən imtina etmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə belə qənaətə gəlir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, İddiaçı cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasına qarşı işə bərpa tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı cavabdeh Füzuli rayon Qayıdış qəsəbəsi 9 saylı körpələr evi - uşaq bağçasına qarşı işə bərpa tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1536/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1536/2025
03.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver