Məhkəmə qərarları › İş №2(064)-1689/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1689/2024

25.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1689/2024 25.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə verdiyi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra – Ərizəçi) maraqlı şəxs qismində Füzuli Rayon Qeydiyyat Şöbəsini qeyd etməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək X2 xx.xx.2016-cı il tarixdə Füzuli rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Natiq adlı şəxslə rəsmi nikah aktı bağlamadan ailə münasibətlərində olublar. Aralarındakı münasibət rəsmiləşməsə də, onlar faktiki olaraq ailə qurub və birgə təsərrüfat aparıblar. Bu münasibətdən onların X4 adlı uşaqları doğulmuşdur. Aralarında rəsmi nikah aktı olmadığından və uşağın atasının atalığını verməməsi səbəbindən hal-hazırki vaxta qədər Ərizəçi qızına doğum haqqında şəhadətnamə ala bilməyib. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X1 Ərizəçinin dediklərinə uyğun izahat verərək qeyd edilən xüsusatları təsdiqləmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməyib və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçinin və şahidlərin izahatlarını dinləyərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Tibbi şəhadətnamənin alınması üçün arayış əsasında müəyyən edilir ki, X4 xx.xx.2016-cı il tarixdə Füzuli RMX-da doğulmuşdur. Füzuli Rayon İHB-nın X8 İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktub əsasında müəyyən edilir ki, Ərizəçi Füzuli rayonu Mahmudlu-1 kəndində qızı X4 ilə birlikdə yaşayır. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçiyə ünvanlanmış cavab məktubundan görünür ki, o, övladının doğumunun qeydə alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş və ona izah edilmişdir ki, doğum haqqında həkim şəhadətnaməsi olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitutsiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu müddəa tələb edir ki, dövlət insan hüquq və azadlıqlarının hər hansı bir pozuntusunun aradan qaldırması üçün səmərəli hüquqi mexanizmlər yaratmalı, insan hüquq və azadlıqlarının həyata keçirilməsində insanlara yardımçı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. ... Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2016-cı il tarixdə X2 Füzuli rayonunda doğulması iş materialları ilə sübut olunduğundan və bu faktın müəyyən edilməsi Ərizəçiyə lazım olduğundan həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2016-cı il tarixdə Füzuli rayonunda doğulması faktı müəyyən edilsin. Qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar