Məhkəmə qərarları › İş №2(064)-1782/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1782/2025

12.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1782/2025 12.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı cavabdeh Füzuli rayon Əkrəm Səlimov adında Kərimbəyli kənd tam orta məktəbinə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdeh Füzuli rayon Əkrəm Səlimov adında Kərimbəyli kənd tam orta məktəbinə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək Füzuli rayon Kərimbəyli kənd tam orta məktəbin direktorunun 21 iyun 2025-ci il tarixli 106 nömrəli əmrinin ləğv edilməsi, Kərimbəyli kənd tam orta məktəbinin ingilis dili müəllimi vəzifəsinə bərpa olunmağı, 21 iyun 2025-ci il tarixdən işə bərpa ediləcəyi tarixə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq birdəfəlik ödənilməsi və mediasiya xərcinin ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddiaçı prosessual qanunvericiliyin imperativ normasının tələbində qeyd edilənlərin əksinə olaraq, iddia ərizəsində cavabdehə dair məlumatları tam göstərməmişdir. Belə ki, iddia ərizəsində cavabdehin hüquqi ünvanı, adı, rəsmi qeydə alındığı ünvanı tam qeyd etməmiş, bu məlumatların tam və dəqiq qeyd edilməməsi cavabdehə dair məlumatların Elekton Məhkəmə İnformasiya Sisteminə də əlavə edilməsini mümkünsüz edir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədiyindən, buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası MPM–in tələblərinə riayət edilmədən verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Füzuli rayon Əkrəm Səlimov adında Kərimbəyli kənd tam orta məktəbinə qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar