Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1815/2024 23.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin X1-İmtahan və Texniki Baxış şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİM: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin X1-İmtahan və Texniki Baxış şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməldir. Ərizənin məzmunundan görünür ki, Ərizəçi faktiki olaraq istifadəsində və sahibliyində olan QAZ-53 markalı, şassi nömrəsi 0808080, buraxlış ili 1985-ci il olan nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş edir. Qeyd edilməlidir ki, məhkəmə əmlak üzərində mülkiyyət hüququnun tanınmasına dair işlərə xüsusi icraat qaydasında baxmır. Ərizəçi nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin X1-İmtahan və Texniki Baxış şöbəsi müraciət edə bilər. Sonuncunun müvafiq qeydiyyat hərəkətlərini aparmaqdan imtina etməsi halında isə məcburetmə haqqında iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiyəyə dair iddialara (məcburetmə haqqında iddia) Həmin məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin X1-İmtahan və Texniki Baxış şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi hazırki tələbi ilə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1815/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1815/2024
23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver