Məhkəmə qərarları › İş №2(064)-187/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-187/2023

13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-187/2023 13.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 728 nömrəli nikahın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında nikah 29 aprel 2021-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Hesab edir ki, bağlanan nikah etibarsız sayılmalıdır. Ona görə ki, o, hal-hazırda bu nikahı bağlamaqda səhv etdiyini, yanıldığını anlamış, ona görə gec olmadan bu nikahın bağlandığı gündən etibarsız hesab edilməsini istəyir. Belə ki, nikah bağlanmış olsa da, el adəti ilə toy olunmayıb, o, gəlin köçməmişdir. Nikahları formal xarakter daşıyır, hazırda onlar ayrı yaşayırlar və ayrı-ayrılıqda təsərrüfat aparırlar. Gələcəkdə də onun cavabdehlə ailə qurmaq və ər arvad kimi yaşamağı qeyri-mümkündür. xx.xx.2022-ci il tarixdə keçirilən ilkin mediasiya iclasında cavabdeh iştirak etmiş və öz ərizəsində tələbi qəbul etdiyini, nikahın formal olduğunu bildirmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə oxşar izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. M.Mehdiyev bildirdi ki, iddiaçı onun qızıdıdr. Onlar bir gün də olsun ər-arvad kimi yaşamamış və birgə təsərrüfat aparmamışlar. Odur ki, nikahın etibarsız sayılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh mediatora ünvanladığı müarciətində göstərmişdir ki, o, iddia tələbii qəbul edir. Belə ki, onun nikaha girəndə həqiqətən də məqsədi ailə qurmaq olmamışdır. Nikahları formal olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ 436538 saylı nigah haqqında şəhadətnamədən görünür ki, X3 və Cavabdeh arasında nikah xx.xx.2021-ci il tarixdə bağlanmış və 728 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərər Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsində göstərilir ki, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsində göstərilir ki, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlansa da xalqımızın milli mentalitetinə uyğun olaraq toy mərasimi keçirilməmişdir. Onlar bir gün də olsun belə ər-arvad kimi birgə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Bu hal məhkəməyə onu deməyə əsas verir ki, bu nikah ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanmışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 728 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 728 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar