Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1928/2024 08.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 Alıcan qızının cavabdehlər Füzuli rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “torpaq sahəsinin istifadəyə ayrılmış hesab edilməsi, torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşadılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı1 və İddiaçı2 Alıcan qızı cavabdehlər Füzuli rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “torpaq sahəsinin istifadəyə ayrılmış hesab edilməsi, torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşadılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli rayon İcra Hakimiyyəti başçısının may 1992-ci il tarixli sərəncamı ilə Horadiz qəsəbəsinin arxiistü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0,40 ha torpaq sahəsinin “Bazar” kiçik müəssisəsinin istifadəsinə ayrılmış hesab edilməsi, Cavabdeh2 mübahisəli torpaq sahəsinin qanunsuz zəbt etdiyi hissəsindən çıxarılması, eləcədə qanunsuz (özbaşına) inşa etdiyi tikilinin (kafenin) onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq “Bazar” kiçik müəssisəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddiaçı prosessual qanunvericiliyin imperativ normasının tələbində qeyd edilənlərin əksinə olaraq, iddia ərizəsində məhkəmə iclasına dəvət edilməli olan cavabdehlərin rəsmi qeydə alındığı ünvanları göstərsə də, eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) yaşayış yerini və ya olduğu yeri, yazışmaların aparılmasının istənildiyi digər ünvanı göstərməmiş, eləcə də cavabdehlərin iş yerinin, telefon nömrələrinin, o cümlədən mobil telefon nömrələrinin, elektron poçt ünvanının olmadığını qeyd etməmiş və ya bu barədə məlumatları göstərməmişdir. İddiaçı eyni zamanda hazırki tələbin ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxılması halının təsdiqi üçün cavabdeh olaraq qeyd etdiyi Cavabdeh2 Füzuli rayonunun ərazisində qeydiyyatda olmasına dair sənədi iddia ərizəsinə əlavə etməmiş, AZEMİS-dəki (elektron portalda) məlumatlardan isə ümumiyyətlə, belə bir fiziki şəxslərin mövcud olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin prosessual qanunvericiliyin normasından da göründüyü kimi, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, poçt ünvanları, faktiki yaşayış yeri, telefon nömrəsi göstərilməlidir. Bu, işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə o nların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Qeyd olunan hüquq normasını hazırki iş üzrə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, yəni cavabdehlərin iddiaçılara məxsus torpaq sahəsinin zəbt etməsi, yaxud istifadə etməsini, cavabdeh tərəfindən inşa edildiyi iddia edilən tikilinin iddiaçılara məxsus torpaq sahəsində yerləşməsini təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Halbuki, MPM-nin 149.2.3-cü maddəsində həmin məsələlərin iddia ərizəsində qeyd olunması imperartiv şəkildə müəyyən olunmuşdur. Eyni zamanda hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmayib. Belə ki, iddiaçılar “xahiş edirəm” hissəsində Füzuli rayon İcra Hakimiyyəti başçısının may 1992-ci il tarixli sərəncamı ilə Horadiz qəsəbəsinin arxiistü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0,40 ha torpaq sahəsinin “Bazar” kiçik müəssisəsinin istifadəsinə ayrılmış hesab edilməsi, Cavabdeh2 mübahisəli torpaq sahəsinin qanunsuz zəbt etdiyi hissəsindən çıxarılması, eləcədə qanunsuz (özbaşına) inşa etdiyi tikilinin (kafenin) onun hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq “Bazar” kiçik müəssisəsinə təhvil verilməsini qeyd etsələr də, “Bazar” kiçik müəssisəsini iddiaçı kimi qeyd etməmiş, o0na dair məlumatları iddia ərizəsində əks etdirməmişlər. Sadalananları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsində Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədiyindən, buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün olmadığından, iddiaçı tərəfindən iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı qeyd olunmadığından və eyni zamanda cavabdeh olaraq qeyd edilmiş Cavabdeh2 Füzuli rayonunun ərazisində qeydiyyatda olmasına dair sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, qərara aldım: İddiaçı1 və İddiaçı2 Alıcan qızının cavabdehlər Füzuli Rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “torpaq sahəsinin istifadəyə ayrılmış hesab edilməsi, torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşadılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1928/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1928/2024
08.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver