Məhkəmə qərarları › İş №2(064)-1935/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1935/2023

30.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1935/2023 30.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon notariat ofisinə qarşı buraxılmış müddətin bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Füzuli rayon notariat ofisinə qarşı buraxılmış müddətin bərpası tələbi ilə məhkəməyə müraciyyət edərək mərhum valideynləri X2 və anası X1 miras qalmış Füzuli rayonu, Arayatılı kəndində yerləşən yaşayış evindən və çöl torpaq sahəsindən onun tərəfindən vərəsə kimi qəbulu ilə bağlı ötürülmüş müddətin bərpası edilməsinə dair qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizə predmeti olan əmlaklar Füzuli rayonu, Arayatılı kəndində yerləşməklə atası və anasına məxsusdur. X11 08 may 2007-ci il tarixdə, anası Simzar Həsənova isə 17 sentyabr 2012-ci il tarixdə vəfat etmişlər. Onlara o, qulluq etmişdir. Onlar vəfat etdikdən sonra Bakı şəhərində yaşamağına baxmayaraq tez-tez həmin evə gələrək sahib çıxaraq təmiri və saxlanılması ilə məşğul olmuşdur. Hesab etmişdir ki, mirasa faktiki sahib çıxdığı üçün rəsmiyyətdə də payı tanınacaqdır. O, mirası qəbul etmək üçün Füzuli rayon Notariat Ofisinə müraciət etsə də müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi vəkili Nümayəndə iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə bildirdi ki, Ərizəçi əsasən Bakı şəhərində yaşayır və yolun uzaqlığı və işləri ilə əlaqədar mütəmadi olaraq Füzuli rayonuna gələ bilmədiyindən mirasın qəbulu üçün vaxtında notariusa müraciət edə bilməmişdir. Maraqlı şəxs Füzuli rayon Dövlət notariat kontoru məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: AZ № 665437 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Şirvan şəhərində doğulmuşdur. X2, X3r. JN 0079 KOD 60604018 torpağa mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, Füzuli rayonu, Arayatlı kənd sakinləri X4 və X6 həmin kəndin ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.02 hektar torpaq sahəsi ayrılmışdır. AZ-İ № 575575 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Füzuli rayonunda ölmüşdür. AZ-İİ № 377946 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Füzuli rayonunda ölmüşdür. Füzuli rayon notariat ofisi Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 442 və 443 saylı məktublarda qeyd etmişdir ki, mirasın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür və faktiki qəbul etməklə bağlı sənəd təqdim edilməmişdir. Odur ki, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək izah edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi vəkil Nümayəndə izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Füzuli rayon notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 442 və 443 saylı məktublarda qeyd edilmişdir ki, Ərizəçi mirasın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür və faktiki qəbul etməklə bağlı sənəd təqdim edilməmişdir. Odur ki, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək izah edilmişdir. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Ərizəçi Bakı şəhərində yaşayır və yolun uzaqlığı və işləri ilə əlaqədar mütəmadi olaraq Füzuli rayonuna gələ bilmədiyindən mirasın qəbulu üçün vaxtında notariusa müraciət edə bilməmişdir. Hazırda Füzuli rayonu ərazisində ana və atasından bir neçə daşınmaz əmlak miras qalmışdır. Odur ki, məhkəmə belə hesab edir ki, mirası qəbul etmə müddəti üzrlü səbəblərdən buraxıldığından bərpa olunmaqla uzadılmalıdır. Belə ki, Mülki Məcəllənin: 1246-cı maddəsində deyilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Vərəsə Ərizəçi tərəfindən miras əmlakı qəbul etmək üçün qanunvericiliklə müəyyən edilərək buraxılmış müddət üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar