Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1939/2024 28.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı cavabdehlər X1 və Cavabdeh qarşı verdiyi evə köçürülmə tələbi barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı) cavabdehlər X1 və Cavabdeh (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bunddan sonra Məhkəmə) evə köçürülmə tələbi ilə müraciət etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 11:15-ə təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı Məhkəməyə gəlməmişdir. Cavabdehlər işin mahiyyəti üzrə baxılmasını tələb etməmiş və bu barədə müvafiq ərizəni Məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş İddiaçının məhkəmə iclasına gəlmədiyini, cavabdehlərin isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər X1 və Cavabdeh qarşı verdiyi evə köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1939/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1939/2024
28.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver