Məhkəmə qərarları › İş №2(064)-20/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-20/2025

24.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-20/2025 24.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdiyi mülkiyyətində olan JN 102 KOD 60618018 saylı akta əsasən verilmiş 2,42 sot torpaq sahəsinin 2,08 sot sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə kənd təsərüfatının məhsullarının istehsalı üçün JN-102 kod 60618018 saylı akta əsasən 2,42 sot torpaq sahəsi verilmişdir. Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni sənədi olmadan həmin torpaq sahəsinin 2,08 hissəsindən istifadə edirlər. Dəfələrlə həmin torpaq sahəsinin boşaldılması və qaytarılması barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 onun qaynıdır. Onlara ayrılmış torpaq sahələri qonşuluqda yerləşir. 2000-ci ildə aparılmış torpaq islahatları nəticəsində onlara məxsus torpaq sahələrinin yerlərində yerdəyişmələr olmuş, 11 ailəyə məxsus torpaq sahəsinin yeri yenidən müəyyən edilmişdir. 12-ci torpaq sahəsi ona, ondan sonrakı torpaq sahəsi isə Cavabdeh1 məxsusdur. 2001-ci ildə isə yeni xəritə tərtib olunmuş və orada torpaq sahələrinin yeri yenidən müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan və ölçüsünü almışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində alınmış ekspert rəyində göstərilənlərlə ona məxsus torpaq sahəsinə dair çıxarışdakı sahə eynidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi ona torpaq islahat komitəsinin işçiləri tərəfindən verilmişdir. Neçə ildir ki, həmin sahəni o, əkib becərir. Həmin sahəyə xeyli miqdarda xərc çəkmişdir. 1997-ci ildə, daha sonra isə 2000-ci ildə torpaq islahatları aparılmış, torpaq sahələrinin yeri yenidən müəyyən edilmişdir. Həmçinin qeyd etmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,84 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair çıxarış almamışdır, çünki sonradan müəyyən edilmiş torpaq sahəsini yeri və ölçüsü ilə razı olmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, cavabdeh iddia tələbini qəbul etmir. Mübahisəli torpaq sahəsi cavabdehə məxsusdur, uzun illərdir ki, həmin sahəni o, əkib becərir və həmin sahənin yaxşılaşdırılması üçün xeyli miqdarda xərc çəkmişdir. Bildirmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə məxsus torpaq sahəsidir. Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialı tərəfindən onun vəkil sorğusuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 saylı qərarının və həmin qərara aid olan sənədlərin (torpaq sahəsinin sxemi, ayrıc və sair) arxivə təhvil verilmədiyi üçün bu barədə arxivdə heç bir məlumatın olmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Torpağa mülkiyyət hüququna dair JN-102 seriyalı, 60618018 kodlu dövlət aktından görünür ki, Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən İddiaçı və digər ailə üzvlərinə verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,42 ha torpaq sahəsi verilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində 2,0814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətində Kərimbəyli kəndi ərazisində 2,0814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: “Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə bağlı yaranmış mübahisəli məsələnin həllinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətinizə (daxilolma qeydiyyatı: 3-21/1-K-16xx-xx/2024, xx.xx.2024) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə bağlı yaranmış mübahisəli məsələyə Füzuli Rayon Məhkəməsində baxılmış və məhkəmə aktının nəticə hissəsinə əsasən iddiaçı X8 və ailə üzviərinin mülkiyyətində olan Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən 2,36 ha torpaq sahəsinin 2,08 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması və iddiaçıya təhvil verilməsi qərara alınmışdır. Əlavə olaraq bildiririk ki, Füzuli Rayon İcra və Probasiya şöbəsinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanlanmış müraciəti əsasında Füzuli Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 2(064)-749/2023 nömrəli icra sənədi ilə əlaqədar olaraq 16 fevral 2024-cü il tarixində saat 15:00-a təyin olunmuş icra tədbirində ölçmə işlərinin aparılması üçün mütəxəssisin iştirakı təmin edilmişdir. X3 JN-103 nömrəli Dövlət Aktı ilə mülkiyyətində olan 2,08 ha torpaq sahəsinin X6 X7 qeyd edilən kordinatları müəyyənləşdirilərək Füzuli Rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarına, tələbkar X5, eləcə də Sizə göstərilmişdir. İcra işləri zamanı JN-102 nömrəli Dövlət Aktı ilə mülkiyyətinizdə olan 2,08 ha torpaq sahəsinin də X6 X7 qeyd edilən koordinatları müəyyənləşdirilərək naturada Sizə göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən, rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan İstifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Məhkəmə qərarından narazı qaldığınız təqdirdə yuxarı instansiya məhkəməsinə müraciət edə bilərsiniz. Müraciətinizdə qeyd olunan torpaq islahatının nəticəiəri ilə bağlı yaranmış mübahisəli məsələlər “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən tənzimlənir. Hazırda torpaq islahatını aparan komissiyalar (raycn və yerli aqrar islahat komissiyaları) və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edildiyindən torpaq islahatının nəticələrindən narazı olan vətəndaşların qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır.” -Torpağa mülkiyyət hüququna dair JN-0099 seriyalı, 60618018 kodlu dövlət aktından görünür ki, Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən Cavabdeh2 və digər ailə üzvlərinə verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,26 ha torpaq sahəsi verilmişdir. -Torpağa mülkiyyət hüququna dair JN-100 seriyalı, 60618018 kodlu dövlət aktından görünür ki, Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən Cavabdeh1 və digər ailə üzvlərinə verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,84 ha torpaq sahəsi verilmişdir. -Füzuli Rayon Məhkəməsinin 2(064)-749/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X8 və digər ailə üzvlərinin mülkiyyətində olan Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2,36 ha torpaq sahəsinin 2,08 ha hissəsindən cavabdeh X9 çıxarılması və torpaq sahəsinin iddiaçı X5 təhvil verilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-48-DA-3F 2-08-2025 saylı məktubun surətindən görünür ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 saylı qərarı və həmin qərara aid olan sənədlər (torpaq sahəsinin sxemi, ayrıc və sair) arxivə təhvil verilmədiyi üçün bu barədə arxivdə heç bir məlumat yoxdur. -Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/9851 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 2.0814 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Eyni zamanda Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Cavabdeh1 və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 0.6938 ha torpaq sahəsinin və Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X1 və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 1.0406 ha torpaq sahəsinin X6 X7 (TEKUİSdə) olan elektron məlumatlardan istifadə edilməklə sərhədləri müəyyən edilmişdir. Mübahisəli ərazidə yerləşən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X11 və X2 ümumi birgə mülkiyyətinə verilmiş, Cavabdeh1 və onun ailə üzvlərinin İstifadəsində olan 0.6421 ha torpaq sahəsinin də X6 X7 (TEKUİS-də) olan elektron məlumatlardan istifadə edilməklə, sərhədləri müəyyən edilmişdir. Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə Üzvlərinin ümumi birgə mülkiyyətində olan 2.0814 ha torpaq sahəsi bütünlüklə cavabdehlər Cavabdeh1 və X1 və onun ailə üzvləri tərəfindən istifadə olunur. Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 2.0814 ha torpaq sahəsi bütünlüklə cavabdehlər tərəfindən istifadə olunur. Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan ha torpaq sahəsi ilə cavabdehlər X4 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. -Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. -İş üzrə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı tələbini, torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış mütəxəssis və ekspert rəyləri ilə ona məxsus 2,0814 ha torpaq sahəsinin cavabdehlərin sahibliyində olmasına dair iddiaçının dəlilləri təsdiq edilmişdir. Məhkəmə rəyləri vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylərlə razılaşır və cavabdehlərin hazırda istifadələrində olan torpaq sahəsinin 2.0814 ha hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə aid olduğu nəticəsinə gəlir. Məhkəmə cavabdehin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, istənilən halda iddiaçının 2.0814 ha torpaq sahəsi hazırda onların istifadəsindədir və cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinə qanuni əsasla sahiblik etmələri təsdiq edilmir. Bu hal isə əmlaka sahibliyi qanunsuz olan cavabdehə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olan iddiaçının qarşısında geri qaytarma öhdəliyi yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin -84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. -111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının özünə məxsus torpaq sahəsini cavabdehlərin sahibliyindən geri tələb etmək hüququ olduğundan, cavabdehlər iddiaçıya məxsus 2,0814 ha torpaq sahəsindən çıxarılmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan və iş üzrə mütəxəssisə verilməli olan 100 manat pul iddiaçı tərəfindən qabaqcadan ödənildiyindən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdiyi İddiaçı mülkiyyətində olan JN 102 KOD 60618018 saylı akta əsasən İddiaçı Füzuli rayonu Kərimbəyli kəndində verilmiş 2,42 ha torpaq sahəsinin 2,08 ha sahəsindən çıxarılsınlar. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar