Məhkəmə qərarları › İş №2(064)-2004/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2004/2023

01.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2004/2023 01.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.1939-cu il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğumumun qeyd edilmə faktının müəyyən olunması, doğum haqqında şəhadətnamədə adı, soyadı və ata adı “X6“, həmin şəhadətnamənin ata qrafasında “X8“, ana qrafasında “X5” yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X6 xx.xx.1939-cu il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində anadan olmuşdur. Valideyinləri X12 oglu və X5. Bacısının doğum şəhadətnaməsini alsalar da, lakin həmin doğum şəhadətnaməsini itirmişlər. Hazırda bacısı və valideyinləri vəfat edmişlər, ailə qurmayıb, övladı yoxdur. Doğum haqqında şəhadətnamənin alınması üçün bir neçə dəfə Füzuli rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də onun doğum haqqında şəhadətnaməsini bərpa etmək mümkün olmamışdır. Hal-hazırda hər hansı bir sənədləşdirmə işləri aparmaq istədikdə doğum şəhadətnaməsinin olmaması səbəbindən çətinliklərlə üzləşir. Füzuli rayon qeydiyyat Şöbəsindən isə Füzuli rayonu işğal altında olduğundan və arxiv məlumatları olmadığına görə doğum şəhadətnaməsinin verilməsinin mümkün olmaması və məhkəməyə müraciət etməsi bildirilmişdir. İmmi Ağayeva həqiqətən də xx.xx.1939-cu il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində anadan olması ilə bağlı doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Seriya AZE № 02413613 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1939cu il tarixdə Füzuli rayonunda doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Bala Bəhmənli kəndidir. Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Füzuli rayonunda doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Bala Bəhmənli kəndidir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1032 saylı doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Füzuli rayonunda doğulmuşdur. X3, anası X2r. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11-548/23 saylı məktubunda göstərilmişdir ki, X6 haqqında heç bir doğum akt qeydi aşkar olunmamışdır. Odur ki, Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. AZ-İİ № 377952 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Füzuli rayonunda vəfat etmişdir. Füzuli rayonu İHB-nin Bala Bəhmənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, həqiqətən də X1 Qulam İslam oğlunun bacısıdır. Füzuli rayonu İHB-nin Bala Bəhmənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 932 saylı arayışda qeyd edilmişdir ki, Füzuli rayonu, Bala Bəhmənli kənd sakini olmuş X4 valideynləri atası mərhum X8, anası X2r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinədairişlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi X6 xx.xx.1939-cu il tarixdə Füzuli rayonunda doğulmuşdur. X3, anası X5 olmaqla hər iki valideyni vəfat etmişdir. Lakin qeydiyyat şöbəsinin arxivində X4 doğumu barədə akt qeydi saxlanılmamışdır. Belə olan halda, ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Ərizə təmin olunsun. X4 xx.xx.1939-cu il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğumunun qeyd edilməsi faktı, atasının X8, anasının X5 olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar