Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2063/2025 05.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, iddiaçı Füzuli Rayon İcra Hakimiyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Füzuli Rayon İcra Hakimiyətinin Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Füzuli Rayon İcra Hakimiyəti Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan 1049 ha torpaq sahəsindən Cavabdeh çıxarılaraq daşınmaz əmlakın iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********78 reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon İcra Hakimiyyətinin üzərində mülkiyyyət hüququ təsdiqlənən 1049 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən istifadə edən Füzuli rayon Gecəgözlü kənd sakini Cavabdeh ilə Beyləqan rayon 1 saylı notariat ofisində 20 sentyabr 2023-cü il tarixdə, informasiya sistemində 3M-467 reyestr nömrəsilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 31765 (otuz bir min yeddi yüz altmış beş) manat kompensasiya Maraqlı şəxs tərəfindən ödənilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 173 reyestr nömrəli kassa məxaric sənədindən də görünür ki, sözügedən notariusun "xxxx" ASC-nin Beyləqan rayon filialında olan AZ84AİİB******************** hesab nömrəsindən Cavabdeh müqavilədə nəzərdə tutulmuş 31765 (otuz bır min yeddi yüz altmış beş) manat məbləğdə kompensasiya ödənilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 095/2025-ci il tarixli bildiriş (pretenziya) məktubunda borclunun xx.xx.2025-ci il tarixə kimi müqavilə öhdəliklərini icra etməsi və əmlakı təhvil verməsi xahiş olunmuşdur (çatdırma barədə qəbz və SX ********* AZ kod). Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “kompensassiya ödənişi üzrə Akt” da Cavabdeh, müqavilədə qeyd olunan 31765 (otuz bir min yeddi yüz altmış beş) manat kompensasiyanı aldığını və müqavilə öhdəliklərinə etirazının olmadığını imzası ilə təsdiqləmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Füzuli Rayon İcra Hakimiyətinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Asim iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, məcburi köçkün kimi mübahisəli torpaq sahəsində məskunlaşmış, 25 il müddətində orada ailəsi ilə birlikdə yaşayıb və təsərrüfatla məşğul olaraq ailəsini dolandırmışdır. Onunla iddiaçı Füzuli Rayon İcra Hakimiyyəti və Maraqlı şəxs MMC arasında kompensasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləni imzalamış və həmin müqavilə üzrə qeyd olunan 31765 manat kompensasiya məbləğini almışdır. Müqavilənin şərtəri ona məlumdur. O, müqaviləni imzaladıqdan və kompensasiya məbləğini aldıqdan sonra həmin torpaq sahəsini boşaltmalı idi. Lakin həmin müqavilə imzalanan zaman ona şifahi olaraq bildirilmişdir ki, həmin ərazidə 5 ha torpaq sahəsi və həmin torpaq sahəsindən istifadə etmək üçün ona və ailə üzvlərinə su veriləcək və bununla da onlar öz təsərüfatlarını idarə edəcəklər. Həmçinin mal-qaranın da saxlanması üçün onlara kömək olunacaq. Lakin bu deyilənlərin heç birinə əməl olunmadı. Həmçinin bildirmişdir ki, hazırda da mübahisəli torpaq sahəsində yaşayır. Məhkəmədə cavabdehə ünvanlanmış suallara cavab verərkən o bildirmişdir ki, bu qeyd etdikləri yazılı şəkildə rəsmiləşdirilməyib, hüquqi savadı olmadığından sadəcə söz olaraq razılaşmışlar. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 iddiaçının iddia ilə bağlı mövqeyini müdafiə etdiyini və eyni mövqedən çıxış etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, tərəflər arasında 3 tərəfli müqavilə bağlanıb. Həmin müqavilənin bağlanmasının məqsədi Füzuli rayonu inzibati ərazisində 18 nömrəli qış-otlaq sahəsində torpaqların təyinatının dəyişdirilməsi çərçivəsində qoyulmuş tələblər ilə əlaqədar razılaşma çərçivəsində kompensasiya müqaviləsinin bağlanması olmuşdur. Kompensasiya müqaviləsi mülki və torpaq məcəlləsinin tələblərinə uyğun hazırlanmış və razılaşdırılmışdır. Bu proses notariat ofisində təşkil olunub və rəsmiləşdirilmişdir. Müqavilədə qoyulan tələb bundan ibarət idi ki, vətəndaşa məxsus tikili və icarəsində olan sahəsindən imtina müqabilində ona kompensasiya ödənilir. Kompensasiya ödənişi müstəqil qiymətləndirici şirkətin verdiyi qiymət əsasında müəyyən edilmişdir. İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Müqavilədə qeyd olunan kompensasiya məbləği cavabdehə verilmiş və cavabdeh özü də həmin məbləği aldığını etiraf edir. Müqavilədə torpaq sahəsinin boşaldılması üçün 30 gün müddət müəyyən edilsə də, artıq 2 il keçib və müqavilə öhdəliyi yerinə yetirilməyib. İddiaçı ilə eyni mövqedən çıxış edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Cavabdeh atasıdır. İddiaçı və Maraqlı şəxs MMC tərəfindən onun atası ilə müqavilə bağlanan zaman onlara vəd edilmişdir ki, müqavilə bağlananda onlardan alınan torpaq sahələrindən əlavə onlara müəyyən qədər torpaq hissəsi veriləcək və dədə-baba torpaqları qaytarılandan sonra onlar həmin torpaq sahəsini tərk edəcəklər. Onlar müqavilə bağlanandan sonra verdikləri vədləri yerinə yetirmədilər. Qeyd etdikləri barədə onun atası ilə iddiaçı və Maraqlı şəxs MMC arasında hər hansı yazılı razılaşma olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Cavabdeh onun dayısı oğludur. Kəndli fermer təsərrüfatında ailəsi ilə ona 4 ha torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsindən istifadə edib ailəsini dolandırmışdır. Sonradan Cavabdehla Füzuli Rayon İcra Hakimiyyəti və Maraqlı şəxs MMC arasında müqavilə bağlanmışdır ki, həmin torpaq sahəsi boşaldılsın. Bundan sonra həmin torpaq sahəsindən istifadə etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********78 reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən 1049 ha torpaq sahəsi Füzuli rayonu, ərazisində 1049 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Füzuli Rayon İcra Hakimiyətinin mülkiyyətindədir. - xx.xx.2023-cü il tarixdə birinci tərəf Cavabdeh, ikinci tərəf Maraqlı şəxs MMC və üçüncü tərəf Füzuli Rayon İcra Hakimiyyəti arasında bağlanmış kompensasiya haqqında müqavilənin 1.1-ci yarımbəndinə əsasən müqavilənin predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********78 reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən icarədə (istifadədə) olan 1049 ha torpaq sahəsi üzərində tikili və qurğuların, avadanlıqların, invertarların və çox illik əkmələrin təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya təşkil edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən birinci tərəf kimi icarə (istifadə) hüququ əsasında kompensasiya alan, ikinci tərəf kompensasiya verən, üçüncü tərəf kimi hüquq sahibi olan Füzuli Rayon İcra Hakimiyyəti başa düşülür. Müqavilənin 2.1-ci yarımbəndinə əsasən müqavilə imzalandığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində Kompensasiya alan müqavilənin 1.1-ci bəndində göstərilən torpaq sahəsini, üzərində olan tikililəri və s. öz hesabına daşınması şərti ilə boşaldaraq üçüncü tərəfə (Füzuli Rayon İcra Hakimiyyətinə) təhvil verir. Tərəflərin razılığına əsasən verilən Kompensasiyanın məbləği 31765 (otuz bir min yeddi yüz altmış beş) manat müəyyən olunur. -Azərşəkər MMC tərəfindən Cavabdeh və Füzuli rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli Aş 095/25 saylı bildirişdə qeyd edilir ki, “Füzuli rayon İcra Hakimiyyəti, Azərşəkər MMC və kompensasiya alanın iştirakı ilə notariat qaydasında xx.xx.2023-cü ii tarixli 3M-467 sayiı üçtərəfli kompensasiya müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən kompensasiya verən Azərşəkər MMC müqavilədə təsbit olunan qaydada öhdəliklərini yerinə yetirərək xx.xx.2023-cü il tarixində kompensasiya məbləğinin tam həcmdə ödənişini həyata keçirmişdir. Müqaviləyə əsasən kompensasiya alan X4 30 günlük müddətində ona məxsus tikililəri sökmək, ərazidən daşımaq, torpaq sahəsini tam boşaldaraq ərazini tərk etmək üçün öhdəlik götürmüşdür. Həmin müddət ərzində yəni, 20 oktyabr 2023-cü il tarixinədək müqavilə öhdəlikləri tərəfinizdən tam icra edilməli idi. Müqavilə öhdəliklərini müəyyən olunmuş müddətdə yerinə yetirməmək məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "Azərşəkər” MMC kompensasiya müqaviləsi ilə əldə etməli olduğu imkanlardan və faydadan sizin müqavilə öhdəliyinizi yerinə yetirməməyiniz səbəbindən məhrum olmuşdur. Mülki Məcəllənin 443.1- ci maddəsinə əsasən, öhdəliyinı icra etməyən borclu (öhdəlik götürən tərəf qismində) kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yuxarıda qeyd olunan məsələnin faktiki və hüquqi tərəflərini nəzərə alaraq, müqavilə tələbləri üzrə kompensasiya vəsaiti aldığınız torpaq sahəsinin tam boşaldılması, həmin torpaqda olan tikililərin ərazidən təmizlənməsi, bütün təsərrüfat fəaliyyətinin dayandırılması daxil olmaqla müqavilə öhdəliklərinizi 12 iyul 2025-ci il tarixədək icra etməlisiniz, əks halda barənizdə hüquqi tədbirlər başlanacaq.” -Azərşəkər MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Kompensasiya ödənişləri üzrə aktda qeyd edilir: “Bu aktı ona görə tərtib etmişik ki, xx.xx.2023-cü il tarixli kompensasiya müqaviləsi çərçivəsində ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********76, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Füzuli Rayon İcra Hakimiyyətinə aid dövlət mülkiyyətində olan Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində yerləşən, istifadədə olan 1049 ha torpaq sahəsi və üzərində yerləşən tikili, qurğu, avadanlıq inventar və çoxillik əkmələrin Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilib ərazinin boşaldılması barədə razılığa gələrək həmin ərazidə 30 ha torpaq sahəsinin istifadəçisi olmuş Cavabdeh ("Eltun” kəndli (fermer) təsərrüfatının başçısı) həmin torpaq sahəsi və həmin torpaq üzərində onun quraşdırdığı 508 m2 daşınar tikili qurğu və avadanlıqlar, digər əşyalar müqabilində Maraqlı şəxs MMC tərəfindən Cavabdeh ödənilən məcmu 31765 AZN (otuz bir min yeddi yüz altmış beş manat) kompensasiya vəsaiti aldığını və bundan sonra heç bir iddialarının olmamasını təsdiq edir.” Həmin akt kompensasiya alan Cavabdeh, Maraqlı şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 tərəfindən imzalanmışdır. -xx.xx.2023-cü il tarixli, 173 reyestr nömrəli kassa məxaric sənədindən də görünür ki, Beyləqan rayon 1 saylı notariat ofisinin (notarius X1) "xxxx" ASC-nin Beyləqan rayon filialında olan AZ84AİİB******************** hesab nömrəsindən Cavabdeh müqavilədə nəzərdə tutulmuş 31765 (otuz bir min yeddi yüz altmış beş) manat məbləğdə kompensasiya ödənilmişdir. - Cavabdeh tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə ünvanlanmış və xx.xx.2023cü il tarixdə ünvan 3rizədə qeyd olunur: “Mən, İmanov X3 rayon, Qayıdış qəsəbəsi ünvanında yerləşən istifadəmdə olan torpaq sahəsindən imtina edirəm.” Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, **********78 reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən 1049 ha torpaq sahəsini boşaldaraq aidiyyəti üzrə iddiaçıya təhvil verməsinə dair üzərinə öhdəlik götürmüş və bununla əlaqədar cavabdehə 31765 (otuz bir min yeddi yüz altmış beş) manat kompensasiya verilməsinə baxmayaraq cavabdeh torpaq sahəsindən imtina etdiyinə dair iddiaçıya müraciət ünvanlasa da torpaq sahəsini hal-hazıradək boşaltmaqdan imtina edir. Həmin səbəbdən iddiaçı torpaq sahəsinə dair hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəverildiyindən o həmin liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin6 -84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********78 reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən 1049 ha torpaq sahəsini boşaldaraq aidiyyəti üzrə iddiaçıya təhvil vermək öhdəliyini icra etməyə borclu olduğundan, iddiaçının da bu öhdəliyi cavabdeh tərəfindən icra edilməsini tələb etmək hüququ olduğundan cavabdeh torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Qanunun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanununun 9.1.14-ci maddəsinin məzmunundan aydın olur ki, bu qəbildən işlər üzrə dövlət rüsumundan büdcə təşkilatı kimi iddiaçı azad olunmuşdur. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - ... qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, cavabdeh Füzuli rayonundan məcburi köçkündür və onun bu statusu qüvvədədir. Beləliklə, tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********78 reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən 1049 ha torpaq sahəsindən Cavabdeh çıxarılaraq torpaq sahəsi iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2063/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2063/2025
05.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver