Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2088/2025 10.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsinə olmaqla “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsi) “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi xx.xx.1954-cü ildə Füzuli rayonu Xələfşə kəndində doğumun qeyd edilməsi, atasının X7, anasının X9ması qızı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1954-cü ildə Füzuli rayonu Xələfşə kəndində doğumun qeyd edilməsi, atasının X7, anasının X9ması qızı olması və atasının və anasının milliyəti qrafasında azərbaycanlı kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1954-cü ildə Füzuli rayonu Xələfşə kəndində doğulmuşdur. Məcburi köçkündür, İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi 153 saylı evdə müvəqqəti məskunlaşmışdır. X2 xx.xx.1982-ci ildə vəfat etmişdir. X3 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Bacısı xx.xx.1963-cü il təvəllüdlü Şahid2 və qardaşı xx.xx.1960-cı il təvəllüdlü Şahid1dur. O, doğulan tarixdə müəyyən çətinliklər olduğu üçün valideynləri onu doğum haqqında şəhadətnaməmi əldə etməmişlər. Halhazırda sənədləşmə işləri ilə əlaqədar olaraq onun doğum haqqında şəhadətnaməsi tələb olunur. Bu məqsədlə o, Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, orada ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. O, doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərmiş və əlavə olaraq bildirmişdir ki, X2 xx.xx.1982-ci il tarixdə və X3 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Onun doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin məcburi köçkün düşdüyü zaman bir çox sənədləri, eləcə də doğum haqqında şəhadətnaməsi itmişdir. Hazırda sənədləşdirmə işləri üçün ona doğum haqqında şəhadətnamə lazım olur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Onun bacısı da Füzuli rayonu, Xələfşə kəndində doğulmuş, milliyyəti azərbaycanlıdır. Bacısının doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin məcburi köçkün düşdüyü zaman bir çox sənədləri, eləcə də doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin qardaşı Şahid1 digər Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1982-ci il tarixdə ölmüş və Füzuli rayon qeydiyyat şöbəsində 03 nömrəli akt qeydi ilə ölüm qeydə alınmışdır. -İmişli Asan Xidmət X11 tərəfindən verilmiş AZ-İİ 454663 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə ölmüş və İmişli Asan xidmət X11ndə 230 nömrəli akt qeydi ilə ölüm qeydə alınmışdır. -Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-11-443/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur: “xx.xx.2025-ci il tarixdə vətəndaş X1 rayon Qeydiyyat şöbəsinə müraciət edərək doğum haqqında təkrar şəhadətnamə almaq istəmişdir. xx.xx.1954-cü il təvəllüdlü X4 aid Füzuli rayon Qeydiyyat şöbəsinin arxivində və elektron informasiya sistemində heç bir doğum aktı aşkar olunmamışdır. Bu səbəbdən vətəndaşa imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülür.” -Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti Başçısının Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 186 nömrəli arayışdan görünür ki, o, Füzuli rayonu, Xələfşə kəndindən məcburi köçkün düşmüş və halhazırda İmişli rayon Yeni Bəhrəmtəpə qəsəbəsində 153 saylı evdə müvəqqəti məskunaşmışdır. - AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surəindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə doğulmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid1 (ərizəçinin qardaşı) xx.xx.1960-cı ildə doğulmuş, X2, X3dır. Atasının və anasının milliyyəti azərbaycanlıdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 (ərizəçinin bacısı) xx.xx.1963-cü ildə Füzuli rayonu, Xələfşə kəndində doğulmuş, X2, X3dır. Atasının və anasının milliyyəti azərbaycanlıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Füzuli rayonu, Xələfşə kəndində anadan olmuşdur. Ərizəçinin X2, X3, atasının və anasının milliyyəti azərbaycanlıdır. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, düzgün olaraq məhkəməyə müraciət etmiş və ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - ... qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, ərizəçi Füzuli rayonundan məcburi köçkündür və onun bu statusu qüvvədədir. Beləliklə, ərizəçi dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü ildə tarixdə Füzuli rayonu, Xələfşə kəndində doğulmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi qrafasında xx.xx.1954cü il, doğulduğu yer qrafasında Azərbaycan Respublikası Füzuli rayonu, Xələfşə kəndi, ata qrafasında X7, ana qrafasında X8, atasının və anasının milliyəti qrafasında azərbaycanlı kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2088/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2088/2025
10.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver