Məhkəmə qərarları › İş №2(064)-227/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-227/2024

21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-227/2024 21.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X2 xx.xx.1959-cu il tarixdə Füzuli rayonu, Araz Dilağarda kəndində doğumumun qeyd edilməsi faktının müəyyən olunması, atasının X6, anasının X8 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X4 xx.xx.1959-cu ildə Füzuli rayonu, Araz Dilağarda kəndində doğlmuşdur. X1, anası X7r. Bacısı doğularkən valideyiniəri ona doğum haqqında şəhadətnamə götürməmişlər, amma onun pasportu olmuşdur. Bacısı xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Hazırda sənədləşmə işləri ilə əlaqədar onun doğum haqqında şəhadətnaməsi tlələb olunur. Bununla əlaqədar olaraq Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsindən ona rəsmi olaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. Mərhum bacısının doğum faktı qeyd edilmədiyidən, onun doğum şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-1123 çıxarışdan görünür ki,X8 26 yanvar 1986-cı il tarixdə Füzuli rayonunda vəfat etmişdir. Ölüm haqqında 27 yanvar 1986-cı il tarixli 3 nömrəli akt qeydi tərtib edilmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü X4 barəsində bütün X3 üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “X3” AQİS-dən çıxarışdan görünür ki, X4 xx.xx.1959-cu il tarixdə Füzuli rayonunda doğulmuş və xx.xx.2016-cı il tarixdə Füzuli rayonunda vəfat etmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş xx.xx.1959-cu il təvəllüdlü X2 doğum akt qeydi aşkar edilməmişdir. Füzuli rayon İHB-nin Bala Bəhmənli kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş aktda qeyd olunmuşdur ki, X4 xx.xx.1959-cu il tarixdə Füzuli rayonunda doğulmuş və xx.xx.2016-cı il tarixdə rəhmətə getmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinədairişlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X3nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X3nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X3nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi mərhum bacısı X4 xx.xx.1959-cu il tarixdə Füzuli rayonunda doğulmuşdur, X1, anası X5r. Lakin qeydiyyat şöbəsinin arxivində Z.Fərzəliyevanın doğumu barədə akt qeydi saxlanılmamışdır. Belə olan halda, ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Ərizə təmin olunsun. X2 xx.xx.1959-cu il tarixdə Füzuli rayonu, Araz Dilağarda kəndində doğumunun qeyd edilməsi faktı, atasının X6, anasının X8 olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar