Məhkəmə qərarları › İş №2(064)-2371/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-2371/2025

24.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-2371/2025 24.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlu tərəfindən iddiaçı Ərizəçi maraqlı şəxs Füzuli rayon Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsini Füzuli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi maraqlı şəxs Füzuli rayon Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək doğum faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçinin ərizəsinə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 152.2, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Ərizəçi maraqlı şəxs Füzuli rayon Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyət üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar