Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-262/2023 12.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdehin adına verimiş çıxarışın etibarsız hesab edilməsi, həmin evdə onun istifadə hüququnun tanınması və evdə yaşamaq üçün yaradılan maneələrin qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Füzuli rayonu, Horadiz qəsəbəsi, Xanlar küçəsi, 10 nömrəli evdən çıxarılması və həmin evdən istifadə etməsinə maneə yaradan hərəkətlərin cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş çıxarış əsasında ona mülkiyyə hüququ ilə məxus olan ünvan 1 ünvanında evi vardır. Hazırda Cavabdeh qeyri-qanuni olaraq həmin evdə yaşayır, dəfələrlə tələb etməyinə baxmayaraq onun evindən çıxmır. Cavabdeh onun öz mülkiyyətindən istifadə etməyinə mane olur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı məhkəmədə qarşılıqlı iddia verərək ünvan 1 ünvanına İddiaçı adına verilmiş çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, həmin evdə onun istifadə hüququnun tanınması və evdə yaşamaq üçün ilkin iddiaçı tərəfindən yaradılan maneələrin qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsini belə əsaslandırmışdır ki, icraatda ilkin İddiaçı ona qarşı evdən çıxarma tələbinə dair iddia ərizəsi üzrə 2(064)-2296/2022 saylı mülki iş vardır. Həmin iddiaya qarşı iddia vermək qərarına gəlmişdir. Belə ki, o, xx xxxxxx 1974-cü il tarixdə həmin evdə anadan olmuşdur. Ailə həyatı quranadək, həmin evdə yaşamışdır. Bir neçə il evli olduqdan sonra nikahı pozulmuş və yenidən həmin evə gəlmişdir. Təxminən 2008-ci ildən həmin evdə fasiləsiz yaşayır. Hesab edir ki, bacısı İddiaçı adına rəsmiləşdirilərkən onun razılığı alınmalı idi. Onun həmin evin bacısının adına olmasında ilkin ərizə onun evinə gələrkən xəbəri olmuşdur. Ona görə də, hesab edir ki, onun həmin evdə paylı olmaqla istifadə hüququ vardır. İddiaçının adına olan sənədlər ləğv edilməlidir. Onun payı müəyyən olunmalıdır. Məhkəmə iclasında: İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 ilk iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahan verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh qeyd olunan mülkdə anadan olsa da sonradan başqa ünvana gəlin köçərək orada yaşamış və hətta onun gəlin köçdüyü ünvana köçürülməsi ilə bağlı məhkəmə qətnaməsi də mövcuddur. Qeyd olunan ev əvvəllər tərəflərin mərhum anaları Sevil Səfərovanın adına qeydə alınmışdır. Cavabdeh özünün razılığı ilə mərhum anaları tərəfindən bacısı İddiaçı bağışlanılmışdır. Lakin Cavabdeh sonradan evə köçmüş və evdən çıxmaqdan imtina etmişdir. Hesab edir ki, Cavabdeh həmin evə dair əvvəllər yaranmış istifadə hüquqları artıq itirilmişdir. Bununla yanaşı, Cavabdeh Horadiz şəhərində başqa evi vardır və köçüb həmin evdə yaşaya bilər. Odur ki, ilk iddianın təmin olunmasını və Cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını, eləcə də qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş edir. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh İddiaçı bacısı olmaqla Füzuli rayonu, Horadiz qəsəbəsi, Xanlar küçəsi, 10 nömrəli evdə doğularaq böyüyüb başa çatmış və hazırda da həmin evdə pasport qeydiyyatında olmaqla yaşayır. Həmin evin bütün kommunal xərcləri İddiaçı tərəfindən ödənilir. Belə ki, kommunal ödənişlərə dair ödəniş qəbzləri müxtəlif şəxslərin adlarına olsa da həmin qəbzlərin Cavabdeh olması onu deməyə əsas verir ki, bu ödənişlər Cavabdeh tərəfindən aparılır. Hesab edir ki, ev tərəflərin mərhum anaları S.Səfərova tərəfindən İddiaçı bağışlansa da Cavabdeh həmin evdə mirasdan məcburi payı var. Bununla yanaşı, Cavabdeh qeyd olunan yaşayş sahəsindən istifadə hüququ hələ İddiaçı mülkiyyət hüququ qeydə alındığı xx.xx.2020-ci il tarixdən əvvəl yaranmış və hazırda da davam edir, yalnız İddiaçı tərəfindən kompensasiya veriləcəyi təqdirdə xitam verilməsi mümkün ola bilər. Cavabdeh adına Horadiz şəhərində başqa ev olsa da orada Cavabdeh oğlu ailəsi ilə birgə daimi yaşayır. Məhkəmə ilk və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2011-ci il tarixli, qeydiyyat nömrəsi ********** hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 X1 adına qeydə alınmışdır. 15 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X3 (etibarnamə üzrə nümayəndəsi X4) ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini hadəyyə alan İddiaçı bağışlamışdır. xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 İddiaçı adına qeydə alınmışdır. Füzuli rayon İHB-nin Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2338 saylı arayışdan görünür ki, Cavabdeh anadan olduğu tarixdən hal-hazıra qədər Horadiz şəhər, Xanlar küçəsi ev 10 ünvanında yaşayır. Füzuli Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2(064)-55/2013 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X2 Füzuli rayonu, Horadiz şəhəri, Xanlar küçəsi 16-da yerləşən evinə yaşayış hüququ verilməklə köçürülmüşdür. Füzuli rayon icra və probasiya şöbəsinin 12 may 2023-cü il tarixli, 586 saylı məktubundan görünür ki, 2(064)-55/2013 saylı saylı icra sənədinin icrası barədə şöbədə heç bir məlumat qeyd olunmamışdır. Füzuli rayon İHB-nin Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Abdullayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qyed edilir ki, Horadiz şəhər sakini Cavabdeh Füzuli rayonu, Horadzi şəhəri, M.Ə.Rəsulzadə küçəsində özünə məxsus həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsində Fərdi yaşayış evi vardır. AZ-İİ № 173730 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri litabında xx.xx.2022-ci il tarixdə qeyd edilmişdir. Məhkəmə onu qeyd etməyi lazım bilir ki, bir çox hüquq münasibətləri kimi mənzil münasibətləri də uzanan xarakter daşıyır. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı, həmçinin hüquq və vəzifələrə təsir edən hüquqi faktların meydana çıxması mümkündür. Buna uyğun olaraq, mənzil münasibətləri subyektlərinin hüquq və vəzifələri, həmin münasibətlərin yaranmasından sonra da əmələ gələ bilər. Bu baxımdan, əgər məhkəmə tərəfindən mübahisəli mənzil münasibətinin uzanan xarakterli olduğu, şəxsin 01 oktyabr 2009-cu ildən əvvəl köçdüyü yaşayış sahəsindən bu tarixdən sonra da istifadə etməkdə davam etməsi müəyyən edilərsə, işin hallarından asılı olaraq yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Bu cür yanaşma Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, «..yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən olunmuş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır..». Mülki iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh-iddiaçı Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, Xanlar küçəsi 10-da (hazırda B.Hacıyev küçəsi ev 8) doğulmaqla orada böyüyüb başa çatmışdır. Cavabdeh xx.xx.1992-ci il tarixdə R.Babayevlə ailə həyatı quraraq başqa ünvana, yəni ünvan 4in iyul ayına qədər orada yaşayaraq əri ilə birgə təsərrüfat aparmışdır. 2011-ci ildə ər evindən çıxdıqdan sonra yenidən ata mülkünə, yəni Horadiz şəhəri, Xanlar küçəsi 10 saylı evə qayıdaraq orada yaşamışdır. Füzuli Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli, 2(064)-55/2013 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, Xanlar küçəsi 16-da yerləşən evinə yaşayış hüququ verilməklə köçürülməsi qət edilsə də Füzuli rayon icra və probasiya şöbəsinin 12 may 2023-cü il tarixli, 586 saylı məktubundan görünür ki, qeyd olunan qətnamə icra olunmamışdır. Füzuli rayon İHB-nin Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2338 saylı arayışla, eləcə də Cavabdeh tərəfindən təqdim edilmiş kommunal ödənişlərə (həmin qəbzlər müxtəlif şəxslərin adına qeyd alınsa da Cavabdeh tərəfindən təqdim edildiyinə görə məhkəmə belə qənaətə gəlir ki, həmin xərclər Cavabdeh tərəfindən ödənilmişdir) dair qəbzlərlə, eləcə də İddiaçı özünün qaldırdığı iddia tələbi ilə müəyyən olunur ki, Cavabdeh uzun müddətdir ki, yaşayış sahəsindən istifadə hüququnu qeyd olunan fərdi yaşayış evində reallaşdırmışdır. Həmin ev xx.xx.2011-ci il tarixdə S.Səfərovanın (Cavabdeh anası) adına daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış, xx.xx.2019-cu il tarixdə S.Səfərova tərəfindən qızı İddiaçı bağışlandıqdan sonra xx.xx.2020-ci il tarixdə şəxsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Göründüyü kimi, Cavabdeh 1974- 1992-ci illərdə və 2011-ci ildən hal-hazırkı vaxtadək mübahisəli fərdi yaşayış evində yaşamışdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh yaşadığı 1974-1992-ci illərdə mübahisəli fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmadığından bu münasibətlərə tətbiq olunmalı konrket maddi hüquq normaları da qanunvericilikdə yoxdur. Lakin məhkəmə vəziyyətdən çıxış yolu kimi qanunun analogiyasından istifadə etməklə oxşar münasibətləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin normalarını tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsində deyilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, məhkəmə qeyd olunan normalardan yararlanaraq bu münasibətlərə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməyi əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırkı işin faktiki halları onu göstərir ki, Cavabdeh 1974-1992-ci illərdə icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardığına görə ailə üzvü kimi onunla bərabər yaşayış sahəsindən istifadə hüquqularını əldə etmişdir. Cavabdeh boşandıqdan sonra yenidən qayıtdığı xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək evin mülkiyyətçisi Cavabdeh anası mərhum Sevil Səfərova olmuşdur. Məhkəmə hesab edir ki, bu münasibətlərə xx.xx.2009-cu il tarixdən qüvvəyə vinmiş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsində qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, yuxarıda isnad olunan qanunvericiliyin tələbləri baxımından Cavabdeh mübahisəli evin 2011-ci ildən mülkiyyətçisi olan mərhum anası Sevil Səfərovanın ailə üzvü statusuna malik olmaqla onunla birgə yaşayıb təsərrüfat apardığından həmin evdə istifadə hüquqları yaranmamışdır. xx.xx.2019-cu il tarixdə mülk ana S.Səfərova tərəfindən qızı İddiaçı bağışlandıqdan sonra həmin mülk xx.xx.2020-ci il tarixdə şəxsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Yuxarıda isnad olunan Mənzil Məcəlləsinin tələbinə görə Cavabdeh bacısı İddiaçı ailə üzvü sayılmır. Lakin məhkəmə belə hesab edir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evi ilə faktiki və hüquqi bağlılığı xx.xx.2020-ci il tarixədək yarandığından onun qeyd olunan evdən çıxarılması yalnız istifadə hüququna kompensasiya yolu ilə xitam verilməklə mümkündür. İddia tələbinin iddiaçının evindən istifadə etməsinə maneə yaradan hərəkətlərin cavabdehə qadağan edilməsi hissəsini də rədd edərək məhkəmə qeyd edir ki, İddiaçı faktiki olaraq mülkiyyətində olan fərdi yaşayış evində yaşamadığından cavabdehin ona hansı maneələr yaratması anlaşılan deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə qarşılıqlı iddia tələbini rədd edərək aşağıdakıları qeyd edir. Belə ki, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia verərək ünvan 1 ünvanına İddiaçı adına verilmiş çıxarışın və çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, həmin evdə onun istifadə hüququnun tanınması və evdə yaşamaq üçün ilk iddiaçı tərəfindən yaradılan maneələrin qadağan edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, qeyd olunan ev tərəflərin mərhum anaları S.Səfərova tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı bağışlansa da Cavabdeh həmin evdə mirasdan məcburi payı var. Odur ki, alqı-satıq əqdi və İddiaçı adına aparılmış hüquqların dövlət qeydiyyatı etibarsız sayılmaqla əvvəlki vəziyyətə qaytarılması və Cavabdeh mülkə dair mirasda məcburi payı müəyyən edilməlidir. Lakin məhkəmə iddia tələbini bu hissədə əsassız sayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası KM Plenumu xx.xx.2021-ci il tarixli Qərarında göstərmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, mərhum Sevil Səfərova tərəfindən qızı İddiaçı hədiyyə xx.xx.2019-cu il tarixdə verilmiş, miras isə miras qoyan S.Səfərovanın xx.xx.2022ci il tarixdə ölümü ilə açılmış və mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən artıq iki il keçmişdir. Belə olan halda, 15 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab oluna və Cavabdeh qeyd olunan əmlakdan məcburi payı müəyyən edilə bilməz. Qarşılıqlı iddia tələbinin Cavabdeh istifadə hüququnun tanınması və evdə yaşamaq üçün bacısı İddiaçı tərəfindən yaradılan maneələrin qadağan edilməsi hissəsini rədd edərək və yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh qeyd olunan mülkə dair istifadə hüquqları yarandığından və bu hüquqlar hələ də itirilmədiyindən onun yenidən məhkəmə qətmanəsi ilə tanınmasına lüzum qalmamışdır. Həmçinin mülkiyyətçi İddiaçı faktiki olaraq mülkiyyətində olan fərdi yaşayış evində yaşamadığından Cavabdeh hansı maneələr yaratması anlaşılan deyil. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair ilk iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdehin adına verimiş çıxarışın etibarsız hesab edilməsi, həmin evdən məcburi payın və istifadə hüququnun müəyyən edilməsi və evdə yaşamaq üçün ilk iddiaçı tərəfindən yaradılan maneələrin qadağan edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-262/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-262/2023
12.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver