Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-264/2024 26.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səyid oğlunun katibliyi, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Valeh oğlunun, Cavabdeh, Cavabdeh etibarnamə üzrə vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı oğlu X8 ilə birlikdə gəlin köçüb yaşadığı , hazırda cehiz əmlaklarının yerləşdiyi Cavabdeh və ailəsinə dövlət tərəfindən məcburi köçkünlərə verilmiş ünvan 1 ünvanındakı 48 nömrəli mənzildən istifadə qaydaları müəyyən olunmaqla həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 11 oktyabr 2021-ci il tarixdə 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 12 avqust 2022-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırıb, onun iddiası əsasında isə azyaşlı oğlunun saxlanılması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən aliment tutulması qət olunub. Oğlu Cahangir doğulduqdan 15 gün sonra, yəni 2022-ci ilin avqust ayının sonlarında ailəsinin məsləhəti ilə atası evinə qonaq gəlmiş və həmin tarixdən cavabdehlə ər-arvad münasibətləri kəsilib, həmin vaxtdan azyaşlı oğlu ilə ata evində yaşayır. Cavabdeh ilə ailə quran vaxt Orxanın ailəsinə dövlət tərəfindən məcburi köçkünlərə verilmiş ünvan 2 ünvanında yerləşən mənzilə cehiz əmlakını da aparmaqla gəlin köçüb həmin mənzildə yaşamış və onlarla birgə təsərrüfatı idarə etmiş. 2022-ci ilin avqust ayında əri ilə hər hansı mübahisə olmadan ata evinə qonaq gəlmiş, bir müddət sonra cavabdeh onunla boşanacağını bildirmişdir. Hazırda bir azyaşlı uşağı ilə birlikdə ünvan 3 ünvanında yerləşən atasının yaşadığı mənzilə gəlib orada yaşayır. Gəlin köçüb yaşadığı və birgə təsərrüfat idarə etdiyi məcburi köçkün kimi qeydiyyatda olduğu həmin evə qayıtmaq istəsə də, cavabdeh razı olmamışdır. Hazırda azyaşlı uşağı ilə müvəqqəti yaşadığı atası evi çox darıskaldır, yaşamaq mümkün deyil. Ona görə də Cavabdeh Cahanir oğlunun ailəsinə dövlət tərəfindən məcburi köçkünlərə verilmiş ünvan 2 ünvanında yerləşən, hazırda cehiz əmlakının olduğu, məcburi köçkün kimi qeydiyyatda olduğu mənzilə azyaşlı oğlu ilə birlikdə köçürülməyi ilə bağlı iddia qaldırır. Qeyd edir ki, hazırda da, cavabdehin ailə tərkibində, mübahisəli mənzildə məcburi köçkün kimi qeydiyyatdadır. Cavabdeh etibarnamə üzrə vəkili Vəkil etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəkil etiraz ərizəsini onunla əsaslandırmışdır ki, müzakirə predmeti olan həmin mənzil Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru X12 rayonundan məcburi köçkün olan X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4/48 nömrəli kirayə müqaviləsinə əsasən Cahangir Zalova verilmişdir və 048 saylı köçürmə vərəqəsinə əsasən göstərilən mənzil X9, həyat yoldaşı X10 və oğlu Cavabdeh üçün nəzərdə tutulmuşdur. 048 saylı köçürmə vərəqəsində İddiaçı ailə üzvi kimi göstərilmir və ev verilərkən iddiaçının həmin mənzildən istifadəsi nəzərdə tutulmamışdır. Hal-hazırda tərəflər arasında ailə münasibətləri tamamilə pozulmuşdur və İddiaçı atasına məxsus Füzuli rayonu, Horadiz qəsəbəsində yerləşən, kifayət qədər geniş və hər cür şəraitlə təmin olunmuş mənzildə yaşayır və birgə nikahdan doğulmuş bir uşağın saxlanması üçün cavabdehdən aliment alır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, qeyd edilən ünvanda yerləşən mənzil onun sahibliyində deyil. Odur ki, iddia tələbinə qarşı verilmiş etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarında olan AZ-İV seriyalı, 761543 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki iş materiallarında olan Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(002)-2564/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi və əlavə olaraq 35 manat sabit pul məbləğində aiment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Mülki iş materiallarında olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Qaradağ Rayon “Ümid” qəsəbəsi Mənzil-Komunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 660 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanındakı 48 nömrəli mənzildə müvəqqəti məskunlaşmışdır. Mülki iş materiallarında olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Qaradağ Rayon “Ümid” qəsəbəsi Mənzil-Komunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14 nömrəli arayışdan görünür ki, X9 həyat yoldaşı X11 və oğlu Cavabdeh ilə ünvan 4 ünvanındakı 48 nömrəli mənzildə müvəqqəti məskunlaşmışdır (xx.xx.2019-cu il tarixli, 4/48 nömrəli kirayə müqviləsinə əsasən). Mülki iş materiallarında olan Horadiz Şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-43-12/2-343/2024 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən bu günə kimi bir azyaşlı uşağı ilə birlikdə atası Nümayəndə məxsus ünvan 5 ünvanında yaşayır. Mülki iş materiallarında olan ünvan 6 xx.xx.2024-cü il tarixli qətnaməsilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4/48 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzil Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və sözügedən müqavilə ilə müəyyən edilmiş şərtlərlə müvəqqəti yaşamaq üçün Kirayəçi X1 və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri: həyat yoldaşı X11 və oğlu Cavabdehdur. Göründüyü kimi İddiaçı X5 ailə üzvü kimi xx.xx.2019-cu il tarixli, 4/48 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqviləsində göstərilməmişdir. Həmçinin, mülki iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 11 oktyabr 2021-ci il tarixdə 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. O vaxtdan İddiaçı ünvan 2 ünvanında yaşamaqla həmin mənzildə məskunlaşmış, 2022-ci ilin avqust ayının sonlarında ailəsinin məsləhəti ilə atası evinə qonaq gələrək mübahisəli mənzili tərk etmiş və bu günə kimi bir azyaşlı uşağı ilə birlikdə atası Nümayəndə məxsus ünvan 5 ünvanında yaşayır. Hazırda Cavabdeh ilə İddiaçı faktiki olaraq bir yerdə yaşamır, Cavabdeh nikahın pozulması barədə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir və ünvan 6 xx.xx.2024-cü il tarixli qətnaməsilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.3-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı asayiş sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Beləliklə, qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflərin ailə münasibətlərinə xitam verildiyindən, 2022-ci ilin avqust ayından iddiaçı mübahisəli mənzili tərk edib getdiyindən, yəni artıq 20 aydır ki, mübahisəli mənzildə yaşamadığından, mənzil isə xüsusi təyinatlı mənzil olub, cavabdehin deyil, onun valideyni olan X5 adına rəsmiləşdirildiyindən və onun digər ailə üzvləri olan həyat yoldaşı X11 və oğlu Cavabdeh istifadəsinə verildiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı azyaşlı oğlu X8 ilə birlikdə gəlin köçüb yaşadığı, hazırda cehiz əmlaklarının yerləşdiyi Cavabdeh və ailəsinə dövlət tərəfindən məcburi köçkünlərə verilmiş ünvan 1 ünvanındakı 48 nömrəli mənzildən istifadə qaydaları müəyyən olunmaqla həmin mənzilə köçürülmələri tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-264/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-264/2024
26.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver