Məhkəmə qərarları › İş №2(064)-266/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-266/2024

31.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-266/2024 31.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi, 3-cü şəxs X1 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Alıcan qızının X2 üçüncü şəxs qismində işə cəlb etməklə cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı verdiyi “hüquqi faktın müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Alıcan qızı (bundan sonra - iddiaçılar) X2 üçüncü şəxs qismində işə cəlb etməklə cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu, Horadiz qəsəbəsinin arxüstü adlanan hissəsindən, Laçın-Bakı magistral yolunun üst hissəsindən 0,40 ha torpaq sahəsinin Füzuli Rayon İcra Hakimiyyətinin başçısının may 1992-ci il tarixli müvafiq sərəncamı əsasında "xxxx" Kiçik Müəssisəsinin istifadəsinə ayrılması faktının təsdiq edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, iddiaçı faktın müəyyən edilməsinə dair tələbi xüsusi icraat qaydasında verməli olduğu halda iddia ərizəsi ilə vermişdir. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. Məhkəmə göstərilən qanunvericilik normalarına və işin mövcud olan prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçının verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən ərizə tərtib olunan zaman Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət etməmişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri götürülməsini və iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahib Bağırov xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qanunun bu normasının tələblərini yerinə yetirmədən ərizəni baxılmamış saxlayır. Çünki hesab edir ki, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri götürülməsini və iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etməsi onu ifadə edir ki, iddiaçı artıq həmin tələbdə maraqlı deyil və həmin nöqsanları aradan qaldırmaq mahiyyət etibarilə fərqli hüquqi nəticə doğurmayacaq. Məhkəmə şərh olunanlara əsasən və673 Azərbaycan Respublikası MPM-in 259.0.12, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Alıcan qızının X2 üçüncü şəxs qismində işə cəlb etməklə cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı verdiyi “hüquqi faktın müəyyən edilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar