Məhkəmə qərarları › İş №2(064)-3/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-3/2024

27.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-3/2024 27.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X2, X1 və Cavabdeh3 qarşı verdiyi torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər X2, X1 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona məxsus 0,12 ha torpaq sahəsindən çıxarılmaları və dəymiş ziyanın əvəzi olaraq 250 manat məbləğində pulun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 15:40-a təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmişdir. Cavabdehlər X2, X1 və Cavabdeh3 işin mahiyyəti üzrə baxılmasını tələb etməmiş və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının məhkəmə iclasına gəlmədiyini, cavabdehin isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər X2, X1 və Cavabdeh3 qarşı verdiyi torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar